Dünən gecə bu yazını yazmağa başladım. Bir müddət keçdi və gece saatlarında müəyyən problemlər yaşadım instagramla bağlı. Bu da araşdırmamı ləngitdi. Ona görə təcrübəmdən çıxış edib bu yazını bitirdim.  İnstagramda çoxsaylı qadağalar var. Bu yazı da qadağalar haqqındadır. İnstagrama aid rəsmi səhifələrdə və yaxud www.instagram.com-da bəzən belə məlumatları tapmaq çətin olur.

İnstagramda limitler, instagram limitleri, instagramda reklam İnstagramda limitler, instagram limitleri, instagramda reklam

 

Mən daha çox özüm nə edirəmsə ondan danışacam. Çalışıb praktiki tövsiyyələr verəcəm. Əslində mən limitləri sevmirəm. Amma bu gün limitlər barədə yazacam. Çox vaxt belə postlar qarşımıza çıxır: “səyfə spamdadır çoxlu koment atin” və yaxud “пожалуйста больше комментов страница заблокирована”. Və yaxudda olur ki, heç bir kəsi follou edə bilmirik və yaxud hər hansı postu bəyənə bilmirik. Niyə belə olur? Bu necə baş verir? Toxunacağım mövzu kifayət qədər həssaslıq məsələsidir. Ona görə də, maksimum ehtiyyatla yazmağa çalışacam. İnstagramda limitlərdən danışacağıq.  İnstagram-ın siyasəti ona qarşı çıxanlara çox sərtdir.  2019-da bu bir qədər də güclənib. Limitləri keçən istifadəçilərə müxtəlif məhdudiyyətlər tətbiq olunur.

İnstagram-dan kənar servislər.

Belə şeylər ümumiyyətlə qadağandır. Olmaz. Amma çoxları istifadə edir. Limitlər daha çox instagramdan kənar servisləri tətbiq edən istifadəçilərə şamil olunur. Söhbət kütləvi izləmə (mass follow) və kütləvi bəyənmə (mass liking) proqramlarından gedir. Hərçənd ki, proqramlar adətən limit barədə məlumat verir, amma.. İşin amması odur ki, azərbaycan internet istifadəçisi kifayət qədər məlumatlı deyil. Və belə proqramları istifadə edəndə eləcə də, ümumiyyətlə telefonu əlinə alıb instagramda nəsə edəndə mütləq bu limitləri nəzərə almaq lazımdır. Mən bəziləri barədə məlumatlar verəcəm. Bəyənmə və izləmənin gündəlik say limitinə görə asanlıqla ban almaq və yaxud bloklanmaq mümkündür. 

Praktikamdan… 

Təcrübəmdən keçirdiyim bəzi limitlər barədə fikrlərimi bildirim. İnstagram-da limitlər hesabların köhnəliyinə və yeniliyinə görə dəyişə bilər. Ümumiyyətlə isə əgər hesabınız təzə (3 aya qədər) yaradılıbsa çox diqqətli olmalısınız. Hər hansı kənar servislərdən isə qətiyyən istifadə etməməlisiniz. Təzə hesab yaratdıqda bir qayda olaraq yavaş yavaş paylaşımlar edin. Müntəzəm olaraq instagram sizin hesabınızı tanısın. İnstagram-ın köhnə və yeni hesablara yanaşması fərqlidir. 6 aylıq hesab gec bloklana bilər az müddət istifadə olunan isə tez. Təcrübəmə əsaslanaraq mən bu cür limitləri özüm üçün əsas tuturam. Bir saat ərzində 60-dan çox follou və ya anfollou etmirəm. Hərçənd ki, Followers Asistance kimi servisdə kütləvi izləmə ilə maşğul olarkən limit kimi mənə bir saata 200 göstərirdi. İnstagram-la məşğul olarkən çox diqqətli olmaq lazımdır belə məsələlərdə. Mənim özüm üçün müəyyən etdiyim limitlər diqqətinizə çatdırım. Bu şəkilə fikir verək:

İnstagramda limitler, instagram limitleri, instagramda reklam

İnstagramda limitler

 

İnstagram izləmə və onun dayandırılmasını eyni hərəkət kimi qəbul edir. Məsələn bir saat ərzində 60 adamı izləmisinizsə onda saatın tamam olmasını gözləməlisiniz. Çünki izləməni dayandırmaq 61-ci addım kimi qəbul edilir və bana səbəb ola bilir. Bu limitlər daima dəyişə bilər. Ona görə də bu məsələ həssaslıq tələb edir və mən də ehtiyyatla yazıram. Bəyənmədə və şərhdə  də bu proses eynilə baş verir. İnstagramda izləyə biləcəyiniz səhifələin maksimum say həddi 7500-dür.  Bu barədə rəsmi məlumatın ekran görüntüsünü (screen shot) əlavə edirəm.

İnstagramda limitler, instagram limitleri, instagramda reklam

7500 limit

Şərhlər

Bütün şərhlər fərqli olmalıdır. Hər postun altına eyni işarələri düzmək olmaz. Sizə bir düstür yazacam dostlar. Unutmayın.

{Hər postun altına eyni şərh “ctrl+v”=Spam=sonra bloklanma}. 

Kontrol yaxşı düymədir. Onun “s” hərfi ilə kombiunasiyası çox vacibdir. Nəinki “c” və “v”. Rəqəmsallaşma erasında daha çox informasiyası olan uduşludur. Üstündür.  Ona görə də oxuduqlarımızı “ctrl+s” edək. Bir də ki tətbiq. Mən də bloka düşməmək üçün tətbiq etdiklərimi sizlərlə bölüşrəm.

Şərhlərdə adətən hashtaglardan da istifadə edilir. Bu daha çox insana çatmaq üçün önəmlidir. Ötən yazıların birində haştaqlardan danışmışdıq. İndi də bu məsələyə bir iki cümləlik qayıdıram. Hər postda 30 ədəd haştaq yazmaq olar. Amma şəxsi təcrübəmə əsaslanıb sizlərə 15 hashtag tövsiyyə edirəm.  Hashtaglar üçün bir strategiya olmalıdır. Məsələn mən belə edirəm. 210 hashtag müəyyən edirəm. 210-u həftənin günlərinə bölürəm. 210:7=30 Gündə 2 post paylaşanda bu olur 30:2=15. Beləliklə də, fərqli 15 hashtag paylaşa bilirəm ki, bu da paylaşdığım postları unikal edir.

 

Bu qədər. Çalışın bloka düşməyəsiniz.

Digiyally yours,

Jeyhun Gubatov

 

P.S. Ola bilər kimsə follou yerinə təqib və ya izləmə sözü işlətməməyi nöqsan tuta. Bu normaldır. Çox insan buna “padpiska” və ya “takip” deyir. Burda da məsələ gəlir öyrənmək istəyimizə ki, ya Türkiyədən ya da Rusiyadan öyrənməyə çalışırıq. Amma instagram barədə əsas mənbəədən öyrənsək daha yaxşı olar. Bir də ki, rəqəmsallaşma dövründə dilimizə follou sözünün keçməsində pis bir şey görmürəm.

12. 318 Views