İnstaqram

İnstaqram və Covid-19. Aydın məsələdir ki, COVİD-19 adlı hadisənin təsirlərini yaşadığımız bu günlər bir çox bizneslər üçün çətinliklər yaradır.  Amma çətinliyə köklənmək fikrim yoxdur. Heç bizə o mənfi təsir edən pandemiyanı belə məlum hadisə adlandıracam. Tanıyanlar bilir ki, pessimist yazıları da heç sevmirəm. Hər bir çətinlik əslində imkandır. İmkandır ki, nəyisə yenidən başlayasan və yaxud fərqli şəkildə formalaşdırasan. Odur ki, imkan var ikən bəzi müşahidələrimi sizinlə bölüşüb faydalı olmaq fikrinə düşdüm. İmkan var ikən faydalı olum.

Məlum hadisə

Məlum hadisə bizneslərə təsir etməkdədir. Bu təsirlər heç də tez bir zamanda aradan qalxmayacaq. Amma rəqəmsal marketinq bu ağır situasiyada köməyə gələ bilir və bizneslər üçün qaranlıq yolda  bir çırağa çevrilə bilir. Səbəb isə sadədir. İnsan təması minimaldır.  Ənənəvi marketinqdən fərqli olaraq rəqəmsal marketinqin nəticələri daha dəqiq və tez izlənilə bilir. During the COVID-19 pandemic, many businesses are using digital technology and marketing to survive these “interesting times.” Tipli cümlələrə də tez rast gələ bilərik internetdə. Mən rəqəmsal marketinq ilə ənənəvi marketinqi müayisə etmək fikrində deyiləm indi. Onsuz da zaman-zaman kifayət qədər etmişəm. Bu bloq yazısında İnstagram barədə bəzi faydalı məlumatları diqqətinizə çatdıracam.

Məlum hadisə İnstaqram-a da təsir etmişdir. Cari qlobal vəziyyətin İnstagram-a təsirindən danışanda ilk növbədə storilərə əlavə edilmiş bizneslərə dəstək stikerindən danışmaq lazım olar. Amma əsas yazacaqlarım bir stiker ilə bitmir. Stiker imkan verir ki, hər hansı bir profildə digər bir profili işarələyib ona dəstək verməyi bildirmək olsun. Bu adi tag etmək stikerindən  biznesə dəstəklə bağlı qeydi göstərmək ilə fərqlənir.

İndi digər yeni bölmələr barədə yazaq. Əslində bunlar yenilik filan deyil. Əvvəldən instagram-da olanlardır bunlar. Sadəcə bir yerə yığılıb. Yəgin ki, çoxları görüb. Profilə girən kimi məlum hadisə barədə biznes üçün baxmaq adlı yazı çıxır yuxarıda. Üzərinə daxil olduqda isə içərisində market ikonu olan ürək simvolu görünür. İri hərflərlə yazılır: Alətlər və dəstək. Burada bu periodda biznesə dəstək üçün yeni metodlarla tanış olun. Bu metodlar iki yerə bölünüb :

Müştərilərlə əlaqə və xəbərlər.

İlk qarşımıza çıxan isə tez cavabların yaradılması barədədir. Tez cavab müştəri ilə instagram direct üzərində danışdıqda çox əlverişlidir. Belə ki, tez cavab yaza bilmək üçün həmin cavabı hazırlamaq və tez cavab üçün sözü qeyd eləmək kifayətdir. Daha sonra ünsiyyət zamanı həmin sözü daxil etdikdə tez cavab göndərmək mümkündür.

Daha sonra profili redaktə edə bilməyə keçid təqdim edilir. Burada adi qaydada səhifənizə aid məlumatları yeniləmək təklifi verilir. Ola bilsin ki, hansısa biznes bu məlum hadisədən sonra profil məlumatlarını yeniləyə bilər.  Daha sonra isə müştərilərə sizi izləməyi təklif edin başlıqlı bölmə çıxır və bunun içərisində isə 5 metodla insanları izləməyə təçviq etmək təklif olunur. Bu metodlar Kontaktları izləmək, Whatsapp, email, SMS ilə dəvət və linkin paylaşılması ilə dəvətdir.

Xəbərlərə aid bölmədə isə müştərilər ilə əlaqə saxlamaq üçün məsləhətlər almaq barədə link, instagramforbusiness akauntunu izləmək və biznes üçün Facebook-un resurs mərkəzi adlı keçid linki təqdim edilir.

instaqram

Bu qədər. Ümid edirəm ki, faydalı olmaq imkanı əldə etdim.

1. 822 Views