Bu qənaətə gəlməmişdən qabaq rəqəmsal marketinqin fərqli istiqamətlərində çoxsaylı təcübələr apardıq. Gəldiyimiz nəticə  budur ki, bugünki marketinqin önə çıxardığı məsələlər artıq bü günün tələblərinə cavab vermir və rəqəmsal marketinq hər gün çoxsaylı dəyişikliklərə və yeniliklərə məruz qalır. Baş verən yenilikləri bir ay izləmədinsə (özüdə Amerikan mənbələrdən) gərək bu sahə ilə məşqul olmayasan. Düşünün ki, 2017-ci ildə çapdan çıxmış hər hansı bir kitabda yazılan yeniliklər artıq bu sahədə əhəmiyyətini itirmişdir. Ola bilsin ki, digər sahələrdə köhnəlmə daha gec getsin, amma digital marketinqdə bu hər gün baş verir. Baş verənlər nədir? Gəlin bu barədə danışaq.

Kontent hər şeydir !  “Content is king”

Yəqin ki, çoxları bu kəlamla tanışdırlar – “Content is king”. Əlbəttdə ki bu əvəllər belə idi, indi isə daha çox kontentin yaradılması sizə “search” trafik gətirmək üçün başlıca faktor deyil.

Yəqin ki, siz məmin kimi marketoloqlardan eşitmiş olarsız ki, Google 1-ci səhifəsində görünməniz üçün  kontentin orta həcmi 1900-2000 sözdən ibarət olmalıdır.

 

Bu o demək deyil ki, sizin kontentiniz 1900-2000 sözdən ibarət olacaqsa bu sizi Google 1-ci səhifəsinə götürəcək. Sadəcə o anlama gəlir ki, Google 1-ci səhifəsindəki kontentin həcmi ortalama bu sayda sözdən ibarət  olur.

Mən əminəm ki siz həmişə aşağıdakı formada edirsiz:

“Siz kontent yaratmaqla məşqul olursuz, amma hansısa səbəblərə görə istədiyiniz qədər search trafik ala bilmirsiz”

Buna görə narahat olmayın, sizin nələrdən keçdiyinizi mən bilirəm və çıxış yolları barədə bu gün sizi məlumatlandıracam. Amma öncə gəlin baxaq görək kontent marketinqi hansı istiqamətdə dəyişməkdədir.

450 milyondan çox bloq mövcuddur.

Vebdə tapdığım məlumatlara görə dünyada 450 milyondan çox bloq vardır. Medium və Tumblr-da (bunlara oxşar digər saytları) nəzərə alsaq bu rəqəm hardasa milyarda yaxınlaşacaqdır. Təkcə  elə Tumblr-da 400 milyona yaxın bloq mövcuddur.

Bu sizin üçün hansısa  məna kəsb edirmi?

Fərqindəsinizsə, çoxlu sayda bloq mövcuddur və burada seçilmək həddən artıq çətin olacaqdır. Təsəvvür edin ki, dünyada 7.5 milyard əhali var və bloq sayının artımı insan artımından daha sürətlə gedir. Nəzərə alsaq ki, dünyad hazırda ortalama 1 milyard bloq mövcuddur və o zaman hər 7.5 nəfərə bir bloq düşür.

Bu qədər çox bloq?

O zaman niyə kimsə digərlərinin bloqunu deyil sizin bloqunuzu oxumalıdır ?

 

Bəs kontent marketinq niyə olmalı olduğu kimi fəaliyyət göstərmir?

Çünki çoxlu sayda bloqlar var və sizin böyük həcmdə rəqabətiniz var.

Hətta, sizin hər hansı bir mövzuda bloq yazmağı düşündüyünüz zaman artıq kimsə bu barədə bloq yazır. İnanın !

Hər hansısa bir yeni hadisə yaxud xəbərlər haqqında yazmağı planlaşdırdığınız zaman belə kiminsə bu barədə yazmaması və eynilə sizin yazacağınız barədə yazmaq şansı vardır, hətta elə ola bilər ki, eyni mövzu barədə sizi 1 saat yaxud 5 dəqiqəlik də olsa qabaqlaya bilərlər.

İnsanların axtardığı Məşhur açar sözlər üzərində belə hər gün milyonlarla veb sayt top reytinq üçün rəqabət aparırlar.

 

 Məsələn SIMILARWEB dünya üzrə  600 milyondan çox açar söz üzrə trekkinq aparır və son 30 gündə 25 milyondan çox açar söz 10 000-dən çox “search” yaratmışdır.  

Məsələn, biz Azərbaycanda “Rəqəmsal marketinq”  sözü üzrə Google 1-ci səhifəsindəyik. Lakin biz 85 100 yazılmış söz toplusu  və şirkətlərlə  rəqabət aparırıq.

reqemsal marketinq

İndi əgər siz “rəqəmsal marketinq” sözü üzrə axtarışlarda birinci olmaq üçün bu sayda nəticə ilə rəqabət aparmalısız.

Hətta, bu gün bir neçə sozdən ibarət cümlələrlə belə Google səhifəsində 1-ci olmaq  rəqabət nəticəsində müşkül məsələyə çevrilmişdir. “Digital marketing” sözünü isə axtarışa verdikdə beynəlxalq söz olduğundan 2 milyarddan çox nəticə çıxır. Gəl burda belə rəqabət mühitində 1-ci səhifədə olmağın əhəmiyyətini nəzərə alma .

 

SİZİN KONTENT MAKETİNQ STRATEGİYANIZ NECƏ DƏYİŞMƏLİDİR.

Yuxarıda qeyd etdiyim kimi əgər siz bu gün hər hansısa bir məsələ barədə  yazmaq istəyirsinizsə düşünün ki, artıq kimsə hal hazırda bunu edir.

Mən ilk dəfə 3 il bundan öncə ilk bloqumu CRAZY INNOVATIONSda yazmağa başlayanda “Brendinq nədir və biznes üçün əhəmiyyəti “  850 sözsən ibarət idi. Düşünün ki, 2015-ci ildəki kontent və Google tələbləri tam başqa idi və bu gün kontent daha ətraflı və dolğun olmalıdır.

Bu gün insanlar qarşılarına çıxan bütün bloqları oxumağa meyilli deyillər. Statistikaya görə hər 10 nəfərdən 8-i klik edib bloq materialına baxa bilər ki, o da mövzunun başlığının onlar üçün maraqlı və əhəmiyyət kəsdiyi halda mümkündür.

İndiki kontent tələb edir ki, oxucular istədikləri məlumatları bloqdan ala bilsinlər. Bu sadəcə maraqlı olmalı deyil həm də onlar üçün yararlı olmalıdır.

Ümüdvaram oxucularımıza hər keçən gün digital marketinq aləmində gedən yeniliklərlə və əldə etdiyimiz nəaliyyətlərlə bağlı dolğun məlumat verməyə nail ola biləcəyik.

Pərviz Azerelli

 

 

 

 

 

 

 

 

 

 

2. 894 Views