Hashtaglardan istifadə sizə əlavə 20-30 izləyici verəcəkdir. Hashtaglardan istifadə zamanı diqqət edilməli bir neçə məqamı qeyd edim.
Diqqət bir sıra stereotipləri bu yazıda qıracam. Belə şeylərdən qorxusu olanlar bu yazını oxumasın. Bu gün instagramda hashtaglar barədə təcrübələrimi bölüşəcəm. Ondan başlayaq ki, bu nədir. Ola bilsin ki, kimlərinsə anlayışı var amma təkrar biliyin anasıdır. Deməli belə:
Hashtag “#” işarəsi ilə başlayan bir və yaxud bir neçə söz və ifadə ilə yazılmış mövzu və ya məzmun üzrə axtarışı asanlaşdırmaq üçün mikrobloqlarda və sosial şəbəkələrdə istifadə edilən yazıdır. Bildiyimiz kimi, bütün sosial şəbəkələrdə işlədilir. Amma bu yazı sırf instagramdan olacaq.

hastaglar
İnstagramda hashtaglardan danışarkən bir şeyi vuröulamaq lazımdır. İnstagram səhifəsini artırmağın metodlarından biri hashtagdır. Əgər sizin hesabınız barədə hələ heç kəs məlumatlı deyilsə onda mütləq hashtaglardan istifadə edin. Hashtag paylaşdığınız posta uyğun olmalıdır. Əfsuslar olsun ki, bu gün hashtaglar haqqında yalnış təəssüratlar var. Məsələn kor –koranə şəkildə bu gün səhifələr populyar olan hashtagları “ctrl+v” edirlər. Hesab olunur ki, hashtag nə qədər çox postu əhatə edirsə o qədər çox “like” gətirəcək. Bəs sonra? Bu bəyənmə edənlər o səhifənin kütləsidirmi? Hədəfidirmi?
Dünya dəyişir. Bunu hamımız bilirik. Mən bu yazını yazdıqca da və sizlər oxuduqca da dəyişir. 2019-da belə işlər faydasızdır. 2019-da hashtagların kopipesti keyfiyyətli auditoriya verməyəcək sizlərə. Belə hashtaglar siə mayka satışı, ətir satışı kimi səhifələrin sizi izləməsinə səbəb olacaq. Lakin sizin səhifənizdə maraqlı olan izləyicilər postlarınıza əlavə bəyənmə gətirmək deməkdir. Postlarınızın tanınmış olması və daha çox göstərilməsi deməkdir. Odur ki hashtaglardan düzgün istifadə etməyi öyrənin.
Hashtag vasitəsilə insanlar sizi necə tapacaq:
- hashtag üzrə axtarış etdikdə
- başqa postların altındakı hashtaga daxil olduqda
İnstagramda nəsə bir şey axtaranda biz sadə sözlər yazırıq axtarışa. Məsələn “elektron siqaret”, “reklam”, “parfumeriya” və sair. Uzun sözləri kimsə axtarmır. Amma cəlbedici bir paylaşımın altında uzun söz hashtag kimi yazılanda o hashtag üzərindən insanların keçid etməsi normaldır. İnsanlar bunu edir. Bu qeyd etdiklərimizdən belə bir nəticə çıxır ki, uzun yazılan qısa yazılan fərqi yoxdur. Bütün hashtaglardan istifadə etmək vacibdir.
Azərbaycana aid hashtaglar
Ümumən aznetin vəziyyəti necədirsə instagramın azərbaycandilli kütləsində də vəziyyət demək olar ki, o cürdür. Azərbaycana aid bir sırıa hashtaglar var instagramda. Onların bəziləri barədə bir məlumatı diqqətinizə çatdırım. Daha çox populyar olan hashtaglar bunlardır:
#azerbaijan #baku #aztagram #azerbaycan #baki #instagram #follow #like #aze #instabaku #aztagrambaku #turkey #instaaz #music #azeri #mall #aztagrampeople #aktivler #takip #azeaktive #gence #genclikmall #az #bakushopping #hediyye #f #love #russia #azeactive #bhfyp
Bunların heç də hamısı azərbaycana aid olmaya bilər. Lakin azərbaycanda istifadə ediləndir. #bhfyp best hashtag for your post deməkdir. Daha çox hindistandan işlədlir. Lakin bizdə də populyardır.
