Rəqəmsal Marketinq 2021 ci ildə daha geniş əhatə əldə edəcəkdir.

Rəqəmsal marketinq müxtəlif dijital kanallar- komputer, smartfonlar və digər qurğular vasitəsilə həyata keçirilən marketinq üsuludur. Bu termin daha çox  Sosial Media Marketing (SMM), SEO, email marketinq, kontent marketinq və bloq yazısı kimi onlayn marketinq metodlarını özündə cəmləşdirir.

Rəqəmsal marketinqin üstünlükləri nələrdir?

  • Ənənəvi reklam metodlarından fərqli olaraq rəqəmsal marketinq reklam xərclərini azaldır;
  • Marketinq üsullarının ən çox diqqət cəlb edən növüdür;
  • Geniş kütləyə xitab edir;
  • Rəqəmsal marketinq trafik qazanmağın ən effektiv yoludur;

Rəqəmsal marketinqdən danışarkən əsas maraqlı sual isə odur ki, bəs bu sahədə 2021-ci ilin trendlərinin nələr olacağı gözlənilir? Hərkəsə məlumdur ki, yaşadığımız dövrü onlayn dünyasız təsəvvür etməyimiz imkansız olduğu kimi 2021-ci ildə də əsas istiqamət bu sahədə olacaqdır.

Bu haqda daha ətraflı aşağıdakı istiqamətlər üzrə yeni trendlərdən xəbərdar ola bilərsiniz:

  • EMAİL MARKETİNQ

Uzun müddət email marketinq bizneslər üçün ən effektiv rəqəmsal marketinq strategiyası olmuşdur. Bu üsulla siz daha çox kütlə qazana və biznesinizi insanlara tanıda bilərsiniz və bununla da passiv istifadəçiləri real alıcıya çevirmə şansınız yaranır.

HubSpot platformasının verdiyi statistikaya əsasən 2021-ci ildə email marketinq əsas marketinq liderlərindən olacaqdır. Belə ki, son 12 ayda 80% marketinq mütəxəssisləri bu sahədə geniş kütlə qazandıqlarını qeyd etmişdir. Hesablamalara görə 2024-cü ilə qədər email istifadəçilərinin sayı artaraq 4.48 milyarda çatacağı gözlənilir. Reklam məqsədli emaillər isə marketoloqlar tərəfindən əsas investisiya olunan növüdür.

 

  • KONTENT MARKETİNQ

Kontent marketinqin əsas məqsədi tanıtmağa çalışdığınız brend, məhsul və ya servis haqqında uyğun və maraqlı mövzular hazırlamaqla insanların diqqətini çəkməkdir. Kontent marketinqin əsas istiqaməti bloq yazıları, vizual kontentlər, elektron və ya audio kitablardır. Bu sahənin əsas gözəlliyi ondadır ki, siz bacardığınız qədər kreativ mövzular taparaq asan bir üsulla qısa zamanda böyük kütləyə özünüzü tanıda bilirsiniz.

2021-ci ilin trendlərində də statistikaya əsasən deyə bilərik ki, 70% marketinq mütəxəssisləri məhz kontent marketinq üzrə inkişaf etməyə çalışırlar. Çünki, 40% marketoloqun fikrinə görə kontent yaradılması marketinq strategiyaları içində xüsusi rol oynayır.

Bir çoxumuz Facebook, Instagram, Twitter və LinkedIn platformalarına bələdik. Bu proqramlar həm dostlarla əlaqədə olmağa, həm də biznesi tanıtmağa kömək edir. Aktiv və düzgün marketinq strategiyası potensial müştərilərinizə çatmağa, izləyicilərinizlə əlaqədə olmağa və həmçinin vebsaytınıza trafik qazanmaqda kömək edir.

      FACEBOOK

E-ticarət 2021-ci ildə Facebook üçün əsas fokus mənbəyi olcağı gözlənilir.  Digər bir yenilik isə odur ki, Facebook platforması 3 mesajlaşma proqramını- Messenger, Instagram Direct və WhatsApp tətbiqlərini birləşdirməyi düşünür. Bu isə o deməkdir ki, hər hansı platformalardan birində yenilik olduğu zaman bu, digər platformalarda da öz əksini tapacaq və  bu da e-ticarətdə yeni üstünlüklər yaradacaqdır.

       TWITTER

Twitter platforması özü də 2021-ci ildə bəzi yenilikləri ilə izləyicilərinin diqqətini çəkməyi planlaşdırır. Bu yeniliklərdən biri də “audio tweet” funksiyasıdır. Yeni funksiya sayəsində audio qruplar vasitəsilə istifadəçilər bir-biri ilə əlaqədə ola biləcək. Böyük bir fayda olaraq görülməsə də yenilik olaraq bu funksiya novbəti il ərzində test olunacaağı gözlənilir.

Bununla yanaşı 2021-ci ildə Twitter platforması müəyyən mövzulara uyğun olan xəbərləri və ya postları bir yerdə cəmləşdirməyi planayır. Son yenilik isə odur ki, saxta bot hesabların tanınması üçün funksiya yaradılmasına hazırlaşır və bununla artıq istifadəçilər real hesabları saxtalardan rahatlıqla ayıra biləcəklər.

 

 INSTAGRAM

Instagram platforması üzrə 2021-ci ilin trendləri isə ilk olaraq ondadır ki, burada artıq istofadəçilər ana ekranda ən çox baxdıqları sahələrə aid paylaşımları daha öncə görəcəklər. Məsələn, hekayə bölümü, Reels videoaları və s. kimi qruplara bölünməsi buna aiddir.

 

 “Az özü də çoxdur” prinsipi

Bu ifadə özü də 2021-ci ildə marketoloqların qarşısında duran əsas məqsədlərdəndir. Belə ki, artıq postları mütəmadi olaraq paylaşmaqdansa yalnız lazımlı məlumatları izləyicilərin diqqətini çəkəçək bir şəkildə paylaşmaqdır. Bu prinsipi irəli sürən isə Hendrickson olmuşdur. Onun fikrinə görə bu üsulla daha dəqiq və uğurlu marketinq siyasəti qurula bilər.

 

Son nəticə olaraqsa, onu deyə bilərik ki, 2021-ci ildə də indiki kimi Sosial Media platformaları yenə zirvədə olacağı güman edilir. Lakin yeni bir biznesə girənlər üçün yuxarıda qeyd etdiyimiz yenilikləri bilmələrinin faydası böyükdür.

 

Fidan Seyfiyeva

1. 791 Views