Hostinqə fikir verməyənlər.

Hostinq seçərkən yenə də ümumi səhvlərə yol veririk və bizə məsləhət verənlər də çox zaman “bazar” qaydalarına uyğun olaraq “Filan host daha yaxşıdır, bunu mən sənə  deyirəm 10 ilin veb developeri və s” kimi fikirlərlə qaşılaşıb razılaşırıq. Lakin, indi zaman o zaman deyil və  istər istəməz analiz etmə qabiliyyətli və bu kimi məsələlərə peşəkar yanaşanlar kütləsi formalaşır ki, onları da bu kimi fikirlər qane etmir. Nəticədə nə baş verir? Məcbur qalıb SEO-dan tutmuş Hostinq məsələlərinə kimi özünüz məşqul olmalı olursuz ki, maşın bazarı alverçilərinin ümumi jarqonları bizim Digital Marketinq sahəsinə sızıb irəli getməsin.

Əslində elə bloq yazmaq və video hazırlamağımızın məqsədi Digital Marketinq sahəsini bu kimi təsirlərdən qorumaq və insanlarımızın bu sahədə daha məlumatlı olaraq qlobal dünyanın aparıcı bir parçasına çevrilməsinə yardım etməkdir.

Hostinq Nədir?

Elə isə gəlin, əvvəla Hostinq nədir və bizim başımıza nə kimi oyunlar açıb, bu barədə danışaq. Atalarımızın bir gözəl sözü var, “Başına gələn başmaqçı olar”. Yaxşı yadımdadır, 2010-cu ildə holqdinqə daxil olan şirkətlərin biri üçün veb sayt hazırladırdıq və o zaman bizə bildirdilər ki, bəs bu saytı hazırladıqdan sonra onu qlobal internet sisteminə qoşmaq üçün “hostinq provayderi” lazım gələcəkdir və bizdən buna görə əlavə 150 AZN host pulu alacaqlar. Bizim də razılaşmaqdan başqa bir çarəmiz qalmadı və dedik siz bilən məsləhətdir. Hostinq xidməti isə yerli hostinq provayderlrindən biri idi və bizim üçün bunun heç əhəmiyyəti də yox idi. Biz onu belə qəbul edirdik ki, hostinqin məqsədi kompüterdə “Enter” düyməsinə basdıqda saytın açılması üçün lazımdır. Əgər saytımız da açılırsa, deməli bizi hər şey qane edir.

Hindistan səfəri

Sonralar 2015-ci ildə “Crazy İnovvations” kreativ agentliyi yaratdıqdan sonra bu məsələlər davam emtəyə başladı. Bizə elə gəlirdi ki, bizə host satanlar nə qədər ucuz satırlarsa onlar “yaxşı” oğlanlardırlar və biz 20-30 % hosta qənaət edəndə hazırladığımız hər bir veb saytda qabağa düşürükmüş. Bu məsələlər mənim 2018-ci ildə Hindistana, Bangalore şəhərinə səfərimə qədər belə davam etdi. Orda digital marketinq sahəsində onların etdiklərini görəndən sonra sanki soyuq duş almış kimi oldum və bu sahəyə başqa gözlərlə baxmalı olduğumuzun nə qədər vacib olduğunu anladım.

hostinq almaq

Hindistandan qayıtdıqdan sonra Digital marketinq şirkəti olan “Jugaad” şirkətini təssis etdik və məqsədimiz ölkəmizdə bu kimi işləri əsaslandırılmışş və düşünülmüş şəkildə həyata keçirməkdir. Ona görə də bu gün Hostinqlə bağlı yazımızda bu işin içində olan insanlar belə yaxşı mənada təəcüblənəcəkdir.

