Viral Olmaq yoxsa Keyfiyyətli Kontent?!
Viral olmağa çalışmağı dayandırmalıyıq! Çünki ondan daha yaxşı yollar var… Viral olmaq heç vaxt bir brendin böyümə strategiyasının bir hissəsi olmamalıdır. Viral olmaq, anidən şöhrət qazanmağa bənzəyir. Yəni, bu sadəcə sizin brendinizi və ya sizi qısa müddətli stressorlardan uzaq tutmağa yarayır. Amma hal-hazırda bir çox mütəxəssislər bu ideyanı satmağa çalışır. Beləliklə, viral olmaq haqqında belə bir fikirə gəlirik ki, viral olmaq gözlənilməzdir. Bunu planlamaq və ya bunun üçün çalışmaq çox vaxt boş nəticələrlə sonlanır. Və bu blogumuzda sizə viral olmaq əvəzinə unikal məzmun strategiyası qurmağınız üçün 5 əsas səbəb verəcəyik.
1) Rəqabət çox yüksəkdir…
Viral olmaq, dünyanın ən yaxşı idmançılarından ibarət xüsusi seçilmiş komandaya qarşı yarışdığınız Olimpiada deyil. Siz 5 milyard gündəlik məzmuna, 500 milyon tvitə, 500 milyon LinkedIn hesabına və daha çoxuna qarşı yarışırsınız. Reallıq isə budur ki, spesifik miqdarda heşteq sayı, xüsusi bir vaxt dilimi vəya seçilmiş bir məzmun sayı yoxdur ki, brendiniz bunun sayəsində viral olsun. Fakt budur ki,bir paylaşımın viral olma şansı milyonda birdir. Beləki, buradan belə nəticə çıxır ki, brendimizin görünməsini istəyiriksə, mövcud rəqabəti nəzərə almalıyıq. Həll yolu: Doğru material üçün düzgün platforma seçin! Müəyyən məzmunlar varki, müəyyən platformalarda digər platformalardan daha yaxşı işləyirlər. Hansı platforma üzərindən paylaşım edəcəyinizi bilin və bunun üçün düzgün məzmun növünü seçin. Məsələn, Twitter PR üçün Facebook-un bəyənmələrindən daha yaxşıdır.
2) İstədiyiniz rəqəmlərə heç vaxt çata bilməyəcəksiniz!
Brendlər seçilmiş auditoriyaya çatmaq üçün məlumatlar, məzmunlar və izləyicilərlə əlaqədə qalmaq bir çox müxtəlif növ paylaşımlar yayımlayır. Ancaq bir şey viral miqyasda yayıldıqda, bu, əsasən ağızdan ağıza yayılır – marketoloqlar və ya bu işlərlə məşğul olan digər şəxslər çox az nəzarət edə bilər bu proseslərə. Bundan əlavə, sosial şəbəkələrdə alqoritmlər artıq dəyişib. sosial media platformaları o qədər böyük auditoriya ölçülərinə çatdı ki, 5 il əvvəl orqanik şəkildə əldə edə biləcəyiniz inanılmaz dərəcədə geniş əhatə dairəsini, indi əldə etmək üçün artıq pul ödəmək vacibiyyat halını alıb. Başqa sözlə, sosial mediada milyonlarla izləyicisi olan Kim Kardashian və ya Cristiano Ronaldo olsanız, təbii ki, paylaşımlarınız kifayət qədər insana çatacaq. Yəni, siz yüzlərlə insana çata bilərkən, onlar milyonlara çata bilir. Ancaq ənənəvi marketinqin bir qolu sayılan “ağızdan-ağıza” məzmun paylaşmağın da qeyri-müəyyən müddətə qarşılıq verəcəyinə zəmanət verilmir. Hər hansısa gözəl bir xəbəri dostunuzla paylaşa bilərsiniz və o, viral olmayacaq. Amma siz təsadüfi 4 cins şalvar geyinmiş oğlanın fotosunu paylaşa və onun sosial mediada anidən yayılıb viral olmasına şahid ola bilərsiniz. Həll yolu: Satış strategiyanızı düzgün auditoriyaya qarşı istifadə edin… Brendinizin yüksək izləyici kütləsinə malik influenserlər tərəfində reklam olunması, tanıdılması, sizin brendinizin sosial mediada daha çox insana çatma ehtimalını artırır. Digər hal isə, yaxşı edilmiş bazar araşdırmasıdır. Bu zaman sizdə brendinizin düzgün auditoriyaya çatması haqqında geniş təsəvvür yaranacaq.
3) İnsanlar gözlənilməzdir…
Viral olan hər bir məzmunun viral olmasının arxasında yaxşı bir səbəb dayanır mənasına gəlmir. Əgər viral olan bir məzmuna diqqət yetirsək, görərik ki, bu məzmun insanllara emosional olaraq təsir edir, məsələn, gülməli mem və ya hər hansısa qəzəb doğuran bir video. Tez-tez tapılan bir məzmun növü, viral olduqda, kontekstdən kənara çıxaraq qartopu effekti yaradır. Yəni, hər hansısa müğnniliyə yeni başlayan bir şəxs götürək. Bu şəxs tez-tez bir klipini paylaşır sosial mediada. Bu zaman insanlar belə bir kontentdən bezərək daha əsl klip yayımlandıqda onu izləmirlər. Beləki, həmin müğənninin musiqi karyerası başlamamış bitmə təhlükəsi ilə qarşı-qarşıya qalır. Həll yolu: Brend kimliyinizi inkişaf etdirin və həmin kimliyə sadiq qalın… Davamiyyət burada önəmli nüanslardan biridir. Beləcə, nəinki sizi izləyən, həm də sizi dəstəkləyən bir auditoriya qazanacaqsınız. Bir brend olaraq kimliyinizi inkişaf etdirməyiniz vacibdir. Çünki məzmununuz yaxşı performans göstərməyə başlayanda insanlar sizin brendinizin əvvəlki fəaliyyətləri haqqında daha çox məlumat əldə etmək istəyəcəklər.
4) Zaman sizin əleyhinizədir…
Təəssüflər olsun ki, nə vaxt viral olacağınıza dair xüsusi bir formula və ya sehrli bir söz yoxdur. Amma buna baxmayaraq, heç kimdə viral olma hadisəsinə nadir bir hadisə kimi yanaşma düşüncəsi yaranmamalıdır. Hansı ki, unutmamalıyıq ki, viral olmaq haqqında “doğru zamanda, doğru yerdə” faktı danılmazdır. Qeyri-adi deyil ki, insanlar hər zaman əvvəllər tanınmayıb sonradan məşhurlaşan məzmunları seçirlər və bu zaman həmin məzmun viral olur. Beləliklə, alqoritmin istədiyini edərək, yəni, düzgün vaxtı və ya mükəmməl məzmun paylaşma vaxtını seçmək üçün nə qədər araşdırma aparılmasından asılı olmayaraq, həqiqətən bir paylaşımın viral ola biləcəyi və ya olmayacağı tamamilə təsadüfdür. Həll yolu: Daima hərəkətlərinizi izləyin…. Nəyin işləyib, nəyin işləmədiyini öyrənin və sizin auditoriyada daha çox hansı məzmun növünün və həmin məzmunun hansı vaxt aralıqlarında reseptiv olduğuna diqqət edin. Xarici bir marketoloqun dediyi kimi ” Əgər bir şey bir dəfə işə yarayıbsa, deməli yenidən yarayacaq”.
5) Viral olmaq pul ilə alınması mümkün olmayan bir anlayışdır…
Leave a Reply