Sırf azərbaycandilli kütləyə aid ən populyar hashtaglardan biri “#baku” hashtagıdır. 15.2 milyon postu əhatə edir. Bakıya aid daha bir hashtag “#baki”-dır. Orda isə post sayı 3.5 milyondur. Digər hashtaglara aid rəqəmləri də sadəcə telefonla izləyə bilərsiniz.
Populyar hashtaglar
Bunları belə qruplaşdıra bilərik:
Yüksək-100 000 dən çox post olan
Orta- 100 min 50 min aralıqlı
Zəif- 50 000 posta qədər
Ən populyar instagram hashtaglarını ümumi axtarışında görmək olar. Hashtagı instagramda yazıb nə qədər posta aid olduğunu yuxarıda görə bilirik. Lakin ən populyar hashtaglardan istifadənin o qədər də məsləhətli olacağı sual altındadır. Çünki 1.1 milyon postu əhatə edən aztagrampeople hashtagı kiçik bir biznesə və yaxud yeni açılan səhifəyə nə verə bilər ki? Üstəgəl populyar bir hashtag sizin postla yaxından uzaqdan əlaqəli olmayanda nə mənası var? Amma bu gün bizdə belə dəb var hamı baku, baki, aztagram, xanimlar və sair sozlerin qarşısına diyez işarəsi qoyur və instagramda postda paylaşır. Hashtag tematik olmalıdır ki, cəlbedicilik yaransın. Məsələn ki, bu yazıya aid fotoları instagramda paylaşanda ona uyğun hashtaglardan istifadə ediləcək. Əlaqəli hashtagları tapmaq üçün belə bir məsləhət verə bilərəm ki, mütləq geoteqlərdən istifadə edin məsələn smmbaku, parfumbaku və sair. Hashtag unikal olmalıdır. Məxsusi olmalıdır. Məsələn belə. Bir də rəqiblərin paylaşdığı hashtaglara baxın. İzləyin. Amma güclü rəqiblərin.
Necə düzgün hashtag seçməli?
Bu oxuduqlarınızdan sonra instagramda hashtagları necə qoyaq sualı ağlınıza gəlirsə (instagramın siyasətini və qadağalarını nəzərə alaraq) qeydlərimi edirəm. faydalı olmaq ümidi ilə:
- İnstagramın hashtag üzrə limiti hər postun altında 30-dur. Lakin 15 istifadə etmək daha məqsədəuyğundur.
- Hər postun altındadaima eyni hashtagı paylaşmamaq.
- Kommentlərdə hashtag qoymağın həmin posta bir faydası olmaz. Amma hashtag altında paylaşılan postlara faydası ola bilər. Çünki komenti görüb hashtaga keçid edənlər hashtaga aid postları görür.
- Öz postunuzun komentində belə hashtagin effekti yuxarıdakı kimidir.
2 comments
Instagram Engagement izləyicilərlə məzmununuz arasında əlaqədir.
[…] Həştəqlər mövzusu Instagramda diqqət yetirilməli olan mövzulardandır. Belə ki, Instagram həştəqlərindən doğru və yerində istifadə engagementi artırırsa, çox istifadə spam kimi görünməyə səbəb ola bilər. Müəyyən bir topluma və ya sektora çatmaq üçün, trend olan mövzuya qatılmaq və ya kampaniya başlatmaq, xidmətlərinizi cəmiyyətə təklif etmək üçün həştəqlərdən strateji və düzgün istifadə edilməlidir. […]
Instagramda limitler - Instagram marketinq , facebook marketinq
[…] adətən hashtaglardan da istifadə edilir. Bu daha çox insana çatmaq üçün önəmlidir. Ötən yazıların birində haştaqlardan danışmışdıq. İndi də bu məsələyə bir iki cümləlik qayıdıram. […]