Bu suallara başlamamışdan əvvəl gəlin bir sıra statistikalara baxaq.

Google, Semrush ve bir sıra statistik şirkətlərin göstəricilərinə görə onlayn alış-veriş edənlərin 44%-i “Google axtarış”dan istifadə edirlər.

Bundan başqa digər analitik agentliklərin də statistikaları bu rəqəmlərə yaxındır. Görünən odur ki, E commerce sahəsində əsas trafik digər məhsullarda olduğu kimi sosial şəbəkələrdən deyil, axtarış nəticəsində formalaşır. Məsələn, götürsək bir neçə gün öncə kompüter üçün monitor axtarırıdım. Tap.az və bir iki bildiyim saytda qane olmadığım üçün google-da axtarışa başladım. Həmin gün tanımadığım  yeni-yeni saytlar kəşf edim. Elektronika məhsullarını daha sərfəli şərtlərlə təqdim edənlər və s.

Məsələnin mahiyyət odur ki, onlayn alış veriş zamanı sən məhsul axtarışına çıxırsan və tapdıqdan sonra müqayisə edirsən. Bu gün e commerce platformaları müqayisə yönümlü ticarətə uyğun olaraq inkişaf etməkdədirlər. Əgər nəqd şəkildə laptop alış etmək istəyən birisi Kontakt Home-dan yaxud Baku Eelectronics-dən gözüyumlu gedib kompüter almayacaqdır. Müqayisə etmək üçün o dükanlarda gördüyü markanı digər dükanlarda da axtaracaqdır. Ən yaxş qiymət  təklif edənlərdən alış-veriş edəcəklər. Buna görə də artıq ölkəmizdə də müqayisə etmək üçün platformalar yaradılmaqdadır. Bunlardan biri də Shoopiz.az platformasıdır. Burda istənilən model məhsulu yazıb ölkədəki ayrı-ayrı  e commerce platformalarında qiymətinə baxmaq olar. Məsələn,

Görünən odur ki, E commerce platformalarında minlərlə məhsullar vardır. Bir məhsul bir saytda daha sərfəli ola, digər məhsul isə sərfəli olmaya bilər. Buna görə də daimi müqayisəyə ehtiyac duyulurki bu da SEO-su güclü olan saytlara daha çox şans qazandırır.

Ona görə də e-commerce platformalarında güclü şəkildə SEO işləri aparlmalıdır. Bunlar misal olaraq 6 əsas metodologiyanı sizinlə bölşümək istərdim.

 

  1. E-COMMERCE AÇAR SÖZ AXTARIŞI

Ümumiyyətlə açar sözlər SEO işinin qurulmasında və saytın strukturu üçün vacib hissələrdir. E-commerce fəaliyyətinin həyata keçirilməsi üçün daha çox axtarılan sözlərin tapılması, onların hansı formada axtarıldığını bilmək vacibdir. Bunları müəyyənləşdirmək üçü bir sıra platormalar da vardır. Məsələn, siz komputer almaq ucun Google da necə yazardız ? “ lenovo A320 azn “ ya “lenovo A320 Baku” ? hansı daha çox axtarış nəticəsi verə bilərdi ? Buna görə  də Seo açar sözlərinin düzgün strukturunun qurulması birinci mərhələdə vacib məsələdir. Açar sözlərlə bağlı istifadə edə biləcəyiniz platformalardan biri “Keyword Tool Dominator” ola bilər.

Yuxarıdakı şəkildə “Rəqəmsal” açar sözü üzrə Google-a görə axtarışlar edilmişdir. Google-un tövsiyyə etdiyi əsas reytinqli sözlər siyahıda göstərilmişdir. Veb saytn Seo strukturunu qurarkən buradakı renkinqdən istifadə etmək işinizə yaraya bilər.

Bu istiqamətdə, açar sözlərin düzgün seçilməsi üçün Keyword Tool dominator-dan daha geniş istiqamətdə istifadə etmək olar. E commerce platformaları SEO üçün bu platformadan istifadə etməklə Amazon, Youtuve, Google və s platformalarda oxşar məhsullar üzrə top axtarış sözlərini özləri üçün müəyyənləşdirə bilərlər.

Biz əsasən Google Keyword Tool-dan istifadə edirik. Sadə bir misal üzərindən bu şəkildə göstərmək olar.

