Evergreen, ölümsüz kontent nədir?

Saytınıza bloq yazaraq, necə orqanik traffik gətirəcək backlink yaradacağınzı bilirsiniz?

Hələ də, bilmirsinizsə evergreen kontent ilə tanış olmağın vaxtıdır.

1.Evergreen kontent nədir?

2.Evergreen kontent mövzuları.

3.Evergreen olmayan kontentlər.

4.Evergreen kontentin üstünlükləri.

5.Necə evergreen kontent yazılmalıdır?

 

1.Evergreen kontent nədir?

Tərcüməsindən də məlum olduğu kimi həmişə yaşıl, evergreen kontent bir mövzu ilə əlaqəli daim olaraq oxuna bilinəcək SEO-ya uyğun kontentdir, amma daim axtarıb tapa biləcəyiniz hər kontent evergreen kontent deyil. Evergreen kontent paylaşıldıqdan sonra da ölümsüzlüyünü itirməyən, üstündən uzun müddət keçsə də oxuyucuların diqqətini çəkən kontentdir.

2.Evergreen kontent mövzuları

Evergreen kontent mövzusu daim maraq yaradacaq və axtarış həcmi kəskin enməyəcək kontent olmalıdır, məsələn, əgər siz Google-da “Veb saytım niyə Google Axtarışda göstərilmir?” yazsanız birinci sırada bizim yazdığımız bloqla qarşılaşacaqsınız.

Bu kontent Evergreendir, çünki paylaşıldığı zamandan aslı olmayaraq axtarış verənlərin önünə çıxacaq və eyni dərəcədə maraqlı olacaq.

Bəzi digər nümunələr

2.1.Napeleon tortunun hazırlanma resepti.

Evergreen kontentə ən çox daxil olan mövzulardan biri də yemək reseptləri və yeməklərin necə hazırlanmasıdır. Yəqin ki, hər kəs ən azı bir dəfə hər hansı yeməyin hazırlanması barədə axtarış edib.

2.2.Necə çəki ata bilərəm?

Evergreen kontentə daxil olan digər mövzulardan biri də, “necə?” suallarıdır. Necə sualları ən çox axtarılan olmasına baxmayaraq, hər hansı dəyişənin bu kontentə təsir edib-etmədiyinə diqqət etmək lazımdır. “Necə çəki ata bilərəm?” sualı yaz mövsümün də daha çox axtarılan mövzu olsa belə, bütün ilboyu ən çox axtarılan suallardanddır, buna görə də ən yaxşı evergreen nümunələrindəndir.

2.3.Nəyə görə Mançester Yunayted komandası Avropanın ən yaxşısıdır?

Hamının bildiyi kimi Mançester Yunayted komandası Avropanın ən yaxşısıdır, digər klubların azerkeşləri vaxtdan asılı olmayaraq bunun səbəbini öyrənmək istədikləri üçün bu evergreen kontentdir.

3.Evergreen olmayan kontentlər.

  • Sezonluq məqalələr (Novruz adət-ənənələri)
  • Elan və xəbər paylaşımları                                                                                                          
  • Müvəqqəti vəziyyət üçün tərtib olunan paylaşımlar(covid19)

4.Evergreen kontentin üstünlükləri.

Evergreenin nə üçün vacib olduğunu anladıq, bəs nəyə görə evergreen bu qədər vacibdir?

Evergreen kontentlə yüksək axtarış reytinqi

Axtarış sistemləri evergreen kontenti aşkar edir və ona köhnə kontentdən daha çox dəyər verir.

Google ən kiçik detala qədər bütün detallara fikir verir, əgər kontentiniz daim axtarılan və oxunandırsa sizi buna görə mükafatlandıracaq və Google saytınızı axtarışda önə çıxaracaqdır.

Evergreen kontentlə yüksək veb sayt trafiki

Axtarış edən şəx xüsusi açar sözlərdən istifadə etdikdə google paylaşım vaxtından aslı olmayaraq sizin bloqu oxucuya çatdırır və bu da sizin üçün daimi traffik yaradır. Evergreen kontent əsasən saytınızla əlaqəli mövzularda yazıldığı üçün saytınızın yeni ziyarətçisi saytınızda daha çox vaxt keçirə bilir.

Evergreen kontentlə davamlı lead istehsalı

Yüksək veb sayt trafiki sizin lead istehsal etmə şansınızı da artırır. Leadlər isə sizə daha çox satış və imkanlar yaradır. Əgər evergreen kontentiniz varsa daim lead istehsal edəcəksiz.

Evergreen kontentin nə olduğunu və nə kimi faydaları olduğunu öyrəndiniz,indi isə necə effektiv evergreen kontent yaza bilərik onu öyrənək.

5.Necə evergreen kontent yazılmalıdır?

Evergreen kontent yazmaq üçün bir çox metodlardan istifadə edə bilərsiniz, sizin üçün ən effektiv metodları və diqqət etməyiniz lazım olan nüansları topladıq.

5.1.Evergreen kontent çox vaxt yeni başlayan və məlumatı olmayan şəxsləri hədəf seçməlidir.

Böyük ehtimal google-da hər hansı bloq oxuduqda yazıçının bloqu çox sadə dildə (sanki mövzu haqda məlumatı olmayan biri üçün) yazdığına fikir vermisiniz. Gəlin, bir nümunəyə baxaq: Rəqəmsal Marketinq Strategiyası Necə yazılmalıdır? Mətni oxuduqda yazıçının necə sadə dildə yazdığına diqqət etməmək qeyri-mümkündür. Bloqa daxil olduqda isə, yazıçının təqdimat xarakterli kontentinə diqqət edirik, yazıçı daha professional yazmaq istəsəydi daha daha çox detalı paylaşıb, Marketinq Strategityası yazan şəxsin əksər hallarda hansı səhvlərə yol açdığını vurğulayardı.