Gəlin başlayaq:

Əminməm ki, hostinq sözünü eşidənlərin 90 % -i hostinq seçərkən nə qədər diqqətli olmaq lazım olduğunun fərqində deyirlər. 8 ay öncəyə qədər mənim üçün də hostinq veb saytımızı internet şəbəkəsinə bağlayan provayderdən başqa bir şey deyildi. Hətta biz guya biraz irəli gedənlər kimi, hostinq alarkən nə qədər “space” verildiyini və neçə e-mail dəstəklədiyini də soruşurduq. Sonradan bu məsələlərin “maşın bazarı alverçiləri” nin yanaşmasında olduğu kimi bizə satdığı nağıllardan başqa bir şey olmadığını anladım.

 

Hostinq SEO məsələsində ən vacib faktorlardan biridir.

Beləliklə, SEO məsələləri ilə məşqul olarkən apardığımız araşdırmalar nəticəisndə bizə məlum oldu ki, hostinq bizi internet şəbəkəsinə qoşmaqdan savayı Google axtarışlarında önə çıxmağımızın ən vacib səbəbkarlarındandır. Google alqoritmləri 2 saniyədən gec açılan veb saytları 1-ci səhifədə görmək istəmir. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Google istəmir ki, siz axtarışda birinci səhifədə olan veb sayta daxil olursuuz və o sayt isə gec açılır. Bu da sonda sizing Google olan etibarınıza təsir edir.

Bizim araşdırmalarımız və  tətbiqlərimiz  göstərdi ki, veb saytın tez açılması üçün hostinq (server response) sürətli olmalı və veb saytın kontentinin həcmi 5 Mb-ın altında olmalıdır ki, o daha tez yüklənsin.

Azərbaycanda əksər veb developerlərin saytlarının hostinqi bu günün tələblərinə cavab vermir:

Ölkədəki veb saytları və hətta kreativ agentlikləri belə test edərkən məlum oldu ki, böyük ölçüdə veb saytlarda “server response” 2 saniyədən çoxdur və bir sıra veb agentliklərdə 3 saniyəyə qədər çatır. Belə olan halda ölkədə hansı inkişafdan və SEO-dan danımaq olar?

Bu gün bizim veb saytımızın www.jugaad.az server respons-u 1 saniyənin üç də biri qədər – 0.29 saniyə təşkil edir. Bunu necə etmişik? Bu gün sizə bu barədə danışacağam.

 

Biləndən sonra ki, hostinqin sürəti digitallaşmaq üçün həddindən artıq vacibdir, başladım bu sahədə olan dostlarla və tanışlarla əlaqə saxlayıb onlardan məsləhət almağa. Hərə bir söz dedi. Gördüm ki, bu bizim ölkədə ümumi dərd olan, oxuyub araşdırmadan, hansısa çayxanada eşitdiyin bir söhbəti yadında saxlayıb sonradan dini mübahisəyə girişməyinə bənzəyir. Biri dedi məndə filan hostdur, 3 ildir işlədirəm. O birisi dedi, mənim hostum həm ucuzdur və həm də dəhşətdir və s. Mən də gördüm ki, hostinq barəsində fikirlər xalq əfsanələlərinin yayılmasından o tərəfə keçmir, oturdum internetin qarısına və 3 gün ərzində Amerikada olan bütün hostinqləri və bu barədə olan forumları, onların müqayisəsi və s oxudum. Nəticədə mənə nə məlum oldusa istərdim onları sizinlə də bölüşüm.

 

Hostinqin tipləri:

Hazırda hostinqlərin istifadədə olan 4 əsas tipi vardır. Bunlar:

  1. Shared Hostinq
  2. VPS (Virtual Private Server)
  3. Dediated
  4. Cloud Hosting

Ol bilsin ki, bir sıra mütəqil şəkildə hostinq almağı tərcih edənlər Hostgator, Blue host və s. kimi bu terminlərlə alış edərkən rastaşıblar. Hətta bir çoxları ən ucuz olan Shared hostinqi sadəcə ucuz olduğuna görə heç bir fərqinə varmadan seçiblər. Təbii ki, bunların hər birinin veb saytımızın sürətinə, təhlükəsizliyinə, işləkliyinə həddindən artıq fərqli-fərqli təsirləri var.