Məhsul olaraq “Samsung Baku” söz birləşməsini vermişik və Google tərəfindən retinqi yüksək olan oxşar axtarışların siyahısı verilmişdir. Biz insanların axtarış edərkən nə söz yazdıqlarını sadəə təxmin edə bilirik amma reallıqda bu sözlər fərqli fərqli ola bilir. Ona görə də Keyword Tool Dominator-dan istifadə etməklə açar sözlərinizi daha yaxşı müəyyənləşdirə və kontentinizdə də  istifadə edə bilərsiz.

  1. E COMMERCE veb saytının STRUKTURU necə OLMALIDIR? – “QIZIL QAYDA”

E-commerce veb saytların bünövrəsinə gəldikdə burada iki əsas prinsip durur:

Qızıl qayda #1  – Hər şeyi sadə və ölçülə bilinən etmək

Qızıl qayda #2 – Ana səhifədən hər bir səhifəyə  keçid 3 klikdən çox olmamalıdır.

 

Məsələn aşağıdakı şəkildə e commerce veb saytları üçün yalnış olan bir struktur göstərilmişdir.

Göründüyü kimi bu veb saytın strukturu həddindən artıq qarışıqdır. İç səhifələr uzandıqca uzanır. Çox zaman belə syatlara yamaq veb saytlar da deyilir. Zaman zaman istiqamərlər genişləndikcə belə yamaqlar edilir. SEO strukturunun da uyunluğunu tənzimləmək üçün aşağıdakı formada veb saytların strukturunun qurulması daha düzgün olacaqdır. Hər bir səhifəyə çıxış ana səhidədən keçməklə iki klikdən artıq deyildir. Ana səhifə > Kateqoriya  > Məhsul .

  1. ON PAGE OPTİMİZASİYA

Təsüvvür edin ki, artıq yaxşı struktura malik veb saytınız var. Növbəti mərhələ olaraq açar sözlərin yazılışının quruluşuna baxmaq lazımdır və tag-ların yerləşdirilməsini düzgün  qurmaq lazımdır. Məsələn, razılaşarsınız ki, “42 razmer Puma ayaqqabı” yazısı ilə “onlayn ayaqqabı al” yazılarının yerləşdirilməsində alınacaq nəticələr arasında böyük fərq olacaqdır. Bu baxımdan Əla bir E commerce veb saytın tag-larinin necə yerləşdirilməsini analiz edək.

  1. E COMMERCE ÜÇÜN TEXNİKİ SEO

Texniki SEO veb saytlar üçün önmlidirsə E commerce veb satlar üçün ikiqat önəmlidir. Bilirsiz ki, e commerce veb saytları 1000-lərlə iş səhifədən ibarət olur və onların optimizasiya edilmsində texniki SEO –nun əhəmiyyət vacibdir. Bir çox E COMMERCE veb saytlarının back linkləri olmuz ya da az olur, ona görə Texniki SEO Google birinci səhifəsində bir növ bu bərabərsizliyin pozucusu kimi çıxış edir.

Texniki SEO auditi üçün maraqlı alətlərdən biri də RAVEN Tools-dur. Burada veb səhifənizi audit etməklə SEO-ya təsir edən texniki error-lar müəyyənləşdirilir. Bu error-ları müəyyən etdikdən sonra düzəlişləri rahat şəkildə həyata keçirmək olar.

Bundan başqa digər SEO audit alətlərindən də yararlana bilərsiniz. Bunları yəqin ki bir çoxlarınız da tanıyırsız:

Bundan başqa E COMMERCE veb saytlarında diqqət veriləcək məqamlardan biri də dublikat kontentin formalaşmasıdır. E commerce veb saytlarda istər itəməz kontentlət təkrərlanır. Məhsulun adı markası eynisə bu çox yerdə təkrərlana bilir. Məsələn Samsung smartphone A305. Bir çox şirkətlər məhsullar haqqında informasiyanı kopyalayırlar və Google tərəfindən kopya kontent görüldükdə saytların renkinqini aşağı salır. Buna görə də saytların URL-də noindex istifadə etmək lazımdır. canonical tag (“rel=canonical”).

Bu zaman Goole başqa düşəcək ki siz ontenti götürmüsüz və istifadə etmənizdə bir problem görülmür.

  1. E COMMERCE VEB SAYTLARI ÜÇÜN KONTENT MARKETİNQ

Konten marketinqi sizı daha çox trafik əldə etmək üçün böyük təsir edə bilər. Yüksək trafik almaq üün kontentdən necə istifadə edirsiz? Bu barədə addım addım bir sıra məqamlara toxunmaq istərdim.

