Rəqəmsal maketinq sahəsində çalışdığımızdan çox zaman müştərilərimizin bizə belə bir sualı olur ki, Google yoxsa Facebook reklamları yaxşıdır? Biznesimiz üçün hansı daha faydalı olar və s.
Demək olar ki, çox vaxt bizim cavabımız eyni olur – Sahədən asılıdır….
Hər biri özü özlüyündə yaxşı platformadır və burada baxışlar sizin biznesinizə, auditoriyanıza və qarşınıza qoyduğunuz məsələlərə görə dəyişir. Ona görə də gəlin birlirkdə hər birinin mahiyyətinə nəzər yetirək.
Google ads və Facebook reklamlarında database fərqi.
Əlbəttə, kiçik bizneslər reklam büdcələrinə qarşı həssas olurlar və kiçik reklam büdcələri olduğundan onlar üçün bu məbləğin daha qəanətli şəkildə Facebook və ya Googla-da xərclənməsini bilmələri daha vacibdir. Ona görə də birdəfəlik bu məsələləri çözmək üçün məqalə yazmaq qərarına gəldik. Düşünürük ki, biznes sahibləri məqaləni oxuduqdan sonra hansı platformanın onların ROI (Return on Investment) üçün faydalı olacağını biləcəklər.
Google və Facebook-un mübarizəsinin dramatik hissələrinə keçmədən əvvəl gəlin onların arasındakı əsas fərqliliklərin müqayisəsinə baxaq.
Google ads nədir ?
İllərər ərzində qabaqcıl texnologiyaların inkişafı biz marketoloqlara, eləcə də istehlakçılara təsəvvür edəcəyəmizdən daha çox seçim vermişdir. Bunun nəticəsi olaraq informasiyanın tapılması, çatdırılması və qəbulu forması da dəyişmişdir. Hətta deyərdim alış veriş etmək qaydaları, bu gün istədiyimizi almaq forması belə dəyişmişdir.
Bu dəyişikliklərə məruz qalan, həmçinin bu dəyişikliklərə zəmin yaradan internet şirkətlərindən biri də Google-dur. 1998-ci ildə yaradılan Google axtarış mühərrikidir və gün ərzində onlayn internet istifadəçilərin 70%-nin müxtəlif istiqamətlərdə milyonlara axtarış etdikləri bir platformadır. Minlərlə məhsul tipi, viodelar, yerli bizneslər barədə axtarışlar heç bir saniyə belə çəkmir. Google-da hazırda hər saniyədə 40 000 , gün ərzində 3 milyard, il ərzində isə trilyona yaxın axtarış edilir. Təsəvvür edin ki bu nəaliyyətlətə 2000-ci ildən başlayaraq Google nail ola bilmişdir və reklam siyasətini hansı formada dəyişmək imkanlarına malikdir.
Əvvəllər Google Adwords kimi tanınan Google ads dünyanın ən məşhur və böyük “Pay per Click” platformalarından birinə çevrilmişdir. Reklamçılar üçün bu onlama gəlir ki, istfadəçi onların reklamına klik etdiyinə görə Google-a ödəniş etməli olurlar. Digər axtarış platformaları da demək olar ki, oxşar texnikalardan istifadə edirlər. Google istehlakçılar və reklamçılar tərəfindən həddindən çox istifadə olunduğu üçün çox zaman ödənişli axtarışları elə bir ağızdan google ads adlandırırlar.
Bu şəkil “digital marketinq kursu” sürətli axtarışın əsasında çıxmışdır. Şəkildə “Ad” yazılan hissədə hazırda reklamda olan kurslar göstərilmişdir. Həmən arxası ilə ikinci gələn kurs isə reklamsız şəkildə orda yer tutmuşdur. Google texnologiyaları axtarış sorğuma və əraziyə görə uyğun bildiyi kursu önə çıxarmışdır. Bir sözlə Google reklamların axtarış və pay per click platformaları kimi müstəsna təsir imkanları mövcuddur.
FACEBOOK ADS
Əgər baxsaq ki, Google ads daha çox odənişli axtarış imkanlarına görə seçilirsə, bu zaman Facebook da daha çox ödənişli sosial reklamlarına görə tanınır. İstehlakçı davranışları və qaydalarının dəyişməsi, şübhəsiz ki, sosial media nəhənglərinə istehlakçıların dostları ilə əlaqə qurmalarına, yaşadıqları təcrübələri bölüşmələrinə və sevdikləri mövzular və işlərlə məşğul olmasına şərait yaradır.
