Rəqəmsal marketinq və Z nəsli
Marketinq barədə məlumatlısınızsa, yəqin ki, məhşur Y nəsli ilə tanışsınız. Bu yaş qrupundakı insanlar uzun illər gündəmdə olsalar da əsl marketoloqlar artıq diqqətlərini Z nəslinə yönəltmişlər. Z nəsli, Y nəsildən sonra doğulan yaş qrupundakı insanları təsvir etmək üçün istifadə olunan bir termindir. Bəzən iGeneration, Homeland Generation və ya Post-Millennial olaraq adlandırılan bu qrup, əvvəlki nəsillərə nisbətən daha çox etnik və irqi baxımdan fərqlidir. Həm də dünyanın ən yaxşı təhsilli nəsli olmaq yolundadırlar.
Z nəsli kimdir?
1995-ci ildə və sonra doğulmuş,
– Bütün istehlakçıların təxminən 40 faizi,
– Səkkiz saniyəlik diqqət müddətinə sahib,
– 95% -nin ağıllı telefona (son model) sahib,
– Orijinal markalara dəyər verən,
– Praqmatik olmaq meyli yüksək olan insanlardan ibarət nəsildir.
Dünya əhalisinin dörddə birini təşkil edən Z nəsli 1996 və 2011 -ci il təvəllüdlü nəsilləri əhatə edir. Əslində, bugünkü gənc əhalini təşkil edən bu kütlə, markaların strategiyaları, marketinq modulları və bir çox digər parametrlərə də təsir edir. Bu insanların alıcılıq qabiliyyətini öz əllərinə almaları üçün texnologiya həyatlarının təməl daşıdır. Bu səbəbdən markalar Z nəslinin diqqətini çəkə biləcək yenilikçi yanaşmalar həyata keçirirlər.
Rəqəmsal Marketinqdə Z nəsli
Z nəsli rəqəmsal və mobil əsaslı bir nəsildir. Sosial media, ağıllı telefonlar və digər rəqəmsal media platformaları vasitəsi ilə mobil və rəqəmsal keçid, bir çox Z nəsli üçün başqaları ilə qarşılıqlı əlaqəni asanlaşdırdı. Bir araşdırma göstərir ki, gənclərin təxminən 45% -i demək olar ki, daim onlayndır.
Mənalı və bənzərsiz marketinq strategiyaları yaradın
Mənalı və bənzərsiz marketinq strategiyalarının yaradılması yalnız Z nəsli üçün deyil, digər müştəri seqmentləri üçün də dəyərlidir. Burada nəzərə alınacaq ən əhəmiyyətli nöqtə “saxta olmamaq” dır. Təsadüfi məlumatlar və e-poçt siyahıları almaq, hər kəsə uyğun bir marketinq strategiyası hazırlamaq, təəssüf ki, uğur qazanmağınıza kömək etməyəcək.
Hədəf auditoriyanızın olduğu yerdə olduğunuzdan əmin olun. Z nəslinin ən çox olduğu sosial media platformalarıdır. Buna görə marketinq strategiyalarınızı qurarkən mütləq sosial medianın gücündən faydalanın.
Mesajınız Sürətli və Cəlbedici Olmalıdır
Z nəslinin Y nəslindən nisbətən daha qısa bir diqqət müddətinə sahib olduğu deyilsə də, bu xüsusiyyəti kontekstdə başa düşmək vacibdir. Ancaq daha az diqqət müddətini fokuslanmamaq (diqqəti cəmləməmək) ilə qarışdırmaq olmaz. Z nəslinin son dərəcə praktik zehniyyətini nəzərdən keçirərkən, göründüyü kimi daha qısa bir diqqət müddəti, özlərinə aid olmayan, istədiklərini və ya dəyər verdiklərini təqdim etməyən təcrübə və məzmuna vaxt və enerji sərf etmək istəmədikləri deməkdir. Diqqət uğrunda mübarizə aparan informasiya cəmiyyətində Z nəslinə təsirləndirmək üçün cəmi 8 saniyəniz olduğunu unutmayın.