 

Addım #1 – Müştərilərin hansı platformalarda vaxt keçirdiyini müəyyənləşdirin. Müştərilər mztəlif sosial media və çat kimi platformalarda öz düşüncələri, hissləri və istəkləri barədə paylaşımlar edirlər. Mütəmadi olaraq bu informasiyaların araşdırılmasına vaxt ayırın

Addım #2 – Müştərilərin hansı söz və söz birləşmələrindən istifadə etdiyini müəyyənləşdirin. Bunu etdikdən sonra bu kimi sözləri toplamağa başlayın.

Addım #3 Bu sözlər üzərində  təsirdedici kontent yaratmağa çalışın. Əlbətdə ki araşsırma edərək yaradacağınız kontent əvəllət fikrinizdə tutduğunuzdan fərqlənə bilər. Kontenti insaların nə istədiklərini bilərəkdən formalaşdırılarsa o zaman daha təsirli nəticələr almaq da mümkün olacaqdır.

  1. E COMMERCE üçün LİNKLƏRİNİ YARADILMASI

Back Linklərin yaradılması artıq hər kəs üçün vacibə çevrilmişdir. Yadımdadır iki il bundan qabaq deyə bilərəm ki, 98 % veb saytların Azərbaycanda xarici backlinck-ləri yox idi. Hətta iki il öncə veb saytımızda bu termin barədə məlumat verəndə çox düşünmüşdük ki, görəsən bu sözü tərcümə edəkmi? Onsuzda kimdən soruşurduqsa mahiyyətini başa düşmürdü. Bu gün bir çoxlarının artıq vaz keçilməz alətlərinə çevrilmişdir.

Bakclinklərin əldə olunması üçün bizim bir neçə metodlarımız var. Hazırda 8000 dən çox xarici backlinklərimiz mövcuddur. Backlinklərin səviyyəsi onların domen score-una görə ölçülür. Dünyadakı veb saytların hər birinin trafik və digər göstəricilərinə görə 1-dən 100-dək qiymətləndirilmələ domen scoru vardır. Ona görə də nə qədər yüksək reytinqli backlink alsanız bu bir o qədər veb saytınıza müsbətə doğru təsir edə bilər. Backlinklərin əldə edilməsini  düzgün yolu yerli mətbuat və bloqlarda press relizlərin yerləşdirilməsi ola bilər. Bundan başqa email ilə yazaraq müxtəlif saytlardan bunu xahiş edə bilərsiz lakin hər dəfə uğurlu nəticə ala biləcəyinizə qarantiya olmayacaqdır. Digər maraqlı yollardan biri də fəaliyyətini dayandırmış veb saytlardan rahatlıqla backlink əldə etmək olur. Faəliyyət dayansada domen aktiv olur və bu zaman 404 yaxud qırılmış backlinklərdən yan qaça bilirsiz.

Beləliklə dəyərli dostlar onu qeyd etməliyəm ki, son aylarda elektron ticarət sürətlə yayılmağa başlamışdır və bu sahənin də güclü rəqabəti formalaşacaqdır. Bu bir növ müqayisə etsək Sədərək ticarət mərkəzində ön sıralarda olmağa bənzəyir. Arxa sıralarda olanda icarə haqqı da ucuz olur və müştəri də az olur. Ona görə də bu gün bir ucdan onlayn satışa keçən platformalar e commerce SEO etməyə məcburdurlar ki, ön sıralarda ola bilsinlər və gördüyünüz kimi E COMMERCE sahəsinin də fərqli SEO yanaşmaları vardır. Minlərlə məhsulun sıralandırılması üçün professionallara müraciət etmək daha yaxşı variant ola bilər, yaxud optimizasiyanı özünüz etmək istəyərsinizsə bu məsələyə daha  elmi formada baxmağınız lazımdır. Bir çoxlarının etdikləri səhvlər on page optimizasiyası ilə bağlı olur. Çoxları elə düşünür ki, kontent yazmaqla məsələ həllini tapmış olur. Burada yüzlərlə elementlər vardır ki, daim araşdırma aparmaqla, audit etməklə və yeni tətbiqlər etməklə nəticəyə nail olmaq mümkündür.

Oxuduğunuz üçün təşəkkür edirəm

Pərviz Azerelli

 

364 Views