İnstaqramın son illərdəki inkişaf surətini hamımız görürük. Hər birimiz daha çox “engagement” istəyirik. Daha çox izlənilmək, daha çox reaksiyalar üzərində çalışırıq. Amma çox zaman kiçik addımları unuduruq.

İnsta storylər Sizin və ya şirkətinizin gündəlik olaraq öz auditoriyası ilə əlaqəni saxlayan əsas alətdir. Bu aləti doğru istifadə edərək, daha çox izlənilmək üçün araşdırdığım və praktikada gördüyüm 5 addımı sizinlə bölüşürəm.

1. Gün ərzində ən az 4 paylaşım edin.

Daha çox paylaşım daha çox izləyici gətirəcək və Siz öz auditoriyanızın önünə çıxan ilk storylərdən olacaqsınız. 1 dəfə, 2 dəfə yox.. 4 dəfə təcrübə edin. Və nəticələri izləyin. Daha çox – daha yüksək nəticələr gətirəcək. Amma çalışmaq lazımdır ki, paylaşımlarda təkrarçılığa yol verilməsin. Bildiyiniz kimi fərqlilik sizə olan marağı qoruyan önəmli nöqtədir.

 

2. Qısa video kontentlər yaradın.

İnsanlar prosesləri görmək istəyirlər. Nələr baş verdiyi, “səhnə arxası”, işinizin, fəaliyyətinizin gedişatı onlar üçün maraqlıdır. Əksər insanların şəkillərlə çıxdığı storylərdə videolarla üstünlük qazanıb, daha çox izləyici qazana bilərsiniz. Bunun vasitəsilə daha çox “engagement” qazanacaqsınız. Bunun köməyilə isə Stroty-niz daha çox yayılmağa başlayacaq və daha çox insan sizi izləyəcək.

3. İnsanları işarələyin

Story-də olan insanları yaxud partnyorlarınızı mütləq işarələyin. Dostunuzu, müştərinizi, tərəfdaşlarınızı – şəkildə təqdim etdiyiniz insanları və ya şirkətləri işarələyin. Onları işarələməkdə daha çox baxış əldə edə biləcəksiniz. Baxışdan əlavə, həmin insanların özlərinə də xoş gələcək. Bəlkə də gələn dəfə onları paylaşmanız üçün özləri xahiş etdilər 🙂

 

4. Hashtaglardan istifadə edin

İstifadə etdiyiniz daha çox hashtag daha çox trafik deməkdir. Önəmli olan, hansı hashtaglardan istifadə etdiyinizdir. Şirkətinizə xas olan hansısa özəl hashtaglar yaxşıdır, lakin daha çox trafik qazanmağın əsas yolu, fəaliyyətinizə uyğun olan ƏN doğru hashtagları tapıb onlardan istifadə etmənizdir.

 

Doğru hashtagları tapmaq üçün   https://keywordtool.io/ubersuggest-alternative daxil olub, açar sözləri yazaraq, insanların Sizin istiqamətinizdə axtardığı əsas açar sözləri tapa bilərsiniz.

5. Suallar soruşun və ya poll yaradın.

Əsas hədəfiniz insanların sizinlə daha çox ünsiyyətə girməsidir. Ona görə də, cavabını anında vermək istəyəcəkləri və reaksiyalarını bildirəcəkləri paylaşımlar etməniz daha çox ünsiyyəti həvəsləndirəcək. Bu isə story-in daha çox insanın önünə çıxmasını təmin edəcək və növbəti story-ləriniz o insanların qarşısına ƏN ÖNDƏ çıxacaq.

6. Davamlılığı qoruyun.

Bu addım ən başda və ən sonda ola biləcək əsas addımdır. Bütün bunları bilməmiz heçnəyi dəyişmir. Əgər bütün addımları davamlı ediriksə, artıq məsuliyyətimiz daha da artır. Çünki insanlarda alışqanlıq yaradırıq. Məsələn hər gün verdiyiniz sualları bir gün və ya bir neçə gün verməməklə izləyicilərinizi məyus etməyin. AXI ONLAR DƏYƏRLİDİRLƏR! 🙂

 

5.028 Views