Mənası “vızıltı”, “söylənti” anlamına gələn Buzz marketinqi, müəyyən bir kampaniyanın və ya məhsulun ağızdan-ağıza, ya istehlakçılar arasındakı söhbətlər, ya da sosial media platformalarında daha geniş müzakirələr yolu ilə qurulan viral marketinq texnikasıdır. Müstəqil bir hadisə nəticəsində və ya sosial media vasitəsi ilə yaradıla bilər. 

Buzz Marketinq Metodları nələrdir? 

Buzz həm onlayn, həm də oflayn ola bilər, buna görə heç bir vasitə olmadan üz-üzə ünsiyyət də bu marketinq texnikasının sahəsidir. Buzz marketinqində istifadə olunan bir çox üsul və texnika var, çünki bu marketinq metodu müxtəlif yollarla həyata keçirilə bilər. 

Tədbirlərin təşkili  

Tədbirlər təşkil etmək ən qədim üsullardan biridir. Şirkət məhsulu, məhsul xüsusiyyətlərini və üstünlüklərini açıqlayır. İnsanlarda öz məhsullarını almaq üçün maraq və istək hissi yaratmaq baxımından tədbirlər və sərgilər keçirmək çox əhəmiyyətli sayılır. 

Reklam etmək 

Reklam, Buzz marketinqdə vacib bir metod halına gəlib. Bu gün dünyada internetə çıxış nisbəti 60%-ə çatmış durumdadır, buna görə də reklam etməklə insanları markanızın məhsulu haqqında danışmağa məcbur edə bilərsiniz.  

Məsələn, Trivago reklamını xatırlayırsınız?  

Trivago reklamı bir çox mediada əyləncə üçün istifadə edildi, hətta parodiyaları belə geniş yayılmışdı.

İnflunserlərə müraciət etmək 

Bu günün ən populyar üsullarından biri də infulunser istifadə etməkdir. Məşhur insanların istifadə etdiyi və ya tanıtdığı bir məhsul istəmədən insanları bu mövzu haqqında danışmağa sövq edə bilər və ya hətta həmin məhsulu almağa inandıra bilər.

Məhsula Tələb Yaratmaq  

“Məhdud sayda” sözünü hər dəfə eşidəndə satış şirkəti buzz marketinqi etməyə çalışır. 

Bir nümunə olaraq, bazar vəziyyətindən asılı olaraq məhdud sayda cib telefonu istehsal olunur və bunu edən şirkət öz reklamını ağızdan -ağıza yaymağa çalışır. 

Şayiələr və dedi-qodular 

Buzz marketinqi təkcə öz məhsulunuz haqqında deyil, başqa bir şirkət haqqında şayiələr yaratmaqla da həyata keçirilir. Başqa məhsul haqqında şayiələr də avtomatik olaraq məhsulu rəqib qarşısında önə çıxarır. 

Məsələn, bir cib telefonu şirkətinin təhlükəsizliyinin zəif olduğu və daha az müdafiəyə sahib olduğu barədə şayiələr yayılırsa, hakerlər həmin şirkətin istifadəçi məlumatlarını sındıra bilərlər.  

Həvəsləndirmə – təşviq etmə 

Sosial media platformaları o qədər böyüdü ki, yeni məşhurlarımız artıq bu işi görən insanlardır. Hər kəs indi insanları həvəsləndirmək üçün çəkilişlər və yarışmalar edir. Yəqin ki, sosial mediada yayılan lotereya tipli yarışmaları eşitmişdiniz. Bu yarışlarda müxtəlif hədiyyələr paylanırdı. Təbii ki, bu hədiyyələr qarşılıqsız deyildi. Şərt kimi səhifəni izləmək, dostlarını rəylərdə təq etmək və s. tipli istəklər şərt qismində tələb edilir. Bunlar da Buzz marketinq metodlarından biri hesab olunur. 

İnsanlara daha çox diqqət yetirin 

Markanızın və ya məhsulunuzun diqqət mərkəzində olmasına baxmayaraq, insanlar ətrafında söz -söhbət yaratmaq daha təsirli bir faktordur. Bu söz -söhbəti yaratmanın ən effektiv yolu bütün marketinq strategiyalarınızı insanların, yəni, hədəf kütlənizin ehtiyaclarına, istəklərinə və maraq dairələrinə görə yönləndirməkdir.  

Buzz Marketinq Əsasları 

Məhsulun ağızdan ağıza yayılaraq virusa çevrilməsini təmin etmək üçün diqqət etməli olduğumuz bəzi məqamlar var. 

Ünsiyyət 

Ünsiyyət yaratmaq üçün əsas vasitəmiz istehlakçıdır, buna görə də, bütün ünsiyyət strategiyamızı istehlakçı üzərində qurmalıyıq. 

Məmnunluq 

İstehlakçı məmnuniyyəti reytinqi çox yüksək olmalıdır, buna görə məhsulunuz bəzi cəhətlərdən mükəmməl deyilsə, yəqin ki, bu strategiya işləməyəcəkdir. 

İnternet 

İnternet və viral marketinq o qədər əlaqəlidir ki, onlayn strategiya olmadan strategiyaları həyata keçirmək çox çətindir.  

Buzz Marketinqin Avantajları 

Buzz marketinqinin bir çox üstünlükləri var və istifadə olunan ən qədim marketinq üsullarından biridir. Bu marketinq metodu ağızdan -ağıza yayıldığı üçün uzaq yerlərə çox asanlıqla çata bilər. 

Şirkət üçün pulsuz reklam 

Müştərilərə asanlıqla çatmaq 

Çox sürətli satış 

Məhsul haqqında tezliklə rəy almaq və məhsulu təkmilləşdirmək 

Buzz marketinqin dezavantajları

Bu üstünlüklərlə bərabər buzz marketinqin dezavantajları da var. 

Bu prosesdə şəxsiyyətlərarası ünsiyyətə nəzarət yoxdur. Bu, bütün prosesi daha az etibarlı edir. 

Məhsulun proses zamanı viral hala gəlməsi çox zəhmətli bir işdir. 

Məhsul və xidmətlərin satışı müştəridən daha çox asılı olur. 

Hansı sənayelər Buzz Marketinq Kampaniyalarından istifadə edir? 

Avtomobil sənayesi 

Film sənayesi 

Texnologiya sektoru 

Bütün istehlak məhsulları 

İçki – qida sənayesi 

Uşaqlar və körpələr üçün avadanlıq məhsulları 

Moda sənayesi 

Kosmetika-makiyaj sənayesi 

1. 217 Views