Bounce Rate nədir?

Bounce rate- daxil olduğu səhifədə heç yerə klikləmədən geri düyməsinə basan veb-sayt ziyarətçilərinin faizidir. Əgər saytınıza daxil olan istifadəçi yalnız birinci səhifəni oxuyur, başqa sözlə desək, digər səhifələrə keçid etmirsə, bounce rate-in mənfi təsirləndiyini söyləyə bilərik. Lakin bu o demək deyil ki, saytınızda satışa çıxarılan məhsul bəyənilmir və ya məzmununuz oxunmur. Bunun səbəbi Google kimi axtarış sistemlərində axtarılan istənilən sözün minlərlə müxtəlif mənbəyə malik olmasıdır. Yəni fərqli variantları görmək istəyən istifadəçi “bounce” adlı hərəkəti edərək saytınızdan ayrıla bilər.

 

Bounce Rate-lər nəyə görə fərqlənir?

Ortalama Bounce rate 41-51% arasında olur. Ancaq müxtəlif tipli veb-saytların bounce rate-ləri bir-birindən tamamilə fərqlənir. Məsələn, e-commerce saytlarının bounce rate-i 20-45% arası olarkən, bloq səhifələrininki 90%-ə qədər ola bilir.

 

Bounce Rate yoxsa Exit Rate (Çıxış dərəcəsi)?

Bounce Rate çox vaxt mahiyyət etibarilə oxşar olduğu üçün Exit Rate ilə qarışdırılır. Əgər biri sizin səhifəyə daxil olub heç bir şey etmədən geri düyməsinə basırsa bu Bounce, başqa səhifələrə keçid edib çıxırsa isə Exit hesab edilir.

Bounce rate və Exit rate fərqi

 

Bounce Rate-i necə azaltmaq olar?

Sayt sürətini artırın: Əgər sizin səhifənizin sürəti zəifdirsə, ziyarətçilərin onu tərk etmə ehtimalı çox böyükdür.

Kontentiniz asan oxunmalıdır: Əgər yazınız belə görünürsə, onda bounce rate-in aşağı olmasını gözləməyin.

Bounce rate-i yüksək olan kontent

 

Asan oxunabilirlik üçün:

Böyük abzasları 1-2 cümlə parçalarına bölün;

Başlıqlardan istifadə edin, bu istifadəçinin tez bir zamanda axtardığını tapmasına kömək edəcək. 

Jugaad.az bloq nümunəsi

 

Daxili linklərdən istifadə edin: Bu həm SEO həm də Bounce Rate üçün önəmlidir. Çünki daxili linklər vasitəsilə ziyarətçi başqa səhifəyə keçid edəcək.

Ziyarətçiləri dizaynınızla valeh edin: Fərqli, zövqlü veb-dizayn ziyarətçiləri səhifənizdə hərəkət etməyə təşviq edəcək.

Veb-saytınızı mobil uyumlu edin: Günümüzdə əksər insan mobil telefonlardan istifadə edərək axtarış edir. Əgər veb-saytınız mobil uyumlu deyilsə, bounce rate artacaqdır.

404 Xətalarını düzəldin: Bu xətalar bounce rate artımında ciddi rol oynayır. Buna görə də, bu xətaları tez bir zamanda düzəltməli və ziyarətçilərə yansıtmamalısınız.

 

978 Views