![](https://jugaad.az/blog/wp-content/uploads/2022/06/blog-postu1.jpg)
Veb sayt kontent nədir?
Rəqəmsal dünyada yer alan veb sayt səhifələrində olan sözlər, şəkillər, videolar, başlıqlar, mətnlər, bir sözlə hər şey kontent adlanır.
Veb sayt kontenti nece olmalıdır?
Veb sayt kontenti diqqət çəkən, uyğun, orijinal və eyni zamanda istifadəçinin ehtiyaclarını ödəməlidir.
Kontent müştərilərin ehtiyaclarına uyğun məlumatlar verməlidir. İstifadəçilər kontent sayəsində brendlə, şirkətlə daha yaxın olacaq. Veb saytın kontenti doğru və detallı yaradılmalıdır. Eyni zamanda orijinal olmalıdır. Digər saytlarda olan məlumatlarla eyni olmamalıdır. Google orijinal kontentlərə daha çox üstünlük verir.
- Xidmətləri və məqsədləri istifadəçilərə daha yaxşı şəkildə çatdırmalıdır.
- kontent planlı şəkildə yaradılmalıdır.
- Açar sözlər müəyyən edilməli və açar sözlər üçün məzmun hazırlanmalıdır.
- Kontent daha mükəmməl və dəqiq olması üçün rəqib analizləri vacibdir.
Veb sayt kontent üçün tövsiyyələr.
Veb sayt kontenti yaradarkən, istifadəçilərin ehtiyaclarını ödəyə biləcək kontent olduğundan əmin olmalıyıq.
- İstifadəçilər üçün kontent aydın olmalıdır və kontent bəlli bir sayıda olmalıdır.
- Veb sayt kontentinin daha aydın, mükəmməl, dəqiq olması üçün rəqiblərin veb sayt kontentlərini analiz etmək lazımdır.
- Məqsədlərinizə və ya xidmətlərinizə əsaslanaraq veb sayt kontenti qurulmalıdır.
Kontentin üstün tərəfləri hansılardır?
- Şirkətiniz, brendiniz haqqında məlumatları tanıdır və artırır.
- Axtarış motoru reytinqlərinə (SEO-ya) təsir göstərir.
- Satış prespektivlərini inkişaf etdirir.
- Şirkətinizin, brendinizin başa düşülməsini gücləndirir.
Veb sayt kontentindən məqalələr yazaraq axtarış motorlarında irəlidə çıxmaq üçün də istifadə olunur. Veb sayt olan kontent məqalələr axtarış motorlarında saytların çıxmasına təsir edir.
Kontent yaradarkən nələrə diqqət etməliyik?
- Uyğun olmalıdır.
- Dəyərli olmalıdır.
- İstifadəçinin ehtiyaclarını ödəməlidir.
- “Call-to-action” (CTA) olmalıdır.
- Məzmun istifadəçilərə görə uzlaşmalıdır.
- Düzgün dildən istifadə edilməlidir.
Veb sayt kontentinin yaxşı və düzgün olması təkcə istifadəçilərin saytınızı tapmağa kömək etməyəcək, eyni zamanda istifadəçilərin saytda uzun müddət qalmasına da kömək edəcək.
Leave a Reply