Hazırda ölkəmizdə 70-dən artıq  xaricdən çatdırılma (karqo) şirkəti fəaliyyət göstərməkdədir. Bir neçə il bundan öncə belə şirkətlər barmaqla göstəriə bilərdisə, indi onların sayı durmadan artmaqdadır və bu da onlar arasındakı rəqabəti kəskin dərəcədə gücləndirməkdədir.

Rəqəmsal Marketinq şirkəti olaraq (https://jugaad.az) bu sahədə çalışan bir neçə şirkətə xidmət göstərdiyimizdən və bir sıra şirkətlərin 0-dan olaraq böyüməsini və bazar payı tutmasını real olaraq təcrübədən çıxardığımızdan hazırkı durumdan hansı istiqamətlərdə Marketinq tədbirlərinin zəruri olduğunu sizinlə bölüşəcəyik.

Gəlin, real bazar durumu ilə bağlı bir neçə istiqamətdə real audit aparaq. Biz 10 şirkətin müqayisələri nəticəsində bir sıra məlumatları sizinlə bölüşəcəyik. Aşağıdakı şəkildə son 3 ay ərzində şirkətlərin trend dəyişikləri  və Global renkinqi göstərilmişdir. Beynəlxalq agentliklər olan MOZ, Alexa və Semrush kimi şirkətlər veb saytların istifadəçi sayına görə renkinqini müəyyənləşdirirlər. Veb sayta ay ərzində daxil olan istifadəçilərin artıb azalması nəticəsində renkinqi müəyyənləşir. Veb saytların aktivliyi ora daxil olanların sayı ilə müəyyənləşməklə bərabər daha çox istifadəçisi olmağına dəlalət edir. Daha çox istifadəçi isə satışların hansı müstəvidə olmasının göstəricisi ola bilər.

Veb Sayta Trafik çəkmə yolları

Veb saytlarına daha çox trafik çəkənlər bunu öz reklam strategiyalarında, əsasən aşağıdakı yollarla edirlər.

  • Search (Google və s axtarış mühərriklərində axtarış zamanı veb sayta keçid edirlər.)
  • Social (Sosial şəbəkələrdən paylaşımlarla veb sayta yönləndirilər)
  • Direct (Birbaşa domeni daxil edərək veb sayta giriş edirlər.)
  • Link ( Google və s. platformalarda şəkilli reklamlardan klik edib veb sayta keçənlər)

Şəkildə veb saytların trafik çəkməkdə əsas güclərinin hansı istiqamətdən formalaşdığını görmək olar. Əlbətdəki daha çox trafikin olması, daha çox qeydiyyat və sifarişin gəlməsi olacaqdır.

İnstagram üzərindən kampaniyalar

Rəqabətin güclənməsi ilə əlaqədar olaraq şirkətlər bütün rəqəmsal kanallar vasitəsilə işlərini auditoriyalarının diqqətində çatdırmaq istəyirlər. Bu şirkətlərin əsas kanallarından biridə Instagram üzərindən müxtəlif növ paylaşımların, give away-lərin və kampaniyaların həyata keçirilməsi durur. Əvvəllər brendinqə və korporativ stilə o qədər də diqqət yetirlməsə də son zamanlar rəqabət səbəbilə bu istiqamətdə də rəngarənglik müşahidə olunmaqdadır. Şirkətlər daha çox sadə və parlaq dizaynlarla instagram izləyicilərini cəlb etməyə çalışırlar.

İnstagramda bir çox kampaniyaları sınaqdan çıxarmaqla auditoriyalarını genişləndirmək istəyən şirkətlərin bazara təkliflərinin özəyini  əsas iki istiqamət tutmaqdadır:

  • Daha ucuz (endirimli) çatdırılma təklifi
  • Sürətli (həftədə bir neçə dəfə) çatdırırlma və xidmət

Yeni ilə qədər bu növ kampaniyalar yaxşı nəticələr verirdi. Əlbətdə bu istiqamətdə işlər indi də nəticə verə bilməkdə olsa da bu çıxış yolu ola bilməz. Aşağı qiymət təklifi klassik  trade fəndlərindən olsa da daha çox şirkətin bu istiqamətdə çıxış etməsi aşırı dempinq etməyə və bir birlərinə zərər verməsinə gətirib çıxaracaqdır.

