Bu yazının adını və mövzusunu müzakirə edərkən bir dostumuz bunun qara PR kimi görünəcəyini və səslənəcəyini israrla vurğuladı. Lakin artıq fikir ağlıma gəldiyindən yazmaq qərarında idim. Və məqsədim kimlərisə, ya da nəyisə pisləmək deyildi. Sadəcə fikirlərimi sizlərlə bölüşürəm. İnstagram barədə növbəti bir yazımdır. İnstagram barədə son yazım.
3 səbəb
İndi isə “instagramda panel vurmamaq üçün 3 səbəb” adlı yazıya başladım. Əvvəlcə izah dək ki, panel deyərkən nəzərdə tutulan nələrdir? İnstagramdan bəyənmələri, saxlanılmaları, komentləri və sair fəaliyyətləri artıran yaxud avtomatikləşdirən proqram təminatları ya da platformalardır. İnstagram paneli, izləyici, bəyənmə və sair aktivliklərinin sayının arttırılması məqsədi daşıyır. Söhbət ondan gedir ki, hər hansı bir proqram sayəsinde avtomatik olaraq aktivliklərin sayını artırırsınız.
Buna el dilində avtolayk, avtofollo, maslukinq və sair deyirlər. Düşünün ki, birdən birə postunuza daha çox bəyənmə gəlir. İlk baxışdan cəlbedici görünür. Və düşünürsünüz ki, niyə də yox. Amma bu məsələnin bir əmması var. “Niyə bunlardan istifadə etməyəsiniz ki?” sualına 3 sadə cavabım var.
1-ci səbəb.
Yaxşı görünmür. Düşünərsinizi ki, aktivliyin artırılmasının nə pis görünməyi ola bilər? Niyə də səhifəmizi izləyənlərin sayı on min, yüz min və ya 15 min olmasın. İlk baxışdan estetik gözəl görünə bilir. Məsələn 50 K izləyici. Amma.. Əgər sizin şirkətə aid instagram səhifəsinin həqiqi olmayan 50 min izləyicisi varsa və paylaşımıza 20 bəyənmə gəlibsə… Əlbəttə ki, bu heç də yaxşı görünmür.
Ola bilər çıxış yolu kimi bəyənmə panellərindən istifadə edəsiniz. 50 minlik səhifənizin postuna da münasib bəyənmə göndərdiniz. Hansı ki, real izləyici deyil. Hesab edirsiniz ki, bu normaldır? Onda zəhmət olmasa oxumağa davam edin.
2-ci səbəb: Alqoritm.
O qədər də proqramlaşdırma sahəsində xüsusi biliklərim yoxdur. Sadəcə bütün məəsələlərə məntiqi yanaşaraq bu yazdıqlarım qənaətindəyəm. İnstagramın alqoritmləri var. Bilirsiniz. Yeni bir şey demədim. Amma bu alqoritm nə edəcək. 50 K izləyicisi olan səhifənizin heç bir izləyicisi aktiv deyilsə. Və bəyənmələr generasiya olunmuş “fake” akkauntlardan gəlirsə alqoritm işə düşəcək. Və sizin səhifəni başqalarına daha az göstərəcək.
Etdiklərinizin heç bir faydası olmayacaq. Ən yaxşı halda vaxt itkisi. Tutalım vaxt sizin üçün önəmli deyil. Olsun. Bəs sonra nə baş verəcək? Nə baş verir versin. Əgər baş verən sizin səhifənin tanıtımlığını, paylaşımların effektivliyini artırmıra… Real satışlar gətirmirsə nə baş verir versin. Sizə nə..? Onsuz da heç bir real nəticə yoxdur. Bu yazılanlardan sonra hələ də “generasiya olunmuş yalançı akkauntlar”-dan kömək istəyəcəksinizsə onda sizi inandırmaq üçün növbəti səbəbin izahına keçirəm.
3-cü səbəb. Müvəqqətilik.
Bir məsələ var ki, belə servislər vaxtaşırı olaraq işləməyə bilər. Daha doğrusu bir müddət sonra işləməyəcək. Gərək gözləyəsiniz ki, yenisi ortaya çıxsın. Bu niyə belə olur sadəcə “İnstagram” müəyyən müddətdən sonra onları aşkarlayır və yaxud onlarla güclü mübarizə aparır. Nəticədə həmən servis işləmir və sair və ilaxır. Tutalım ki, işləmədi və axtarıb birtəhər yenisini tapdınız.
Həmən yenisindən gələn izləyicilər də, bəyənmələr də real deyildir. Nə layklar, nə video baxış sayları, nə izləmələr nə də heç biri. Tapdığınız yeni servis və yaxud veb səhifə də gec-tez bağlanacaq ya da işləməyəcək. Beləliklə də profiliniz müvəqqəti və qeyri real olan aktivlikdən asılı olacaq. Nəticə isə…
Bu üç səbəb sadəcə düşündüklərimdən ötə bir şey deyil. Amma kənar servisdən və ya paneldən istifadə edib problemlə üzləşmək var bu məsələnin sonunda. Odur ki, spam blokundan çıxmağa, generasiyalara, alqortitmlərlə savaşa və sair bu kimi şeylərə resurs sərf etməkdənsə kontentə, rəqəmsallaşmaya, inbound marketing-ə və sair fayda verəcək nələrəsə resurs sərf edin.
Leave a Reply