Z Nəsil Müştərilərinizlə Sosial Mediada əlaqələr yaradın
YouTube, Instagram və Snapchat Z nəsli arasında ən populyar sosial media platformalarındandır. Z nəslinin sosial mediada nələrə dəyər verdiyini başa düşdüyünüzü və hörmət etdiyinizi göstərin. Markanızın sosial mediada aktiv iştirakı Z nəslinin markanızda dəyər tapması üçün vacib şərtdir.
Email marketinqi
Z nəsli ilə sosial media vasitəsi ilə əlaqə qurmağın vacibliyindən bəhs etdik. Bununla birlikdə, ünsiyyət qura biləcəyiniz tək kanal sosial media deyil. Demək olar ki, daim onlayn olan nəsil üçün digər rəqəmsal marketinq kanallarından da istifadə etməlisiniz. Email marketinqi hələ də işləyən rəqəmsal marketinq tətbiqlərindən biridir. Z nəsli, e -poçtlarını gündə bir neçə dəfə olmasa da, ən azı gündə bir dəfə yoxlayır. təsirli marketinq məzmunu yaratmaq üçün əlaqəli, cəlbedici və fərdiləşdirilmiş məzmunun (promosyonlar, endirimlər, tövsiyələr) təqdim edilməsinin vacib olduğunu gözdən qaçırmayın.
Marka etibarını gücləndirmək və nişan yaratmaq üçün video məzmununun gücündən istifadə edin
Z nəsli özlərinə vaxt ayırmaq, əylənmək və mənəviyyat tapmaq istədikdə, video izləmək üçün Youtube -a daxil olurlar. Araşdırmalara əsasən, Z Nəsilinin 85% -i Youtube -dan istifadə edir. 80% -i bunu yeni bacarıqlar və yeni biliklər əldə etmək üçün etdiklərini söyləyir. Bu səbəbdən video məzmununuzda əyləncə və praktiki məsələlər arasında balans yaratmağa çalışın.
Böyük təcrübələr yaradın
Praktik və seçici bir qrup olaraq Z nəsli alışdan əvvəl araşdırmalar aparır. Bura rəyləri oxumaq və şirkətiniz haqqında və sosial, ekoloji məsələlərdə tutduğunuz mövqeləri öyrənmək daxildir. Yaradılan təcrübəən az məhsul qədər vacibdir. Məhsulun özünün istifadəsi və funksiyası yanında, onunla birlikdə gələn hisslər və təcrübələr də eyni dərəcədə vacibdir.
İnfluencer Auditoriyasına maraq
Nəhayət, deyə bilərik ki, sosial media ilə Z nəslinin böyüməsi ilə paralel olaraq, həyatlarına təsir edənlər var. İnstagram, Twitter və Youtube kimi platformalarda özlərini tanıdan və auditoriyası olan sosial media fenomenlərinin 85% -dən çoxu Z nəslindən ibarətdir. Bu da sosial media fenomenlərinin nəsilə uyğun məzmun yaratmalarını zəruri edir. İnfluencerlər artıq bu auditoriyanı əldə edə biliblər. Bəs markalar? Bəli, bir çox marka artıq İnfluencerlərlə işləməyə və məhsullarını tanıtmağa üstünlük verir. Bu marketinq metodunu sınamaq Z nəslinin marağını artırmaq və markanıza etibar qazanmaq üçün müsbət nəticələr verəcəkdir.
Müdaxilə edilə bilən formatlar
Z nəslinin nəzarəti ələ alması da son dərəcə vacibdir. Bu nəsil; Məzmun arasından seçim etmək, sıxılanda reklamı dayandrmaq və ya bəyəndiyi zaman təkrar -təkrar izləmək azadlığına sahib olmaq istəyir. Bu səbəbdən müdaxilə edilə bilməyən reklamlar Z nəsli üçün bir kabusdur! Maraqları asanlıqla yayındırılan bu nəsil üçün interaktiv və seçmə reklam modellərindən istifadə etmək daha təsirli ola bilər. Bir sözlə deyə bilərik ki, Z nəslinin satınalma davranışının artması ilə marketinq strategiyalarınıza daxil olacaqlarını deyə bilərik. Artıq yaradıcı strategiyalar hazırlamaq faydalıdır!
Leave a Reply