GOOGle sertifikatlı ekspertlərdən yardım istəyin
Onlayn mühitmizdə satış prossesi artıq yazılı kəlmələr ilə başlayır. Mühakimə etməyə meylli olan alıcılar, bir məhsulu satın almadan öncə brendi araşdırırlar. Bu isə o deməkdir ki, əgər haqqınızda yetəri qədər və dolğun onlayn informasiya varsa müvəffəqiyyətiniz qaçılmaz olacaqdır. Kontent-marketinq sizin brend adınızın önə çıaxrılmasına və mümkün olan ən pozitiv işıqlarla rənglənməsində vasitə ola bilər. Biznesiniz barədə məlumatlar yaymaqla siz effektiv olaraq maarifləndirməni artırır, diqqəti cəlb edir və özünüzü sahənizdə təsiredici fikirlərə malik lider kimi qələmə verməyə nail olursuz. Ama bunu tam olaraq necə edirsiz ? Təbii ki, bu təcrübəyə əsaslanan rəqəmsal marketinq biliklərini tələb edir.
Biznesinizi inkişaf etdirmək üçün doğru yolu tapmaq, diqqətli bir strategiya tələb edir. İnternet – bir podyumdur və burada rəqabət həddindən artıq amansızdır. Ona görə də bir çox alətləri, işlədiyiniz sahəni, şirkətinizin dəyrlərini, yaratmaq istədiyiniz obrazı və təbii ki, çatmaq istədiyiniz məqsədləri nəzərə almaq zəruridir. Kontent marketinqi tək bir obyektlə məhdudlaşdırılmır; əksinə, bütün xidmət növlərini əhatə edir.
Yüksək keyfiyyətli kontent yaratmaq, bəzi ciddi biznes məqsədlərinizi həyata keçirməyə kömək edə bilər. Markanız barədə məlumatı nə qədər çox çıxarırsanız izləyiciləriniz arasında daha çox tanınarsız və beləliklə brendinizi inkişaf etdirməyə və mövqeyinizi gücləndirməyə nail olmuş olarsız. Lakin, siz sadəcə nəzərə çarpmaqla kifayətlənməyəcəksiz, həmçinin müştərilərinizlə daha yaxşı əlaqələr qurma şansınız olacaq. Müştərilər daha “səs”li brednləri sevirlər.Bizim kontent marketinqi ilə bağlı xidmətlərimiz elə bunu çatdırmaq istəyir.
Azərbaycanda bir çox bizneslər hazırda bizim CEO platformamızdan istifadə edərək trafiklərini artırmağa nail olurlar.
Kontent Marketinq və SEO, su və şəkər kimi bir-birinə bağlıdırlar. SEO (axtarış mühərriki optimallaşdırılması) online olduğunuzu anladığında, kontent marketinq müştərilərinizin brendinizlə təmasda olmasını istəyir. Tərbiyəçi valideyn kimi sizin müştərilərinizə göstərir ki, siz onların qayğısına qalırsız və onlarla danışmaq üçün burdasınız.
Biz sadəcə sözlər yazırıq və onları daha yaxşı formada edirik. İnkişafda olan internet mağazanız üçün Elektron Ticarət sahəsində marketinq kontentindən tutmuş vizual marketinq kontenti strategiyalarına qədər olduğunuz bütün sahələri əhatə edə bilirik. Sizi və biznesinizi uğura aparmaq üçün bizimlə elə bu gün əlaqə saxlayın və kontent marketinq menecerimizdən konsultasiya sifariş edin.