Rəqəmsal dünyada demək olar ki, Facebook üzərindən gəlir və ya dəyər əldə etməyən bir biznes ideası yoxdur. Facebook biznes səhifənizin olması sizə öz brend hekayənizi və markanızı tanıtmağa, həmçinin müştərilərinizlə əlaqədə olmağa və bununla da biznes hədəflərinizə çatmağa kömək edir.
Bu bloqda siz Facbook üzərindən biznes səhifənizdə aktivliyi artıracaq 5 üsul ilə tanış olacaqsınız:
-
Videolarınızı birbaşa Facebookda paylaşın
Video kontentlərinizi Youtube əvəzinə Facebookda aktiv paylaşmağa çalışın, çünki izləyiciləriniz ana səhifədə gəzərkən videonuzu axtarmasa belə qarşısına çıxması diqqətini çəkəcək və bu səhifənizə trafik qazandıracaq. Əsas məqam isə video müddətini qısa tutmaqdır. Facebookda əsasən 30 saniyədən 2 dəiqəqəyə qədər olan videolar daha çox izlənir.
-
Videolarınızı playlist halında qruplaşdırın
Video post paylaşdığınız zaman daha çox izlənmə əldə etmək üçün doğru açar sözlər və başlıqlardan istifadə etdiyinizə əmin olun. Həmçinin hashtaglərin videonuza əlavə olunması da ümumi facebook postları arasında sizin paylaşımınızı önə çıxarmağın əsas üsullarındandır. Davamlı olaraq video postları paylaşılan zaman playlist yaratmağınızın izə özəlliyi ondadır ki, bu zaman bir video bitdikdə digəri izləyicinizin qarşısına çıxır. Məsələn, SEO başlığı altında bu kontentə uyğun paylaşımlarınızı yerləsdirsəniz artıq Facebook onları playlist şəklində göstərəcək.
-
Canlı yayımlar
Bu üsul özü də aktivlik qazanmağınızda mühüm rol oynayır. Çünki siz canlı açdıqda videolarınız izləyicilərin ana ekranında görüləcək və Facebook bildirimləri vasitəsilə səhifənizdə trafik artacaq. Xüsusi tədbirlər və ya özəl günlərdə canlı yayımlar paylaşaraq vaxtaşırı səhifənizə olan izləyici artımını təmin edə bilərsiniz.
-
Facebook statistikanıza əsasən dataların toplanması
Sosial media strategiyaları heç vaxt standart dərəcədə olmur və hər bir biznesə özəl datalardan istifadə edərək sosial media hesablarınızda paylaşımlarınızın statistikasına nəzarət edə bilərsiniz. Ayda bir dəfə Facebook statistikanızı yoxlayın və bu zaman ümumi bir nəticəyə gələrək növbəti paylaşımlarınızı idarə edə bilərsiniz. Bu zaman izləyicilərinizin hansı aralıqda səhifənizdə olduğunu və daha çox hansı paylaşımlarda aktivliyin yüksək olduğuna nəzarət edəcəksiniz.
-
İzləyicilərlə əlaqədə olmaq
Paylaşımlarınıza gələn komment və mesajları vaxtaşırı nəzarətdə saxlamağa çalışın. Bu sizin izləyicilərinizin daha çox diqqətini çəkəcək və onlarda müsbət fikir yaradacaqdır.
Leave a Reply