Sosial Media Engagement Dərəcələri

Biznesiniz üçün sosial media uğurunun necə göründüyünü bilirsinizmi?

Marketinqin əksər sahələri kimi, nəticələr sahəyə, hədəf auditoriyaya və ya müştəriləri cəlb edən məzmun yaratmaq bacarığına görə dəyişir.

Rival IQ, 14 sahədə olan markaların eyni rəqabət mənzərəsində digər markalara qarşı sosial media fəaliyyətini müqayisə etdiyi 2023-cü il üçün illik sosial media benchmark hesabatını yayımladı.

Məlumatlar, qida və içki sənayesindən tutmuş texnologiyaya qədər çox saylı sektorda 2100 şirkətin Facebook, Instagram, Tiktok və Twitter-dəki sosial media aktivliyindən ibarətdir.

Şirkətlərin Facebook izləyiciləri 25.000 – 1.000,0000 aralığında dəyişir və hamısının İnstagram, Tiktok və Twitter-də 5000-dən çox izləyicisi var.

Aşağıdakılar marketinq mütəxəssislərinin bilməsi gərəkən ən önəmli bilgilərdir.

Ümumi engagement

2019-2022-ci illər arasında bütün sahələr, Facebook, İnstagram və Twitter-də ümumi reaksiyalarda (like, comment, share) bir düşüş gördülər.

Facebook və Twitter yalnız reaksiyalarda bir az dəyişiklik göstərdi. Facebook 2021-ci ildə 0.06% -ə düşdü. Twitter üçün 2019-2022-ci illər arasında 0,01% azalıb.

Hər iki şəbəkə üçün zamanla həftəlik post yerləşdirmə Facebook-da 5.8-dən 5-ə, Twitter-də 5.4-dən 3,9 posta düşdü.

Digər tərəfdən, İnstagram 1,22% -dən 0.47% -ə qədər daha böyük bir düşüş gördü. Ancaq Facebook və Twitter-dən fərqli olaraq, bu platformada həftəlik post yerləşdirmə 4.3-dən 4.5-ə artdı.

 

Facebook Engagement

Bütün sənayelərdə Facebook-un izləyicilər tərəfindən post başına reaksiya dərəcəsi 0.06%-dir. Ortalama həftəlik post sayı bütün sahələrdə 5.04, ən çox isə 73.5-dir. Adətən media şirkətləri son xəbərləri paylaşdığına görə digərlərindən daha çox post paylaşır.

Instagram Engagement

Instagram-ın izləyicilər tərəfindən post başına ortalama reaksiya dərəcəsi 0.47%-dir.

Həftəlik postların ortalama sayı 4.6-dır. Ən çox paylaşım idman kanalları tərəfindən olur: həftəlik 15.6.

TikTok Engagement

Bütün sahələrdə TikTok-un izləyicilər tərəfindən post başına ortalama reaksiya dərəcəsi 5.69%-dir.

Həftəlik ortalama video sayı 1.75-dir. Media şirkətləri isə daha çox- həftəlik 4.2 paylaşım edir.

Twitter Engagement

Twitter-in izləyicilər tərəfindən post başına ortalama reaksiya dərəcəsi 0.035%-dir.

Həftəlik ortalama tweet sayı 3.91-dir və ən çox media şirkətləri- həftəlik 70.2 tweet atır.

Top Post növləri

Hər bir sosial media şəbəkəsindəki ən yaxşı post növləri sahəyə görə dəyişir.

Facebook-da ən çox reaksiyanı şəkil və video postlar, ən azını isə link və status ismarıcları alır.

Rival IQ,, Mart 2023

Rival IQ,, Mart 2023

Statistikalar göstərir ki, bizneslər Instaqram üçün  və karusel postlarına yönəlməlidir. Reels olaraq yüklənməyən video postlar isə ən az reaksiyanı alır.

Twitter-də fotoşəkillər, video və statusları olan postlar ən aktiv, bağlantılar olan tvitlər isə ən az sönük qalmağa meyllidir.

 

Top Həşteqlər

Həşteqlər sahəyə və şəbəkəyə görə dəyişkənlik göstərir. Bütün sahələrdə bayram həşteqləri ən çox reaksiyanı alarkən, müsabiqə həşteqləri isə əvvəlki illərlə müqayisədə düşüş yaşayır.

 

Nəticə

Əsas məqam odur ki, hər bir sahənin auditoriyası bir qədər fərqlidir. Qida və içki brendləri Instagram Reels ilə ən çox reaksiyanı alsalar da, ali təhsil markaları isə Instagram karuselləri ilə daha çox reaksiya göstərirlər.

705 Views