İnstagramdan biznes üçün istifadə edirsinizsə, bunun yalnız əyləncə üçün istifadə olunan platformadan daha artıq olduğunu bilirsiniz. Instagram platforması markanızı yaratmaq və onlayn auditoriyaya çatdırmaq üçün güclü bir vasitədir. Amma sizin sadəcə auditoriyaya deyil, həm də engagement-ə ehtiyacınız var: rəylər, bəyənmələr, paylaşımlar və digər hərəkətlər sizin kontentin insanlarda nə dərəcədə rezonans yaratdığına sübutdur.
Bəs Engagement nədir?
Engagement baxış sayını və izləyiciləri saymaqdan daha artıqdır, izləyicilərinizin məzmununuzla qarşılıqlı əlaqələrini ölçməkdir. İnstagramda engagement aşağıdakılarla müəyyən olunur:
Şərhlər
Paylaşımlar
Bəyənilər
Saxlamalar
Yeni izləyicilər və böyümə
Təqlər və brend həştəqlər
Tıklama
DM-lar
Bu hərəkətlər insanların sizin kontenti sadəcə görmədiyinə, həm də həmin kontentlə maraqlandığına dəlildir. Niyə engagement-ə bu qədər önəm veririk? İlk öncə, bu məzmununuzun auditoriyaya təsir göstərməsi deməkdir. İkincisi, güclü engagement Instagramın alqoritmasında əsas amildir. Engagement nə qədər güclü olsa məzmunun kəşf etə düşmə ehtimalı və daha çox diqqət cəlb etmə ehtimalı artır.
Instagram engagement nisbəti nədir?
Instagram engagement nisbəti hər posta gələn rəy və bəyənmələrin cəminin izləyicilərin sayına bölünməsindən alınan nisbətdir. Engagement nisbəti üçün müəyyən olunmuş düstur budur:
(Hər post başına gələn bəyənmə + şərhlər)
___________________________________ X 100
İzləyicilərin ümumi sayı
Instagram Engagementi artırmağın ən əsas yolları aşağıdakılardır.
- Auditoriyanızı tanıyın.
Kim üçün etdiyinizi bilmirsinizsə, əla məzmun yaratmaq çətindir. Hədəf auditoriyanızın demoqrafik göstəriciləri, paylaşdığınız məzmunun növünü, marka səsinizi və hətta hansı günləri və vaxtları dərc edəcəyinizi müəyyənləşdirməyə kömək edəcəkdir.
- Orijinal olun
Sosial mediada dürüst və əlaqəli olmaq daha yaxşıdır. Markanızın arxasındakı gerçək insanları və təcrübələrini tanıtmaq üçün standart marketinq kampaniyanızdan kənara çıxan məzmun paylaşın.
- Cəlbedici şəkillər paylaşın
Ümumiyyətlə Instagramda kəşf etə düşmək üçün diqqət çəkən şəkillər paylaşmaq vacibdir. Mükəmməl bir fotoqraf və ya qrafik dizayner olmasanız belə şəklinizə maraq qatacaq proqramlar vasitəsilə məzmununuzu daha cəlbedici edə bilərsiniz.
- Karusel postlar paylaşın
Göz oxşayan şəkillər yaradıb, onları karusel post şəklində paylaşın. Karusel postlar daha çox engagement əldə etməyin əla yoludur.
- Video məzmun paylaşın
Video həm göz oxşayır, həm də cəlbedicidir. Əslində cazibədar videoların şəkillərdən təxminən 38% daha çox engagement aldığı düşünülür.
- Güclü başlıqlar yazın
Instagram başlıqları uzunluğu 2200 simvol və 30 hashtag qədər ola bilər. İstifadə edin! Yaxşı başlıqlar kontekst əlavə edir və markanızın şəxsiyyətini nümayiş etdirir.
- Yadda saxlanılan məzmun yaradın
Auditoriyanızın kolleksiyasında saxlamaq istədiyi, faydalı məzmun yaratmaq da engagement-in artmasına səbəb olacaq. İstifadəçiləri daha sonra bu məzmunu ziyarət etmələrinə təşviq etmək üçün tövsiyələr, təlimat və ya resept videosu ilə bir karusel postuna “yadda saxla” call-to-action düyməsi əlavə edin.
- Maraqlı kontent yaradın.
Hər gün eyni xarakterli post paylaşmaq bir müddətdən sonra gündəmdən düşəcək. Kontentinizi maraqlı hala salmaq üçün yarışmalar, anketlər, suallar və testlər edib, hədəf kütlənizi aktiv saxlaya bilərsiniz.
- Suallara və şərhlərə cavab verin.
Paylaşımlarınıza cavab olaraq şərhlər gəldiyi zaman cavab vermək nəzakətli olduğunuzu göstərəcək. Rəyləri qəbul etmək və söhbətlərə qatılmaq izləyicilərə görüldükləri və dinləndikləri hissini verəcək və gələcəkdə sizinlə təkrar söhbət üçün can atacaqlar.
- Davamlı və strateji vaxtlarda paylaşım edin.
Çox paylaşım çox engagement deməkdir. Feedinizi aktiv saxlamaq və izləyicilərin diqqətini çəkmək üçün doğru vaxtlarda paylaşım etmək önəmlidir. Daha çox izləyicilər online olan vaxt paylaşım etmək məqsədəuyğundur.
- Instagram hekayələrində aktiv olun.
Instagram hekayələri inanılmaz bir zənginliyə sahibdir. Hər gün yarım milyard insan hekayələrdən istifadə edir və istifadəçilərin 62% -i hekayələrdə gördükdən sonra bir marka və ya məhsulla daha çox maraqlandıqlarını söyləyirlər. Suallar, anketlər izləyicilərlə söhbət etmək və aktiv olmaq üçün yaxşı vasitədir.
- Həştəqlərin gücündən yararlanın.
Həştəqlər mövzusu Instagramda diqqət yetirilməli olan mövzulardandır. Belə ki, Instagram həştəqlərindən doğru və yerində istifadə engagementi artırırsa, çox istifadə spam kimi görünməyə səbəb ola bilər. Müəyyən bir topluma və ya sektora çatmaq üçün, trend olan mövzuya qatılmaq və ya kampaniya başlatmaq, xidmətlərinizi cəmiyyətə təklif etmək üçün həştəqlərdən strateji və düzgün istifadə edilməlidir.
One comment
TikTok və onun Sosial Mediada rolu - Jugaad Rəqəmsal Marketinq
[…] İnstaqramla ilk dövrlərdə yüksəlməyə başlayan Influencer marketinq fəaliyyəti, tədricən sosial ticarətdə əhəmiyyətli bir platforma halına gələn Tik Tok’a keçid etməkdədir. E-ticarət şirkətləri, Tik Tok-dakı Influencer marketinq fəaliyyətləri sayəsində yüksək izləyicilərə sahib olan Influencerların ardıcıllarına çatır və beləliklə həm marka tanıtımını, həm də məhsul satışını sürətlə artırırlar. […]