Bundan əvvəlki məqalələrimizdə iş sahiblərinin Facebook reklamlarını marketinq planlarına daxil etmələrinin nə üçün lazım olduğunu izah etmişdik. Facebookun bu gün 2.27 milyard aylıq aktiv istifadəçisi ilə necə bir sosial gücə çevrildiyini qeyd etmək istərdik. Azərbaycanda isə bu rəqəm 2 milyondan çoxdur. Bu qədər aktiv istifadəçi ilə əks əlaqə yaratma imkanlarının nələr vəd etdiyinin yəqin ki, fərqindəsiniz.
Facebook reklamlarının reklamverənlər və biznes sahibləri arasında niyə bu qədər populyar olduğuna diqqət yetirək. Bu qədər istifadəçi data-sı ilə öyünmək heç də təəccüblü deyil, təkcə keçən il Facebook reklamları bütün onlayn reklam xərclərinin 25% -ni təşkil etmişdir.
Yəqin ki, Facebook-un Google-dan ən böyük üstünlüyü sosial davranışımızı daha yaxşı bilməsidir. Bu barədə tam məlumatlı olmaya bilərik, ancaq şüuraltı düşüncəmiz şəklində bir də görürsən ki, Facebook-da özümüz haqqında məlumatı istədiyimizdən daha çox aşkar edirik.
Facebook daha çox data toplayır.
Əlbəttə, Facebook daha çox data toplayır. Ola bilsin ki sizin təsəvvür edə biləcəyinizdən də çox. Bəyəndiyiniz səhifələr, əlaqədə (engage) olduğunuz mövzular, dostlarınız, doğum tarixiniz, hazırda olduğunuz məkan, 2019-cu ildə keçirdiyiniz tətillər və s. Xüsusi istifadəçiləri hədəfləyən reklam verənlər üçün yaradılan belə bir məlumat data-sının nə qədər dəyər verə biləcəyini düşünün. Və bu emosiyalar, davranışlarımız və bəyəndiyimiz şeylər alış qərarımıza böyük təsir göstərir.
Aşağıdakı qrafik reklamçılar üçün Facebook ads targeting seçimlərini göstərir.
Yalnız bu səbəbdən, Facebook reklamları bir çox kiçik biznes sahibləri arasında populyar olaraq qalır, çünki hədəf edilmiş müştərini təyin etmək və yalnız məhsul və ya xidmətinizi satın alma ehtimalı olan insanlara reklam vermək imkanı təklif edir. Bu elə bir məqamdır ki, əksər reklam platformaları belə formada seçimlər verə bilmirlər.
Google Ads və Facebook Ads – Necə işləyirlər?
Google ads özünün ödənişli axtarış təkliflərii ilə biznes sahiblərinə istifadəçilərin Google-a daxil olub axtarış edərkən hədəfləndirilməsinə imkan yaradır. Əsasən mətnə əsaslanan bu reklamların məqsədi istifadəçilər axtarış edərkən onlara uyğun məhsuların nəticədə reklam kimi göstərilməsidir.
İstifadəçi nöqteyi-nəzərindən müəyyən bir söz üçün Google axtarışını həyata keçirəndə adətən bir saniyədən az nəticə verən səhifələr göstərilir.
Lakin, hər bir axtarış nəticəsi səhfəsinin başlanğıcında görünən ilkin bir neçə sətir çox zaman reklamçıların axtarış edilən açar sözlərə görə verdiyi reklamların nəticəsidir. (Aşağıda “Ad” yazılan buna misal ola bilər)
Reklam verənlər nöqteyi-nəzərindən, Google Reklam platforması onlara istifadəçilərin reklam etmək istədikləri açar söz axtardıqda görünəcək kampaniyalar yaratmağa imkan verir. Daha hədəflənmiş bir yanaşma üçün yerli şirkətlər, açar sözlərini xüsusi coğrafi bölgədə axtaran insanları da hədəfə ala bilər. Ərazi üzrə axtarış verdikdə isə əraziyə yaxın şirkətlər xəritədəki formada ən yaxın olanları görsənəcəkdir.
Bu kampaniyalar qurulduqdan sonra, reklamlarınız oxşar açar sözlər seçmiş reklam verənlər ilə bir hərrac aralığına daxil olur. Və nəhayət, Google ən çox təklif alan və ən uyğun məzmuna sahib olan reklamı göstərəcəkdir. Əlbəttə ki, Google-un bu kampaniyaları qurmaq üçün kifayət qədər alətlər ordusu var, lakin bunlar bilinməsi lazım olan əsas məqamlardır.