İnfluencer və give away

Bundan başqa influencer-lərlə işləyən, uduşlu give away kampaniyaların həyata keçirilməsi qısamüddətli planda yeni yaranan şirkətlər üçün faydalı olsa da uzunmmüddətli istiqamətdə daha cəlbedici təkliflərini həyata keçirməlidirlər. Son zamanlar give away kampaniyalarında kütləvi adlarla iştirak edən istifadəçilər var ki, onların engagement dərəcəsini artırsalar da qeydiyyat sayını və satışları artırmasında rol oynamırlar.

Şirkətlər keçmişdə olan səhvlərindən nəticə çıxararaq xidmət səviyyələrini artırmağa fokuslanmaqdadırlar. Bir çox aparıcı şirkətlər var idi ki, əvvəllər çoxlu sayda istifadəçi sayı var idi. Onların sifariş çoxluğu səbəbilə aşağı xidmət  sərgiləmələri zaman zaman müştərilərinin digər şirkətlərə keçid etməsinə şərait yaratdı.

2020-ci ilin Black Friday zamanı, həm gömrükdə və həm də çatdırılmalarda kütləvi problemlər yaranmışdı. Bu zaman böyük şirkətlərin  daha çox yüklərinin olması onlara da daha böyük problemlər gətirməkdə idi. Həmin zaman narazı kütləyə maraqlı xidmətlərlə çıxış edən bir neçə kiçik şirkətlər oldu ki, yüklərinin az olması səbəbilə daha sürətli və aşağı qiymətlərlə xidməti həyata keçirərək çoxlu sayda yeni qeydiyyatlar əldə edə bildilər.

Trendlər və Çatdırılmada olan Problemlər

Zaman zaman bazarda həm gömrük yoxlamalarında və həm də təyyarə reyslərində olan problemlerlə bağlı yüklərin çatdırılmasında gecikmələr ola bilir. Bunu çox zaman qeydiyyatdan keçən  müştərilər bilmirlər və elə düşünürlər ki, gecikmə səbəbi şirkətin özündədir. Bu halların tez tez təkrarlanması halları reputasiyası yaxşı olan şirkətlərə problemlər yaşada bilir. Hərdən elə olur ki, onların xarici anbarladakı agent şirkətləri ilə problemləri yaşanır və məhsulların itirilməsinə, gecikməsinə və s xoşa gəlməz hallara gətirib  çıxara bilir.

Bazarda hər ay fərqli trendlər sifarişçilərin maraq dairəsinə daxil olur. Rəqib şirkətləri sosial şəbəkələrdə daim izləyərək onların paylaşımlarının auditoriyalarını orqanik olaraq hansı dərəcədə cəlb etdiyini analiz etmək lazım gəlir.

Rəqiblərin Engagement analizi

Facebookda həfətlik paylaşımların rəqiblərlə müqayisəsini həyata keçirərək hanı şirkətin paylaşımlarının daha çox engagement gətirdiyini müşahidə etmək olar.

Şəkildə şirkətlərin facebook-da izləyici sayı və uyğun olaraq auditoriyalarına yönləndirdiyi həftəlik paylaşım sayını görmək olar. Burada paylaşım sayı və nisbətinə uyğun olaraq ortalama engagement səviyyəsini görmək olar. Bu isə o deməkdir ki, daha çox engagement yaradan şirkətlərin auditoriyasını cəlb etməkdə mahir metodlar tətbiq edirlər.

Bu metodikalardan biri də həftəlik olaraq instagramda rəqiblərin daha çox engagement yaradan paylaşımlarını tapmaq və məsələnin auditıriya üçün əhəmiyyət daşıdığını müəyyənləməkdir. Hər ay fərqli məsələlər müştərilər üçün əhəmiyyətli kəsb edir. Yanvar ayında çatdırılmada problemlər hamı üçün problem idisə Aprel ayında bu işlər daha rahat idi. Ona görə hər ay sifarişçilər üçün fərqli məsələlər trendə düşür. Ona görə rəqiblərin daha çox hansı paylaşımının kütlə üçün əhəmiyyət kəsb etdiyini müəyyənləşdirmək lazım gəlir.

