Qırıq link nədir?

Aktiv internet istifadəçisi olmasanız belə, “404 not found” ifadəsi sizə mütləq nəyisə xatırladacaq. Bu xəbərdarlıq yanlış vebsayt bağlantısı deməkdir. Yəni bu, qırıq (ölü) linklə rastlaşmağınızın göstəricisidir. Qısaca desək, ölü link sizi “xarab” linklərlə qarşılaşdırır. SEO olunmayan veb saytlarda bu link növü ilə qarşılaşma nisbəti yüksəkdir.

Bu linklərlə qarşılaşmamaq üçün edilməli olan şeylər olduqca sadədir. İstifadəçilərin saytınızda qalma müddətini azaldan bu linklərə mümkün qədər tez müdaxilə olunmalıdır. Beləliklə, veb saytınız sıralamada geriyə düşməz.

Qırıq Linklər necə yaranır?

Bu link çeşidini meydana gətirən bir çox faktor var. Səbəblərin bəziləri aşağıdakılardır:

  • Yayımlanaq istənən bağlantının veb sahibi tərəfindən yanlış hazırlanması
  • Hədəf linkin silinməsi
  • Brauzerləri qoruyan təhlükəsizlik sisteminin aktiv şəkildə işləməsi
  • Saytınızın URL strukturu bu yaxınlarda yönləndirmə olmadan dəyişdi (daimi bağlantılar) və bu, 404 xətasına səbəb olur.
  • Köçürülən və ya silinmiş məzmuna keçidlər (PDF, Google Sənəd, video və s.).
  • Səhifə daxilində pozulmuş elementlər (HTML, CSS, Javascript və ya CMS plaginlərinə müdaxilə).
  • Firewall və ya geolokasiya məhdudiyyəti xaricdən girişə icazə vermir.

Ölü linklərin tapılmasının ardından düzəldilməsi professional şəkildə olmalıdır. Və bu linkləri düzəltmək SEO işlərinin arasında önəmli yer tutur.

Qırıq linkləri necə tapmaq olar?

Yuxarıda qeyd olunanlar lazımi alətlərdən bir neçəsidir. Sizin üçün uyğun olan alətlə müntəzəm olaraq ölü linkləri axtara bilərsiniz.

Qırıq link analizi niyə vacibdir?

Ölü link sizi axtarış sistemində ən çox kliklənənlərdən biri olmağa mane olur. Təfərrüatlı faydaları sadalamazdan əvvəl özünüzü nümunə götürün. Kliklədiyiniz zaman xəta yaranan vebsaytda fərqli yerə klikləyirsiniz? Yoxsa saytı birbaşa tərk edirsiniz? Buna uyğun olaraq ölü linkin aşkarlanmasının əhəmiyyətini belə sıralaya bilərik:

  • Qapısında bağlı yazmasa da qapısı bağlı, işıqları yanmayan mağazaya heç bir alıcını cəlb edə bilməzsiniz. Qırıq link də bu nümunədəki kimidir. Veb saytınızdakı hər hansı bir link pozulubsa, ziyarətçiləriniz digərləri ilə maraqlanmayacaq.
  • Linkinizə müntəzəm səfərlər zamanı Google botları pozulmuş bağlantılarınızı təhlil edir və buna uyğun olaraq veb saytınızın dəyərini müəyyənləşdirir. Başqa sözlə, zirvəyə qalxmaq məqsədiniz tədricən aşağı düşür.
  • Siz öz kateqoriyanızda rəqiblərinizdən geri qalırsınız.
  • Veb saytınıza cəlb etmək istədiyiniz orqanik ziyarətçilər azalacaq.

Yuxarıdakı maddələrin hamısına nəzər saldıqda, qırıq link tapılması prosesinin nə qədər vacib olduğu aydındır.

Qırılan Linkləri Necə Düzəltmək olar?

Əgər qırıq bağlantıları olduğu kimi saxlasanız, veb saytınız daha da pisləşəcək. Çünki kənardan müdaxilə olmadıqca onlar yoxa çıxmırlar. Bəs onları necə düzəltmək olar?

  • Saytınızdan qırıq linkləri silə bilərsiniz.
  • Siz bu linkləri manual olaraq bir-bir yenidən tərtib etməklə dərc edə bilərsiniz.
  • Müxtəlif plaginlərdən istifadə etməklə qırıq bağlantıları müntəzəm olaraq düzəldə bilərsiniz.

 

 

 

488 Views