 

Bəs səbəb nədir? Səbəb ondadır ki, evergreen kontent mövzular əksər hallarda mövzu haqda məlumatı olmayan və kontent haqda az məlumatı olan şəxslərə yönəlir. Özünüzü düşünün, yeni bir bacarıq öyrənmək istədikdə nə edirsiniz? Həmin bacarıq haqqında ilkin anlayışları sizə öyrədən kontenti oxuyursunuz.

 

Yadınızdan çıxarmayın, kontentinizə gələn şəxs sizin köhnə paylaşımlarınız haqqında heç nə bilmirlər. Onları kontentinizin adı çəkib, ya da kontentinizdəki açar sözləri axtarış hissəsinə yazıb. Həmişə kontentinizə qısa, təqdimat xarakterli  ilkin anlayışlarla başlayın.

 

İndi oxuduğunuz məqaləyə fikir verin, ilk öncə evergreen kontentin nə olduğunu açıqladıq, sonra isə bunun nəyə görə vacib olduğunu. Sonra isə necə evergreen kontentin yazılmalı olduğunu açıqlamağa başladıq.

 

5.2.Kontentiniz spesifik olmalıdır.

Bloq yazan əksər şəxslər evergreen kontentin daha çox şəxsə hədəf olunması üçün daha ümumi yazılmalı olduğunu düşünür, amma məsələ belə deyil. Belə ki axtarış edənlər google-da “necə pul qazanmaq olar?” axtarsalar, bu mövzuda ümumi yazılmış hər hansı məqaləni bəyənməyəcəklər, heç yarıya qədər də oxumayacaqlar. Buna görə də evergreen kontenti spesifik mövzular əsasında təşkil etmək lazmıdr.

Deyəki ki, siz “15 ən yaxşı kitab” adlı bir bloq yazmaq istəyirsiniz. Mövzu çox ümumi olduğu üçün evergreen olmaq potensialı demək olar azdır, amma bu bloqa uyğun digər alternativ bloqlar yaza bilərsiniz.

1.Boş vaxtlarda oxunacaq ən yaxşı 15kitab.

2.30 yaşına çatmadan hər kəsin oxumalı olduğu 15 kitab.

3.Üfüqünüzü genişləndirəcək 15 kitab.

Gördüyümüz kimi alternatif mövzular daha spesifikdir və evergreen olmaq potensialı daha çoxdur.

5.3.Evergreen kontentdə Açar sözlərdən istifadə edin.

Bütün kontentlərdə olduğu kimi evergreen kontentdə də açar sözlər əsas rolu oynayır. Açar sözlər axtarış edən şəxsi birbaşa sizin kontentinizə gətirir. Açar sözləri naviqator kimi təsəvvür edə bilərik, axtardığımız məlumatı yazırıq və bizi istədiyimizə çatdırır. Buna görə də evergreen kontent yazarkən açar sözlərə xüsusi diqqət edib, mətn adında onlara xüsusi yer verməliyik ki, axtarış edən şəxs bizi tapsın.

5.4.Kontent formasını sadə edin.

Evergreen kontent yazmaq istəyirsinizsə, kontenizi insanlar tərəfindən üstün tutulan formada yazmalısınız. Məsələn, esselər insanları sıxdığı üçün üstün tutulan yazı formstı deyil

Bəzi diqqət çəkən yazı formaları:

  • Top listlər
  • Necə edərəm kontenti
  • Hədəfə çatmaq üçün axtarılan ipucuları
  • Məhsul şərhləri
  • İnformativ və spesifik məqalələr(Wikipedia tərzində)

Evergreen kontent yazarkən özünüzü limitləməyin, amma onlayn oxucuların diqqətini qısa zamanda çəkmək lazımdır. Bu da çətin olduğu üçün sadəcə tekstdən istifadə etməyin. Oxucuların diqqətini çəkmək üçün qrafiklərdən, şəkillərdən və videolardan istifadə edib daha diqqət cəlbedən kontent yarada bilərsiniz.

Evergreen Kontent Evergreen kontent video nümunə

5.5.Kontentinizi daim ziyarət edin.

Hətta Dostoyevski belə onlayn dünyada heç dəyişilmədən daim oxucu cəlbedəcək kontent yaratmaqda çətinlik çəkərdi. Kontentinizin məşhurluğu axır-əvvəl öləcək, amma bu sizin onu yeni toxunuşlarla dirildə bilməyəcəyiniz mənasına gəlmir. Təsəvvür edin ki, bu il İlan Maskın Marsda koloniya qurması barədə kontent yazmısınız. 6 il sonra koloniya salındıqda kontenti inkişaf etdirə bilərsiniz. Beləcə kontentiniz yenə öz aktuallığını qoruyacaq.

 

Ən uğurlu evergeen kontentinizə belə baş çəkməyiniz lazımdır. Əgər uzun müddətdə ən uyğun kontenti seçmisinizsə böyük dəyişikliklərə ehtiyac yoxdur. Buna baxmayaraq, sonra kontentinizdə xırda dəyişikliklər etməlisiniz. Kontentinizdə dəyişikliklər etdikdə bunu sosial media hesablarınızda paylaşmağı unutmayın. Bu sizə daha çox traffik, comment və paylaşım gətirəcək.

716 Views