Veb saytların hazırlanması artıq başqa bir sənətdir.
Veb saytların hazırlanması artıq bir proqramçı sənəti olmaqdan çox uzaqlaşmışdır. Bu gün veb saytlar digital marketinqin ayrılmaz bir hissəsidir. Hazırlanan veb saytlarda dizayn və funkisyalılıqdan əlavə kontent və axtarışlarda öndə çıxması çox vacibdir.
Təsəvvür edin ki, veb saytınız var, ideal funskionallıqa və dizayna malikdir, lakin sizin gostərdiyiniz xidmətlər barədə (axtarışda önə çıxmaqdığınızdan) çoxları məlumatsızdır. Bunu üçün isə güclü rəqəmsal marketoloqa ehtiyac duyulur ki, yaradılmış veb saytlar müxtəlif aspektlərə görə hazırlanaraq daha effektiv olsunlar.
Misal üçün bizim bir ay öncə rəqəmsal markerinq xidməti üzrə hazırladığımız veb sayt qısa müddət ərzində Gdoogle birinci səhfiəsinin birincisi oldu. Bunu yoxlamaq üçün Googlda rəqəmsal marketinq agentliyi yazmanız kifayət edəcəkdir ki, aşağıdakı səhifə ilə rastlaşasınız.
Veb saytı önə çıxarmaq üçün hansı prosessləri həyata keçirdik?
Əvvəla qeyd edim ki, veb saytın ön sırada olmasını həyata keçirmək heç də asan olmadı. Biz Amerikada bu sahədə olan son yenilikləri araşdırdıq və tətbiq etdik. Düşünürük ki, əgər biz bu məlumatları daha rahat dil hesab etdiyimiz Rus və ya Türk mənbələrindən əldə etsəydik istdiyimiz nəticəni almaya bilərdik. Əsas səbəb kimi isə o ölkələrə gələn informasiya sonradan bizə ötürülməsi zamanı artq çox köhnəlmiş olur.
SEO alqoritmlərinin köhnəlmməsi
Düzünü deyim ki, SEO sözünü üç il əvvəl bir veb sayt hazırlayan dostumuzdan eşitmişdim. Hər dəfə soruşandakı bunu necə edirsən, o da deyirdiki “açar sözlər” yazıram. Yəqin ki, razılaşarsız ki, bir çoxunuz bu fikirlə artıq tanışsız. İndinin özündə də SEO söhbətləri gedəndə hər kəs bildi bilmədi bu cümlədən istifadə edir – açar sözlər yazırsan və google da birinci olursan.
Amma biz bu məsələni 1 ay önə köklü şəkildə araşdırarkən bəlli oldu ki, Google 2015-ci ildən açar sözlər vasitəsilə SEO etmə xidmətin dayandırmışdır və SEO etmək üçün Google-un artıq yeni alqoritmləri var. Demək olar ki, hər ay yeni alqoritmlər formalaşır və ona görə də yenilikləri izləyib daim tətbiq etməlisiz.
Rəqəmsal marketinqə uyğun veb saytı necə hazırlamalı ?
Rəqəmsal maretinqin vəzifəsi məhsulun rəqəmsal kanallarla təşviqinə və satışına nail olmaqdır. Bunu həyata keçirmək üçün isə sizin veb saytınız Google reklam şərtlərinə, analitika proqramlarını dəstəkləmək üçün onların “script” lərinə malik olmalıdır. Yalnız bu zaman uğurlu marketinq kompaniyasını və platformasını həyata keçirmək mümkün olacaqdır.
Veb sayt sifariş edərəkən aşağıdakıları mütləq tələb edin:
- Tanınmış SEO sistemlərinin scriptlərini özündə əks etdirsin
- Google analitika və Google ads kimi sayta qoşmaq üçün bu platformaların scriptləri saytınıza yazılmı olsun.
- Konversiya yaratmaq üçün iç səhifələrdə sorğu yerləri quraşdırılsın.
- Saytda onlayn çat yerləşdirilsin (Arzu olunandır)
- Kontent kifyət qədər çox şaxəli olsun
- Dizayn rəqəmsal marketinq alətlərini dəstəkləsin
Yuxarıda göstərilən şərtlərə uyğun veb sayt hazırlanarsa o zaman rəqəmsal marketinqin imkanlarından istifadə etmək daha rahat olacaqdır. Rəqəmsal marketinq imkanları məhdud olmayan veb saytlar vasitəsilə isə satışları bir neçə dəfə qaldırmaq tamamən realdır.
Leave a Reply