 

Shared Hostinq 1-ci yerdədir.  

  1. Shared Hostinq- Nəzərinizə çatdırım ki, shared hostinqlərdən istifadə ölkəmizdə nə az nə çox, təxminən 95 % civarındadır. Shared hostinq adından da göründüyü kimi paylaşılan hostinqdir. Sizin kimi bir çox sayt bir serveri paylaşıdığı üçün hər kəsə daha az ödəniş düşür. Belə hostinq xidmətinin adətən aylıq  ödənişi 1.5-4 USD ətrafında dəyişir. Burada Server response və göstəricilər çox aşağı olur. Bu tip hostinq daha çox yeni yaradılan veb saytlarda, daha az trafiki olan, informativ xarakterli saytlarda istifadə olunur. Ona görə də Shared hostinq ilə Google 1-ci səhifəsində olmaq çox çətindir. Hazırda shared hostinqlərin aylıq 9-10 USD olan elə formaları vardır ki, sürət və bir sıra parametrlərə görə VPS hostinqə uyğun gəlir. Sadəcə belə hostinqləri axtarıb müəyyənləşdirməyiniz lazımdır.

 

  1. VPS (Virtual Personal Server)

    . VPS hostinq shared hostinqə oxşasada ondan daha üstndür. Shared hostiqndən əsas fərqi odur ki, burada fərdiləşdirmə (customize), uyğunlaşdırma və sürət daha üstündür. Qiymət fərqi shared hostiqndən çox olsa da əksər veb saytlar üçün VPS hostinqin olması yetərlidir. Bu hostinqin növü bir növ hibrdiddir. Fərdi Hostinq ilə paylaşılan hostinq arasında orta mövqe tutur. Amerikada sayılıb seçilən hostinqlərdə VPS hostiqnin aylıq xidmət haqqısı 20-40 USD arasında seçənəklərə görə fərqlənir.

 

  1. Dedicated – Adından da göründüyü kimi bu hostinq sırf sizin üçün ayrılmış serverdən istifadədir. Burada sizin fərdiləşdirmə, üsten seçənəklər və sürət kimi üstünlükləriniz vardır. Siz veb səhifəyə daha çox data yükləyə və bölüşə bilərsiz. Bu tip hostiqnlər ziyarətçilərin daha çox olduğu veb saytlar üçün nəzərdə tutulub. Buaraya xəbər agentliklərinin , oyun firmalarının veb saytlarını və s əlavə etmək olar. Bu tip hostinqlərin qiyməti aylıq olaraq 100 USD-dən 300 USD-yə qədər dəyişə bilir.

 

  1. Cloud Hosting – Bu hoqtinq foması axırıncı nəsil hostinq fomatıdır və son zamanlar dünyada populyarlaşmaqdadır. Burada “Bölüşdür və idarə et” prinsipi durur. Cloud hostinq bir neçə ayrı ayrı serverin sizə xidmət göstərməsini nəzərdə tutur. Siz öz veb saytınızı cloud hostinqdə yerləşdirdikdə multiple (çoxsaylı) serverlər arasında sizin datanız bölüşüdürülür. Hətta hər hansısa bir severdə problem yarandıqda o biri serverlər sizin veb saytınızı dəstəklyir və daha sürətli şəkildə veb saytınızın işləməsini  təmin edirlər. Misal üçün deyə bilərik ki, Google şirkətinin bir çox xidmətləri  Cloud serverlər üzərindədir. Adsense (Adwords) xidməti bu gün cloud serverlər üzərindən xidmət göstərir və yəqin ki, Google sistemində siz nə zamansa qırılmalara və s rast gəlməmisiz. Gələcək Cloud hostinq xidmətlərinin inkişafı üzərində köklənsə də burada əsas vacib həll olunmalı məsələrdən biri təhlükəsizlik məsələləridir.

