Effektiv Content Marketinq yaratmaq üçün online 4 video alət

Qısa videolar content marketinq üçün aşağıdakı bir neçə səbəbə görə əla vasitədir:

  • Videolar daha çox marketinq kanalını açır (Youtube, Vimeo, və s.)

  • Videolar çox cəlbedicidir: İnsanlar video paylaşmağı sevirlər

  • Videolar mesajınızı mətndən daha təsirli şəkildə edir

  • Müştəriləriniz Youtube-da sizi axtaracaqlar

Bir neçə illər əvvəl qısa video düzəltmək o qədər asan deyildi, biz sadəcə olaraq Mircosft Movie Maker və ya İmovie istifadə edirdik.

İnternetin sürətli inkişafı nəticəsində bu videolar proqramla deyil online olaraq (veb brouzerdə) düzətlmək mümkündür. Video marketinqinizi diversifikasiya edəcək və janrları, üslub və növləri ilə sınaqdan keçirməyə imkan verən professional videolar yaratmağa imkan verən onlayn alətlər var.

Content Marketinqdə qısa məzmunlu videoları hazırlamaq aşağıdakı populyar onlinle 4 alətlə mümükündür:

1. Animoto
Qiyməti : 8 USD aylq (İllik isə 96 USD)

Animoto – Bu online proqramla vaxtınıza böyük qənaət edəcəksiniz! Götürün hər hansı şəkil və ya video, musiqi və sözləri əlavə edin- siz bitirdiniz! Yeni video yayılmağa hazırdır.

rəqəmsal marketinq

rəqəmsal marketinq

Daha etraflı məlumat almaq üçün www.animoto.com səhifəsində əldə edə bilərsiniz.

2. POWTOON

Qiyməti : 19 USD aylq (İllik isə 228 USD)

Powtoon –Powtoon cizgi təqdimatlar və video təlimatlar yaratmaq üçün mükafat vasitədir.

Animasiya təqdimatları və video təlimatları yaratmaq üçün əla vasitədir. Bu alətin ən yaxşı cəhəti – onunla müxtəlif, maraqlı və cəlb edici video prezentasiyalar hazırlamaq  mümkündür. Digər tərəfdən öz analoqlarından fəqrlənir.

rəqəmsal marketinq

rəqəmsal marketinq

İçərisində müxtəlif mövzulu elementlər var: Personajlar, animasiyalar, mətn təsirləri, şəkillər və s.

Powtoon konsepsiya izahatları, əyləncəli təlimləri və hətta promo videoları yaratmaq üçün əla alətdir.

PRO paketi sizə 2 GB saxlama imkanı verir. Daha çox ehtiyacınız varsa yüksək səviyyəli planlar mövcuddur.

3. Wave.video

Animatron tərəfindən təqdim olan Wave.video asan və istifadəçi dostu interfeysinə birinə malikdir. 200 milyonluq video klipləri var, öz aktivlərinizi idxal etmə imkanı verir və sevdiyiniz sosial media platforma uyğun olaraq 30 + məşhur formada layihələrinizi və reklamlarınızı dərhal  kiçik və ya böyük ölçüyə salmağa imkan verir.

rəqəmsal marketinq

rəqəmsal marketinq

PRO paketi maksimum 5 dəqiqə olan videolar yaratmağa imkan verir . Daha uzun videolar yaratmaq istəyirsinizsə, daha bahalı bir paket seçməlisiniz.

4. Biteable

Qiyməti : 23 USD aylq (İllik isə 276 USD)

Biteable reklam tipli, təqdimatlar və sosial media məzmunlu kimi hər cür videoları asanlıqla yaratmağa imkanı verən yeni bir vasitədir.

rəqəmsal marketinq

rəqəmsal marketinq

Bildiğiniz başqa zaman qazandıran video alətlər varmı?

 

 

Rəqəmsal Marketinq Jugaad.az
2. 963 Views