Bunun İnstagramda etmənin ən yaxşı yollarından biri ödənişli Marketinq proqramlarında istifadə etməkdir.

Rəqəmsal Marketinq proqramları

NapaleonCat vasitəsilə rəqiblərin instagram analizini aparmaq mümkündür.

Bu proqram vasitəsilə rəqiblərin instagram statistikalarına əhəmiyyətli dərəcədə nüfuz etmək mümkün olur. Rəqiblərin ən çox engagement alan paylaşımını bilməklə istifadəçilər üçün bu ay ərzində nəyin vacib olduğunu müəyyənləşdirə bilərsiz.

Məsələn şəkildə bağlamanın birin ödənişsiz olacağı auditoriyanı daha çox engage  etmişdir. Yaxud gömrük rəsmiləşməsiyə bağlı hər hansısa bir məlumat auditoriyanın diqqətini çəkmişdir. Beləliklə rəqib şirkətlərin nə kimi həmlə etiyini və auditoriyanın buna olan reaksiyasını hesablamaqla işlərinizi daha da düşünülmüş şəkildə həyata keçirə bilərsiz.

Avtomatlaşdırma və innovasiyalar

Düşünərm ki, zaman keçdikcə bu şirkətlər arasında olan rəqabət daha da genişlənəcəkdir.  Daha çox investisiya cəlb edən şirkətlər ağıllı şəkildə yeni user engagement taktikaları düşünəcəkdirlər. Bu sahənin inkişafını avtomatlaşdırma və innovasiyaların tətbiqi və güclü xidmət üzərindən reallaşacağını düşünürəm. Necə ki, 2 il bundan öncə Bolt taxi bazarınən 5-10 %-nə malik idisə yüksək servis, avtomatlaşma və innovasiyaları sayəsində bazarın 50 %-dən çoxuna nəzarət etməkdədir.

Tükiyədən çatdırılma şirkətlərin ən çox rəqabət apardığı istiqamətlər arasındadır. Şirkətlərin əksəriyyəti  buradan daha sürətli çatdırılmanı və yüksək xidməti təkli etməkdədir. Düşünürəm ki, bu sahədə innovasiya və avtomatlaşdırmaya yönlənsələr daha effektiv ola biləcəklər. Yaxın zamanlarda bazara yeni girən bir şirkətin Smart texnologiyalarının tətbiqinə başlanılacaqdır. Tezliklə bu barədə də yazını sizinlə bölüşəcəyəm.

Brendinq və yeni bazarlar

Rəqəmsal metodlardana istifadə edərək bir çox irəliləyişlər atmaq mümkün olsa da şirkətlərin makro səviyyədə də satışlarının artırılmasına yönəlməsi vacibdir. Bir birilə qiymət üzərində savaşa girmək əvəzinə brend yaratmağa, yeni müştərlərin (bu xidmətdən he zaman istifadə etməyən) əldə edilməsinə yönəlik marketinq strategiyaları qurması daha faydalı olacaqdır.

Düşünürəm ki, çox tezliklə karqo şirkətləri ölkəmizdə poçt, karqo və çatıdırlmanın inkişafında müsbət rol oynamağa başlayacaqlar. Onların rəqabətli mühitdə inkişafı sayəsində elektron ticarət inkişaf etməyə başlaya bilər ki, bu da rəqəmsallaşmanın ölkəmizdə sürətlənməsində mühüm rol oynayacaqdır. Ümidvaram ki, şirkətlərimiz sağlam rəqabət mühitində özlərini daha da inkişaf etdirəcəkdir və bu yolda onların hər birinə uğurlar arzu edirəm.

P.S – gələcək yazılarımızda bir sıra digər metodikaları da sizinlə bölüşəcəyik.

 

Parviz Azerelli

1. 815 Views