 

Bu əsas 4 hostinqdən əlavə digər sub hostinq tipəri də mövcuddur. Hələlik bu 4 tip barədə  düşünmək mənə elə gəlir ki yetərlidir.

Hostinq tiplərini də bildikdən və hansı seçəcəyinizi müəyyənləşdirdikdən sonra hansı hostiqnin sizin üçün faydalı olacağını aydınlaşdırmalısınız. Hostinq provayderlərini seçərkən onların qiymətləri və verdikləri üstünlüklərə təbii ki diqqət yetirməli olacaqsız. Məslən, biz bir sıra testlər nəticəsində aşağıda göstərilən top provayderlərdən birini seçdik.

Hostinq nedir

Yuxarıdakı cədvəldə 2019-cu ilin Top 14 hostinqi siyahıda göstərilmişdir. Ümumiyyətlə Top hostinqləri araşdırarkən mənbənin kim olduğuna diqqət edin. Bizim bir sıra yaşlı adamlar adətən mübahisə etməyi sevirlər ki, bəs düənən televizorda həkim dedi ki, su içmək ziyandır və s. Çox zaman bir sıra bu kimi mənbələrdə diqqəti cəlb etmək üçün şou xatakteri məlumatlar yayırlar ki, bu da oxucuları yalnış yerə istiqamətləndirir. Bizim istifadə etdiyimiz bu cədvəl https://hostingfacts.com/ veb saytından götürülmüşdür.

Biz bu saytları müxtəlif parametrlərə görə analiz etdik və üstün və zəif cəhətlərini müəyyənləşdirdik. Ümumilikdə birinci 10-luqda olan hostinqlərin dəstək xidmətləri və yüklənmələri yüksək səviyyədədir. Bütün parametrlərin cəmində Blue Host həm keçən il və həm də bu il birinci yerdədir. Hər kəsə tövsiyyə ediləcək hostlardandır.

Müqayisələr edərkən bir məqam bizim gözümüzdən yayınmadı. Səhifənin yüklənməsində ümumilikdə 8-ci yerdə olan A2 Hostinqin digərlərindən (377ms) üstün olması gözümüzdən qaçmadı. Google üçün load time vacib olduğunda  buradakı sürət digərlərinə görə daha tez baş verir. Sonradan biz bu hostu sınaqdan keçirərkən bunun həqiqətən belə olduğunu gördük. Bu gün biz SEO məsələlərində A2 Hostinqə güvənirik. Lakin bu o demək deyil ki bütün məsələlərdə A2 hostinq digərlərindən üstündür. Veb saytınızın tipindən asılı olaraq hostinqə olan tələblər də dəyişə bilər.

 

Əksər veb saytlarda Təhlükəsizlik sertifikatı qoşulmamışdır.

hostinq nedir

Həmçinin veb hostinq alarkən SSL sertifikatının verilib verilmədiyindən də əmin olun. Bu nədir? SSL  – https protokoludur və sizin veb saytınızın təhlükəsizliyinə cavab verir. Yəqin saytların əvvəlində http:// yaxud https:// yazılışları sizə tanışdır. Bu gün “s” hərfi olan https:// protokolu Google üçün çox vacibdir. Təhlükəsizliyi zəif olan veb saytlara Google önəm vermir və onların ilk səhifələrdə çıxmasını da istəmir. SSL – sertifikatı  olan veb saytlarda kredit kartdan istifadə, datanın köçürülməsi, login və parollar daha güvənli olur və ona görə də indiki digital mühitdə veb saytların SSL sertifikatının olması çox vacibdir.

 

Hostinq barədə hələlik bu qədər, gələcəkdə bu barədə daha maraqlı məqalələr paylaşacağıq.

 

Pərviz Azərelli

3. 373 Views