Digər tərəfdən Facebook reklamları, reklamınızı platformada hədəfləyən profil olaraq seçdiyiniz davranış və xüsusiyyətlərə əsaslanaraq insanlara yönəltməyə imkan verir. Google Reklamlarından fərqli olaraq istifadəçinin axtarış sorğusuna əsaslanmır. Təkcə demoqrafiyaya əsaslanaraq hədəfləndirmə seçimlərinin geniş çeşidini təmin etmir, həm də bir reklam verənə hədəf istifadəçilərinin davranışlarına, bəyəndiklərinə və bəyənməmələrinə əsaslanmağa imkan verir.
Google ads və Facebook ads üçün əsl ROI nədir ? Bunu necə müəyyənləşdirmək olar.
Vaxt var idi, çap reklamı kimi ənənəvi kanallar biznes sahibləri üçün bazara girmək strategiyası idi. Yerli qəzetlərdə kütləvi marağa güvənib, sonra kiminsə reklamlarınızı görüb alış-veriş etmək üçün ziyarət edəcəyinə ümid etmək. Belə reklam kampaniyasının son zamanlar nə qədər effektiv olduğunu isə dəqiq bilmirik.
Biz o dövrlərdən bu yana xeyli yol keçmişik və bu gün biznes sahibləri və reklam verənlər qabaqcıl rəqəmsal vasitələrə sahibdirlər. Daha yeni reklam texnologiyaları, öz müştərilərini həfələyərkən müxtəlif reklam formatlarında təşviq etməyə imkan verir.
Artıq hər şey yaxşılaşır….
Kompüter elmləri və məlumat analitikası bu kampaniyaları izləməyə və konversiyaları baş verən saata qədər saymağa imkan verir. Reklam platformaları vasitəsilə veb saytınıza daxil olanların izlənməsi onların nə kimi fəaliyyətlər həyata keçirməsini track etmək mümkün olmuşdur. Detallı şəkildə kampaniyanızın fəaliyyətini optimallaşdırmağa kömək etmək üçün əvvəlkindən daha çox data vardır.
Jugaad olaraq biz müştərilərimizə veb sayta ziyarətçilər cəlb edərkən onların qeydə alınması üçün kodlar və skriptlər yazmağa kömək edirik. Daha sonra, Həm Facebook və həm də Google vasitəsilə veb sayta daxil olan ziyarətçiləri təkrar geriyə, Remarketinq tətbiqinə gətiririk. Keçmiş ziyarətçiləri geri qaytarmaq bacarığı, həqiqi ROI formalaşdırılan zaman olur. Çünki indi istifadəçiləri yalnız sayta cəb etmək kifayət etmir, onların satışa sövq edilməsi üçün Remarketinq metodikasından yararlanmaq lazım gəlir. Veb saytınızı öncələr ziyarət etmiş kəslərin yenidən veb sayta qaytarılması və onların alışa sövq edilməsi həqiqi bir ROİ formalaşdırır.
Və Sonda
Bizim bu müqayisədə hansına daha çox üstünlük verilməsi ilə bağlı qalibi müəyyənləşdirmək fikrimiz yoxdur. Burada biznes tipi, müştəri auditoriyası və s kimi bir çox amillər vardır. Əsas olan odur ki, harda reklam yerləşdirmənizdən asılı olmayaraq siz ROİ-nizi hesablamalısınız. Əgər Facebooka 20 USD reklam büdcəsi yerləşdirib çoxlu “reach” sayı və “Lead” alıb satış edə bilmirsizsə, Əvəzində Google da 30 USD yerləşdirib “like” almasanızda satış edirsinizsə o zaman Google-u seçməlisiniz təbii ki. Bütün bu məsələlərdə ROİ-nin ölçülməsi vacibdir. Çox zaman olur ki, kiçik bizneslər üçün Facebook daha ucuz başa gələn və faydalı ola bilir. Yaxud Google axtarış zamanı müştəri alışa daha yaxın ola bilir.
Bütün bunlar ölçülməlidir və bu işdə hər iki platformanı daim gündəmdə saxlayıb zaman-zaman ROİ-nizi ölçməyə davam etməlisiniz.
Təşəkkürlər.
Pərviz Azərelli
Leave a Reply