0-dan yeni biznes qurmağın ipucları

Biznesə başlamaq və aşağı büdcə ilə marketinq strategiyasını qurmaq ilk başlarda çətin gəlir. Lakin bəzi effektiv nüanslar var ki, bunları bilməklə siz qısa müddətdə az vəsait xərcləməklə yeni biznesinizi qura bilərsiniz. Heç şübhəsiz ki, çox zaman dünyaca məşhur brendlərin belə tarixinə baxdıqda onların da çox kiçik məbləğlə bizneslərini böyütdüyünü görmüşük. Buna missal olaraq deyə biləcəyimiz ən uyğun nümunə isə Steve Jobs tərəfindən yaradılan Apple markası olub. Əgər Steve 1300 dollar ilə başladığı biznesini milyard dollarlara çevirə bilibsə, hədəfi olan hər bir biznes qurucusu da bunu bacara bilər. Bunun üçün etməli olduğunuz ən əsas məqam pulunuzu ağıllı şəkildə bölmək və düzgün marketing strategiyası yaratmaqdır.

  1. Özünüz öz marketinq ekspertiniz olun.

Əgər ilk biznesə başladığınız zaman pulunuz azdırsa marketinq ekspertlərini işə almaq əvəzinə bir müddət daxili kadro ilə ideyalar yarada və özünüzü inkişaf etdirə bilərsiniz. Bu həm sizə pula qənaət etmənizə həm də əlavə xərc yaratmadan büdcənizdən kənara çıxmamanıza şərait yaradır. Həmçinin siz artıq real marketinq praktikası ilə sahənizi daha yaxşı öyrənmiş olursunuz. Bunun üçün bir çox marketinq yönümlü kitablardan və ya Youtube videolarından istifadə edərək mariflənə bilərsiniz. Növbəti zamanlarda qazancınız artdıqca bu sahə üzrə təcrübəyə sahib rəqəmsal marketinq agentliklərinə müraciət edə bilərsiniz.

 

  1. Markanıza uyğun loqo və brend yaradın.

 

Bu addım biznesinizi tanıtmaqda əsas rol oynayır. Çünki hər kəs ilk olaraq brend loqonuza fikir verir və düzgün dizayn və rəng uyumu ilə vizual olaraq diqqət yarada biləcəksiniz. Büdcənizin az olduğunu nəzərə alaraq bu prosesi də möəyyən proqramları öyrənərək özünüz hazırlya bilərsiniz.

 

  1. Öz vebsaytınızı yaradın

 

Sonrakı addım isə brendinizə uyğun vebsayt açmaqdır. Bu prosesi ən münasib şəkildə WordPress vasitəsilə edə bilərsiniz.  İlk öncə hazır nümunələrdən yararlanaraq dəyişikliklər edərək özünəməxsus sayt əldə edəcəksiniz. Video dərslər vasitəsilə öz hesabınıza saytınızı inkişaf etdirə bilər və ya az büdcə ayıraraq  hazır vebsayt ala bilərsiniz.

 

  1. Ödənişsiz marketing strategiyalarından yararlanın

Brend yaradarkən rəqəmsal marketinq strategiyalarından istifadə etməniz sizə qısa zaman ərzində yüksək nəticə əldə etməyinizə və az büdcə xərcləməyinizə kömək olacaq. Bu sahənin əsas qollarından SEO, kontent marketinqi və sosial media marketinqi ilə tanış olmalısınız. Bu alətləri bilməyiniz sizə markanızı vaxta qənaət edərək böyütməkdə və Google tərəfindən saytınızın tanınmasına yardım edir. Düzgün SEO dəstəyi və kontentlərinizin kreativliyi sayta baxışı artırırş Bununla bərabər sosial media tərəfdən hər kəs tərəfindən izlənilən instagram, facebook kimi platformalarda səhifənizi yaratmaqla izləyici qazanacaqsınız.

 

  1. Ödənişli reklamlar marketinqinizi yüksəldir

 

İnstagram və ya facebook üzərindən postlarınızı reklama verərək daha çox ana ekrana çıxmasına və izləyicilərinizin artmasına şərait yarada bilərsiniz. Bunu səhifənizin statistikasını artırmaqda əsas üsul kimi yararlana bilərsiniz. Daha çox izlənmis postlarınızı reklam edərək effektiv nəticə əldə edəcəksiniz. Lakin bu addımı edərkən bəzi əsas nüansları da nəzərə almalısınız. Hansı ki bura hədəf kütlə seçimi və yaş, cins və s. kimi vacib mərhələlər daxildir. Həmçinin reklamlı postlar daha çox izləyici qzandırmaqla yanaşı həm də saytınıza trafik qazandıracaq.

 

2. 130 Views