Tikinti şirkəti üçün SMM planlaması

Bu blogda tikinti şirkətləri üçün uğurlu sosial media planlaması necə olması barədə danışırıq. Sosial media ,  marketinq və ya brendinq yaratmaq üçün güclü vasitədir.

O , həmçinin şirkətinizlə başqa yollarla əlaqə saxlaya bilməyən insanlarla əlaqə saxlamaq gücünə də malikdir. Yaşayış kompleksinin sosial media planlaması mövcud müştəriləri cəlb etmək və ya brend şüurunu artırmaq üçün nəzərdə tutulub.

Bu yol xəritəsini üç istiqamətlə təkmilləşdirmək məqsədə uyğundur.

  1. Brendin təşviqi
  2. Müştərilərin cəlb edilməsi
  3. Məzmunun yaradılması

Digital marketinq strategiyasından və ya rəqəmsal marketinq strategiyasından istifadə etmək vacibdir . Bu auditoriyanızı cəlb edən və ya platforma vasitəsilə onlarla daha davamlı münasibət quran faydalı məzmun yaratmaqdan gedir. Yaşayış kompleksinin tikintisinin yekunlaşmasından əvvəl şirkətin sosial media hesablarının açılması satışı daha da artıracaq. Bununla belə daha da çox müştəri bazası toplamağa köməyi olacaq.

Araşdırmalara görə müştəri bir məhsul barədə maksimum 1 dəqiqə ərzində qərar verir. Yəni müştərinin cavabı “hə” və ya “yox” olacaqmı.

Biz isə sosial media planlamasının elə qurmalyıq ki , müştəri bu vaxt ərzində müsbətyönümlü qərar versin.

Və bizim əsas  məqsədimiz müştəridə qaranlıq məqamların qalmamasını təmin etməkdir.

Hansı ki ,92% müştəri  məhsul haqqında məlumatları bir platformadan almağa üstünlük verir.

Sosial media planlaması üçün müştərini tanımağa çalışın

Amerikada Milli Əmlakşılar Assosiyasiyasının 2020-ci ildə apardığı araşdırmalara görə evlərin 51% internetdən , 30% – i agentliklərdən , sadəcə 7% – i isə reklamlardan və ya billboardlardan alınır.

Bu araşdırmadan belə bir nəticə çıxartmaq lazımdır ki , əgər doğru bir planlama etmək istəyiriksə ilk öncə şirkətin websaytını səliqəyə salmalı daha sonra sosial media hesabları açılmalıdır.

Eyni zamanda satdığımız məhsul ilə maraqlananların yaş aralığını və ya daha çox hansı platformada axtarış etdiyini də analiz etmək lazımdır.

Məhsulu düzgün tanıdın

Müştərilərə məhsul haqqında düzgün məlumat verməyə çalışın.

Araşdırmalara görə ev almaq istəyənlərin 85% – i evlərin sosial imkanları ilə daha çox maraqlanır.

Düzgün formada tərtib edilmiş sosial media platformaları vasitəsilə niyə vacibdir ?

Evlərin müştəri tələblərini nə dərəcədə qarşıladığı barədə ətraflı məlumat vermək yeni müştərilər cəlb edəcəkdir.

Məhsulun bəzi üstünlərini sadalamaq olar :

  1. Binaların hansı yeni texnologiyalar əsasında tikilməsi
  2. Tikilinin yerləşdiyi ərazinin üstünlükləri ,ictimai nəqliyyat haqqında
  3. Təbiətə nə dərəcədə yaxın olması
  4. Müştərini razı sala biləcək ödəniş üsullarının təklifi
  5. Sosial imkanlar – dayanacaqlar , alış-veriş mərkəzləri və sairə

Gələcəyə yatırım

Əmlak qiymətlərinin getdikcə artığını nəzərə alaraq , müştərilərə  sadəcə ən yaxşı yaşayış evi  reklamı deyil , eyni zamanda bu evlərə bir yatırım olaraq baxmalarını təmin etmək lazımdır.

Durmadan artan ev qiymətləri  , evlərə yatırım etməyin başlıca səbəblərindən birinə çevrilir.

Bununla belə , biz evlərin təkcə yaşayış üçün necə uyğun olduğunu deyil də , yatırım üçün də lazımlı olduğunu qeyd edə bilərik.

Sosial media planlaması

Sosial media hesabları layihələrin yekunlaşmasından öncə açılmalıdır.

Çünki bu tip tikililər layihə yekunlaşmadan öncə satışa çıxarılır.

Biz bu hesablar vasitəsilə  müştərilərə daim bilgilər verməli , tikintinin nə dərəcədə irəlilədiyini göstərməliyik.

Eyni zamanda bayramlarda və ya hər hansı xüsusi günlərdə endirim kampaniyaları yerləşdirmək də yeni müştəriləri cəlb etməyə malikdir.

Planlama üçün seçimlər -Google Map , yenilik gətirmək, kataloq hazırlığı , “Nə vəd edirik?” ola bilər .

İndiki dövrdə biznesimizin bütün xəritələrdə rahat tapılması çox vacibdir.

Buna əsaslanaraq yaşayış kompleksinin ünvanını Google Xəritədə də önə çıxan edilməsi vacibdir.

Kataloq hazırlığı – Binaların həm daxili həm də xarici görünüşünü , otaq saylarının müxtəliliyinə görə mənzillərin qruplaşdırılması fərqlilik yarada bilər. Müştərilərin kataloqun online versiyasını əldə edə bilmələri üçün scan versiyasından istiadə etmək olar.

Yenilik gətirmək – Müştərilərin cəzb edilməsini təmin etmək eyni zamanda onlarların rahatlığını təmin etmək üçün müəyyən yeniliklər etmək mümkündür.

Mənzil sektorundakı yeniliklərdən istifadə etmək olar. Əvvəllər oyunlarda və ya əyləncə mərkəzlərində gördüyümüz VR eynəklər artıq mənzil sektorunda da istifadə olunur.Müştərilərin gələcəkdə mənzillərin necə görünəcəyini bilmək istəklərini tamamlamaq üçün sadə VR eynəklərini təklif edə bilərsiniz. Belə tur gəzintisi təkcə mənzilin içərisində deyil , həm də binanın olduğu küçədə , həyətində də mümkündür.

462 Views