
Facebook alqoritmləri dəyişməyə davam edir. Biz isə daha çox izlənilmək, önə çıxmaq istəyirik. Ümumən onu qeyd edim ki, alqoritmlərin dəyişməsi bizim daha az izlənilməmizə, daha çox önə çıxmamıza əngəl olmamalıdır. Surətli həlli yolları tapıb, daha çox praktika etməliyik. Çətindir, amma MÜMKÜNDÜR.
Araşdırdığım və təcrübədə gördüyüm məqamları sizinlə bölüşürəm.
1. Gündə max 1 paylaşım edin.
Facebook-da gün ərzində istədiyimiz zaman google-dan şəkil götürüb paylaşma dövrünü bildiyiniz kimi bitirmişik. Hazırda kəmiyyət yox, keyfiyyət dövrünə keçid etmişik. Buna görə də, bir neçə posta ayırdığımız diqqəti 1 posta yönəltməklə, daha yaxşı nəticələr üçün çalışmalıyıq. Max 1 desək də, sizin xətrinizə çox önəmli məlumatlar olarsa, 2 paylaşıma qədər çıxmaq olar. Amma yenə də çıxmayın 🙂
2. İnsanları rəyə yönəldin.
Postunuzda yerləşdirdiyiniz, saytınıza və yaxud başqa istiqamətlərə yönləndirən linklər daha az insana çıxmanıza gətirib çıxarır. Fikir verməyin, Siz yenə də bildiyinizi edin, amma necə? – Postda qısa və cəlbedici yazı ilə, insanlara “rəydə ….. ilə tanış olub, ətraflı məlumat alın” tipli ifadələr insanlarda arzuolunmayan “yarımçıqlıq” hissini artıracaq və Siz də insanları rəyə gətirərək, həm başqa istiqamətə yönəldə, həm də daha çox kütləyə çıxmanıza şərait yarada bilərsiniz.
3. + , ? qoyun…
Bu alətdən 2017-ci ildə ilk dəfə istifadə etməyə başlamışam. İnsanları yormayan, tez vaxtda yaza biləcəkləri vasitələr sizi daha çox kütləyə çıxarır. Çünki postunuza ilk dəqiqələrdən etibarən rəylər gəlməyə başlayır və alqoritmə görə, maraqlı kontent hesab olunaraq, daha çox insana çıxa bilirsiniz. Həm də, insanların bunları edərək məlumat alması, digər insanları da həvəsə gətirəcək ki, “görəsən nə məlumatdı, mənə də versinlər görək.. “
4. Postlarınızı ödənişli reklam edin.
Nə qədər danışıb müzakirələr etsək belə, yarışda qalmaq üçün əlinizi cibinizə atmalısınız. “Pay to play” mexanizminə əsasən, daha öndə olmanız üçün ödənişli reklamlar şərtdir. Bu məsələ isə artıq daha detallı mövzulara gedərək – kütlənizi yaxşı tanımanıza, hədəf kütlənizi doğru seçmənizə, effektiv reklam üçün doğru alətlərdən istifadə kimi önəmli məsələlərdən asılıdır.
5. Video kontentlərdən istifadə edin.
Videolarla normal postlardan 3 dəfə çox nəticə əldə etmə imkanınız var. Facebook-da bu imkanları doğru dəyərləndirərək, öz sahəniz üzrə cəlbedici kontentlərlə, daha yaxşı nəticələr sizi gözləyir. Çəkin və bölüşün. Fikrinizi videolarla insanlara çatdırın. Amma 1 dəq keçən videolar çatacağınız kütləni azaltdığını nəzərə alaraq, fikrinizi fərqli və maraqlı kontentlərlə, net şəkildə ifadə etməniz yaxud insanlara maraqlı gələcək hadisələri bölüşməniz daha yaxşı nəticələrə gətirib çıxaracaq.
6. 1.7 saniyənin qədrini bilin.
Facebook datalar göstərir ki, insanlar mobil versiyada 1.7, komyuterlə 2.5 san sizə diqqət ayırırlar. Həmin zamanda insanların diqqətini ilk öncə vizual şəkil, daha sonra isə yazınızla cəlb etməlisiniz. Buna görə də, postunuzun oxunması üçün, sadə, rahat anlaşılan, net mesajı ifadə edən şəkliniz çox önəmlidir. Axı vaxtınız azdır 😉
7. Daha çox təcrübə edin və nəticələri analiz edin.
Daha çox bilgi, daha çox praktika etməkdən yaranır. Ona görə də davamlı, fərqli üsulları praktika etməmiz və nəticələri izləməmiz lazımdır. Çünki hazırdakı dəyişimlər daha çevik olmamızı tələb edir. Ona görə də, müxtəlif yollarla kütləmizi daha yaxşı tanımamız, onların istəklərinə uyğun addımlar atmamız önəmlidir.
Leave a Reply