Instagram Kəşf et səhifəsi nədir?

Instagram kəşf et səhifəsi hər bir fərdi Instagram istifadəçisinin bəyənə biləcəyi yazıları, hesabları, həştəqləri və ya məhsulları kəşf etməsinə kömək etmək üçün hazırlanmış ictimai şəkillər, videolar, hesablar və hekayələr toplusudur. İnstagram Kəşf et səhifəsinin arxasındakı alqoritm məzmun tövsiyələrini izlədiyimiz səhifələrə uyğun olaraq qarşımıza çıxarmaq məqsədi daşıyır. Heç bir fərqli instagram hesabının kəşf et səhifəsi bir-birinə bənzəmir. Bunun əsas səbəbi kəşf et səhifəsindəki məzmunun “Instagram’s Explore Feed Ranking System” tərəfindən özəlləşdirilməsidir. Başqa sözlə desək, hər bir instagram istifadəçisinin kəşf et lentinə düşən məzmun əsasən aşağıdakı amillərlə müəyyən olunur:

  1. İstifadəçinin izlədiyi səhifələr
  2. İstifadəçinin izləyicilərinin bəyəndiyi postlar
  3. İstifadəçinin sıxlıqla axtardığı post növləri
  4. Yüksək göstərici əldə edən postlar.

İnstagramın öz araşdırmalarına görə hər gün 200 milyondan çox istifadəçi kəşf et lentinə baxır.

    Bəs İnstagram Keşfet lentinə daxil olmanın faydaları nələrdir?

İnstagram postunuzun kəşf et səhifəsinə daxil olması postunuz üçün daha çox izləyiciyə çatma anlamına gəlir. Məzmununuz izləyicilərinizdən başqa daha geniş auditoriyaya çatdığına görə həmin kontentin statistikalarında artım müşahidə olunur. Yeni izləyici kütləsi, daha çox geri dönüşlər və artan satış da kəşf et siyahısına daxil olmanın faydalarındandır.

   İnstagram Kesfet səhifəsinə necə düşmək olar?

Instagram Kesfet

  1. Hədəf auditoriyanızı müəyyənləşdirin.

İnstagram demoqrafik məlumatlarınızla tanış olun. Kəşf et siyahısına daxil olmaq üçün çatmaq istədiyiniz hədəf auditoriyanızı müəyyənləşdirin və bu istifadəçilərin daha çox hansı növ kontent ilə qarşılıqlı əlaqədə olduqlarını öyrənin.

  1. Cəlbedici məzmun paylaşın.

Hədəf kütlənizi hansı məzmunun cəlb etdiyini anlayaraq daha çox reaksiya əldə etmək üçün onları nəzərə alıb paylaşım edin.

  1. Reels kimi hal-hazırda məhşur olan formatları sınayın.

İnstagramın Reels-lərin uğur qazanmasını istədiyi hamıya məlumdur. Reels tablarında kəşf edilmək elə həm də kəşf etə daxil olmaq deməkdir. Reels paylaşarkən əsasən bu tip postlar paylaşmaq daha məqsədəuyğundur: əyləncə, motivasiya xarakterli videolar, təcrübə tipli paylaşımlar, creative tools və s.

  1. Paylaşımları əsasən izləyiciləriniz onlayn olduqları vaxt edin.

İnstagramın alqoritmi dəqiqliyə önəm verir. Belə ki, paylaşımınız yeni olarsa, bu, həmin paylaşımın daha çox izləyiciyə çatma ehtimalını artırır. Və öz izləyicilərinizlə qarşılıqlı əlaqədə olmaq kəşf etə daxil olmanın əsas addımlarındandır. İnstagramda paylaşım etmək üçün ən yaxşı vaxtı müəyyənləşdirən statistikalara baxın və daha sonra isə öz statistikalarınız ilə müqayisə edərək ortaq vaxt tapın.

  1. Müvafiq həştəqlərdən və təqlərdən istifadə edin.

Coğrafi təqlər, hesab təqləri və həştəqlər kəşf et ekosistemi içərisində məzmununuzun daha çox insana çatması üçün istifadə olunan yollardan biridir. Unutmayın ki, insanlar həştəq və coğrafi yer axtarışlarını elə məhz kəşf et səhifəsi üzərindən edirlər.

Hesab təqləri postunuzu yeni hədəf kütləyə göstərmənin digər yoludur. Təq edən zaman işarələdiyinizin CEO, brend partnyorlar, influenserlər və s. kimi yüksək nəticə gözlənən hesablar olduğuna diqqət edin.

  1. Statistikalarınıza diqqət yetirin.

Paylaşım etdikdən sonra statistikalara göz atın. Öz izləyicilərinizin bəyənmələri və rəyləri sizi kəşf et səhifəsinə daxil edən əsas amillərdəndir.

206 Views