İnsanlar var ki, illərdir hansısa bir sözün axtarışında olurlar və hətta elə olur ki, o sözün nə olduğunu tapmadan belə missiyalarını başa vururlar. Mənim də arxasınca illərdir düşdüyüm və hiss etdiyim bir şeylər var idi ki, hardasa belə bir söz var və mən onu tapacam və ruhum rahatlıq tapacaq. Nəhayət ki, bu ilin May ayında Hindistanda səfərdə olarkən mən elə bir sözlə qarşılaşdım ki, həyata baxışlarımda, düşüncəmdə mənim üçün dönüş nöqtəsi oldu. Həqiqətən Hindistanın kitablarda yazıldığı kimi ecazkar ölkə olduğunun bir daha şahidi oldum və burada insan özünü tam fərqli bir dünyada olduğu kimi hiss edir. İstərdim vaxt itirmədən bu ölkədə qaşıma çıxan söz barədə məlumatımı sizərlə də bölüşüm.

Jugaad. Hind dilində olan bu sözün heç bir dildə söz kimi tərcüməsi yoxdur. Artıq qlobal fenomenə çevrilən “Jugaad” sözünün tərcüməsini deyil, nə məna daşıdığına baxmaqla aydınlıq gətirmək olar. Jugaad sözünü bir çox mənalarda və bir çox sahələrə tətbiq etmək olar. Sadə dildə desək Jugaad bəşəriyyətin nail olmaq istədiyi, təbii resurslardan daha az istifadə etməklə daha çox fayda əldə etmək anlamına gəlir.

“Jugaad”

– sözü İnnovasiyanın bir növ daha ucuz başa gələn formasıdır. Məsələn, milyonlarla vəsait xərcləyib innovasiyalar edən “Apple” şirkətinin qoyduğu vəsaitə görə geri dönüşü Jugaad ilə müqayisədə çox-çox aşağıdır. Jugaad elə bir məhvumdur ki, burada daha az pulla daha çox nəticə əldə etmək, daha az israfçılığa yol vermək, daha az təbii resurslardan istifadə etmək və s bu kimi bir çox anlamlar daşıyır. Məsələn Edison, Tesla, Bell kimi ixtiraçıların bəşəriyyət üçün gətirdikləri dəyər bir növ Jugaad-dır. Onlar XIX və XX əsrlərdə etdikləri Jugaad-la daha az xərclərlə milyonlarla insan üçün fayda gətirmişlər. Amma, 2010-cu ildə dünyadakı şirkətlər araşdırmalara 550 milyard dollar xərcləsələrdə onlardan olan gözləntiləri istənilən səviyyədə deyil. İndiki dünyamızda daha çox Jugaad etməyə ehtiyac var. Ona görə də Jugaad sözü bir çox dillərə nüfuz etməkdədir.

 

İllərdir dilimizə müxtəlif ölkələrin, əsasən də İnkişaf etmiş ölkələrin dillərindən yeni sözlər axın edir. Məsələn, AYFON, AYPƏD, ÇAKUZİ, ÇAT kimi sözlər izahlı dilçilik lüğətimizə daxil edilmişdir. Bu sözlərin dilimizə gətirilib çıxarılmasınən əsas səbəblərindən  biri Amerika, İngiltərə və s kimi ölkələrin qabaqcıl texnologiyalarının inkişafı və dünya iqtisadiyyatındakı yeriridir ki, sonradan onların istehsal və ixtira  etdiyi məhsullara verdiyi adlar beynəlmiləlləşərək ümumiləşir.

XİAOMİ

Artıq dünyada Çin və Hindistan kimi yeni İqtisadi güclər yaranmaqdadır və bu ölkələrin dünya iqtisadiyyatına təsiri nəticəsində dilimizə yeni sözlərin gələcəyi şübhəsizdir. Dünyada hər 6 nəfərdən ikisi bu ölkələrin vətəndaşıdır. Bu gün hamının dillər əzbəri etdiyi Ksiaomi (XİAOMİ -/ˈʃaʊˌmiː/; Chinese: 小米 ) Çin dilindən tərcümədə taxılın bir növü olan “Darı” anlamına gəlir. 2018-ci ilin hazırki statistikasına əsasən dünyada ən böyük 4-cü smartfon istehsalçısıdır. İndi gəlin təsəvvür edək Çin dilində “ni hao  – salam” sözündən savayı nə qədər insan “darı” nın necə tələffüz edildiyini bilir?  Maraqlı deyilmi?

1.3 milyard

Elə isə  nədən JUGAAD olmasın? 1.3 milyard əhalisi olan Hindistanlıların bu sözü biz istəsək də istəməsək də çox yaxında bizin də lügətimizə nüfuz edə biləcəkdir.  Jugaad sözünü tərcümə etmək mümkün deyil , amma qısaca desək Jugaad, “lazımız bir şeydən konfet düzəltmək” anlamına da gələ bilər. Daha az vəsait xərcləməklə daha böyük məsələlərin həllinə çalışmaq və s kimi də istifadə etmək olar.

Bütün bunlar bir yana, Jugaad sözünü ilk dəfə eşidəndə bir anlıq fikrə getdim. Hələ 3 il bundan öncə “CRAZY İnnovations” şirkətini yaradarkən məqsədimiz də bu idi, amma sonralar nədənsə brend adımızın tam fikri əhatə etmədiyini düşünürdüm. Əslində elə məqsədimiz daha az resurslarla daha böyük fayda vermək idi. Sadəcə İnnovasiya etmək istəyi.  İndi isə Jugaad var, hətta bir az qabağa gedərək Jugaad MMC-nin də qeydiyyatdan keçdiyini deyə bilərəm. Jugaad sadəcə bir innovasiya deyil. Jugaad daha az xərclə və resursla edilmiş bir innovasiyadır və iqtisadiyyatın və həyatımızın bütün sferalarına tətbqi edilə bilər.

Bu gündən isə artıq  www.jugaad.az fəaliyyət göstərir. Jugaad bu günün tələblərini özündə birləşdirən bir rəqəmsal marketinq və startaplar platformasıdır. Məqsədimiz ölkədəki bizneslərə rəqəmsal olaraq yardım etmək, daha az xərclə daha çox satış əldə etməsinə yardımçı olmaq, yeni innovasiyaların və startapların yaradılması və promo edilməsində sahibkarlarımıza və fərdlərə kömək etməkdir.

 

Yekun olaraq, hər kəsi həyatlarında Jugaad etməyə və Jugaad-cıların yardımından faydalanmağa səsləyirəm.

Jugaad edək dostlar !

3. 936 Views