İnstagram və Facebookda yeniliklər

Düşünürsüz ki, Sosial şəbəkələr üzərindən satış etmək həddindən artıq qəlizdir və siz çətin ki, bunu edəsiniz? Narahat olmayın. Biz bunların hamısını keçmişik. Yeni başlayanlar üçün bir çox maraqlı yollar var ki, sizə bu barədə yeniliklərdən öyrənə biləcəksiz. Beləliklə, Mən Pərviz Azerelli bu gün sizə “İnstagram və Facebook-da necə istədiyinizi sata bilərsiniz, bundan – danışacam.

Sizə onu deyim ki, Facebook və İNSTAGRAM sosial şəbəkə olsa da satışın və reklamın aparılması üçün gözəl platformadır. Burada satışı etmək əvəzinə , satış etdiyiniz veb sayta yönləndirmə və trafiki artırma daha əlverişlidir və faydalıdır.

Çoxları bir neçə il öncə İstagram accountları yaradaraq müəyyən məhsulları satış edə bilirdilər. Amma indi isə get gedə rəqabət artdıqca bu çətinləşməyə başlayıb və bu şətaitdə necə yenə istədiyiniz məhsulun satışını həyata keçirə bilərsiz? Mən sizə bundan danışacam
Hər hansı bir reklam verməmişdən əvvəl” instagram istifadəçiləri ilə kommunikasiya yaratmanız lazımdır.

Bunlar nələrdir ?

Yaxshi brendiq. Yüzlərlə yeni yaranan accountların içərisindən seçilməniz üçün atıq brendinq etməniz zəruri məsələdir. İstifadəçilərin seçimi indi daha həssasdır və onar hər qarşılarına çıxan posta və ya reklama meyl göstərmirlər. Ona görə də burada daha diqqətli olmalısınız.

Pre sales veb səhifələr. Sadə də olsa veb saytın olması. Çox adam düşünür ki, İnstagram və facebook accountum var və bu yetərlidir. Lakin zaman dəyişir, insanlar daha çox güvənli, etibarlı, dəyər verə bilən accountlara üstünlük verməyə başlayırlar. İnstagramda məhsulunuzu tapan adamın veb sayta yönəldilməsi sizin bu işdə ciddi bir şirkət olmanızdan, sizə etibar etmək olar kimi müştəri tərəddüdlərinə cavab vermənizdən xəbər verəcəkdir.

Videolar – satışların həyata keçirilməsində yaxşı çəkilmiş videonun olması çox yaxşıdır. Videoların İnstagramda və Facebookda baxılması digər postara nəzərən daha çox olur. Məsələn, hər hansı bir kontentinizi çardırmaq üçün ödədiyiniz məbləğ 10 dollar olacağı təqdirdə videolar üzrə həmin effektivlik 3 dollara başa gələ biləcək.

– Kontentinizi hədəf kütlənizə uyğunlaşdırın. Hədəf kütlənizin kimlərin olduğunu müəyyənəşdirmək üçün PİXEL uyğulamasının imkanlarından yararlana bilərsiz. PİXEL-i Facebook accountunuza qoşmaqla hədəf kütlənizin daha çox kim olmasını analitika ilə müəyyənləşdirə bilərsiz.

Daha çox satış etmək üçün agllı reklam.

Bu gün İnstagram və Facebookda sürətli şəkildə satışa yönləndirmək üçün müxtəlif üsullar var və mən sizə onlarin ən yeniləri barədə də demək istəyirəm.

Stories Reklamı – İnstagram və Facebook –un stories imkanlarındana yararlanmaqla məhsul və xidmətiniz barədə daha ətraflı məlumat verməklə reklam edə bilərsiz. Bu halda daha az xərclə daha çox nəticə əldə etmək mümkün olur.

– Messenger Reklami – İnstagram və Facebook reklaminin messengere istiqametlendirilmesi də sınaqdan çıxarılmalı məslələrdəndir.

– Whatsapa istiqmətlənirmə. Bu metodla siz reklamınıza maraq göstərənlərin birbaşa whatsapiniza istiqamətləndirilməsi mümkündür.

Lead Generation. Hazırda İnstagram və Facebook-da ən faydalı reklam növlərindən biridir. Bu yolla Lead yaradaraq məhsulunuz üçün potenial müştəri yaratmış olursuz. Reklam ödənişiniz isə hər bir potensial müştərinin kontaktlarının əldə edilməsinə görə hsabalanır. Ölkəmizdə yeni sınaqdan çıxan bu sahə daha maraqlı nəticələr verməkdədir.

Beləliklər dəyərli dostlar, bizi daim izləmək və rəqəmsal marketinq üstünlüklərini artırmaq üçün kanalımıza abunə olun. Görüşənədək.
#Jugaad.az

Pərviz Azərelli

1.401 Views