
Son illərdə tez-tez adı çəkilən marketinq üsullarından biri olan Affiliate Marketing nədir? Dilimizə “satış ortaqlığı” olaraq tərcümə olunan Affiliate Marketing, internet üzərindən, xüsusən də sosial media vasitəsilə edilən marketinq üsuludur. Bu bloq vasitəsilə siz Affiliate Marketinqin nə olduğu və onun necə edildiyi haqqında məlumat ala bilərsiniz.
Affiliate Marketinq nədir?
Network sahibi birinin internetdə hər hansı bir markanın məhsul və ya xidmətlərini tanıtmaqla satış həyata keçirməsi və bu satışdan komissiya alması Affiliate Marketinq adlanır. İnternetdə pul qazanmağın yollarını araşdırdığımız zaman deyə bilərik ki, hal-hazırda ən populyar üsul Affiliate Marketinqdir. Network sahibi olan, yəni müəyyən auditoriyaya müraciət edən hər bir şəxs bu marketinq metodundan rahatlıqla istifadə edib, etdiyi hər satışdan komissiya alaraq pul qazana bilər. Köhnə zamanların məşhur metodu olan “Birbaşa Satış” bu gün yerini Affilate Marketinq-ə buraxıb desək yanılmarıq.
Kimlər Affiliate Marketinq ilə məşğul ola bilər?
Network sahibi olan hər kəs Affiliate Marketinq ilə məşğul ola bilər, bəs onlar kimlərdir?
- Çox sayda izləyicisi olan veb sayt sahibləri
- Çox sayda izləyicisi olan sosial media hesabları
- İnfluencerlər
Affiliate Marketinqlə məşğul olmaq üçün sizə məhsul və ya xidmətlər haqqında məlumat verə biləcəyiniz bir kanal/hesab lazımdır. Bu, veb sayt, Google Reklamları və ya sosial media hesabı ola bilər. Hazırda Instagram, TikTok, Twitter və YouTube kimi məşhur sosial medialarda çox sayda izləyicisi olan insanlar, yəni influencerlər də bu üsulla pul qazanırlar.
Qeyd etmək lazımdır ki, çox sayda izləyicisi olan hər hesab və ya şəxs Affiliate Marketinq ilə yaxşı qazanc əldə etmir. Əgər izləyicilərinizlə qarşılıqlı əlaqəniz yüksəkdirsə, yəni fikirlərinizə və bəyənmələrinizə güvənirlərsə, aranızda səmimi bir bağ yaratmısınızsa, satışlarınız daha yüksək olacaq. Bəs bu satışları həyata keçirmək üçün markalar və ya şirkətlərlə necə ünsiyyət quracaqsınız, gəlin daha yaxından nəzər salaq.
Affiliate Marketinqlə necə məşğul olmaq olar?
Affiliate Marketinqlə məşğul olmaq üçün əvvəlcə marka və ya şirkətlərlə əlaqə saxlamalısınız. Çox məşhur influencer deyilsinizsə və ya populyar veb-saytınız yoxdursa, addımı siz atmalısınız. Özünüzə güvənirsinizsə, brendlərə və ya şirkətlərə özünüzü tanıdın və onların agentliklər ilə danışıqlara başlayın. Əgər siz onlarla işləsəniz, onlara nə kimi töhfə verə biləcəyinizdən bəhs edə bilərsiniz. Affiliate Marketinqlə məşğul olmaq üçün iki fərqli üsuldan istifadə edə bilərsiniz;
Birbaşa brendlə əlaqə saxlayaraq Affiliate Marketinq
Brend tərəfindən sizə kod və ya xüsusi keçid verilir və siz öz şəbəkənizdə satılacaq məhsul və ya xidməti təqdim edərkən bu kod və ya linkdən istifadə edirsiniz. Şəbəkənizdəki insanlar bu kod və ya link vasitəsilə alış-veriş edərsə, sizə edilən hər satışdan komissiya verilir. Komissiyanı marka və ya şirkət ödəyir.

Affiliate Network üçün nümunə saytlar
Affiliate Network vasitəsilə Affiliate Marketinq ilə məşğul olmaq
Siz həmçinin marka və ya şirkətlərlə birbaşa görüşmədən vasitəçi saytlardan istifadə edərək Affiliate Marketinq ilə məşğul ola bilərsiniz. Vasitəçi saytlar, yəni Affiliate Network brendləri və şirkətləri network sahibləri ilə bir araya gətirir. Bu saytlara üzv olmaq pulsuzdur. Bu saytlardan şəbəkənizə, yəni hədəf auditoriyanıza uyğun brend seçib sizə verilən linkləri əldə edə bilərsiniz. Yuxarıda qeyd etdiyimiz kimi, siz öz veb-saytınızda və ya hesabınızda bu reklam keçidlərindən istifadə edirsiniz və bu link vasitəsilə edilən hər satış üçün sizə komissiya ödənilir. Ödənişləri vasitəçi sayt vasitəsilə alırsınız.
Hamı Affiliate Marketing ilə məşğul ola bilər?
Affiliate Marketing ilə məşğul olmaq asan görünsə də, əslində əmək tələb edən bir işdir. Bəli, hər istəyən gedib vasitəçi saytlara üzv olub linki əldə edə bilər, ancaq sata bilərmi? Həmin məhsul və ya xidməti o qədər yaxşı reklam etməlisiniz ki, qarşı tərəfi, yəni hədəf auditoriyanızı inandıra biləsiniz.
Affiliate Marketing ilə pul qazanmaq istəyirsinizsə, prosesi aşağıdakı kimi ümumiləşdirə bilərik:
- Veb-saytınızın və ya sosial media izləyicilərinizin sayını artırmaq;
- Brend və ya şirkətlə əlaqə saxlamaq və ya vasitəçi saytlara üzv olmaq;
- Reklam linki və ya koddan istifadə edərək məhsulların təşviqi, hədəf auditoriyanı almağa inandırmaq;
- Satılan hər bir məhsul üçün komissiya əldə etmək.
Leave a Reply