
Hazırda Youtube kanalı yayılma imkanlarına görə sadəcə Google-dən geri qalır və Google-dan sonra ikinci ən böyük axtarış mühərriki hesab edilir. Videoların sosial mediadakı önəmi artdıqca Youtube-dan istifadə daha da artmaqdadır. Youtube-da insanlar müxtəlif istiqamətlərdə – film və musiqi izləyənlər, təlimə və tədrisə qulaq asanlar, yeni bir işlər öyrənənlər və s kimi hissələrə ayrılırlar. Youtube artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir.
Gəlin, görək Azərbaycada ən çox Youtube-da nələr və kimlər izlənilir. Youtube kanalında ölkəmizdə gündəlik və aylıq baxış saylarını, kimlərə və nələrə baxıldğını izləmək üçün Stats.video https://stats.video/top/most-viewed/youtube-channels/azerbaijan/of-the-day, veb saytına müraciət edə bilərsiz. Bu saytda youtube kanallarına baxışa görə kimlərin öndə olduğunu və gün ərzində nə qədər baxıldığını görə bilərik.
Məsələn biz 29 Oktyabr 2018-ci il tarixində axtarış edəndə son 24 saat ərzində baxılan kanallar arasında statistika belə oldu.
1 ci yer – Xəzər media – 24 saat ərzində 933 266 baxış
2 ci yer – Rəsul Abbasov – 24 saat ərzində 744 584 baxış
Maraqlı deyilmi? Rəsul Abbasov adlı vayner Azərbaycanın ən böyük media agentliklərindən biri olan Xəzər Media ilə rəqabət aparır. Gəlin daha detallı müqayisə rəqəmlərinə baxaq:
Xəzər Media
Rəsul Abbasov
Son bir həftə ərzində vaynerin yeni youtub-a yüklədiyi klipə 2.8 milyon baxış olmuşdur.
Youtube-dan pul qazanmaq imkanı.
Bu məlumatları paylaşmaqda məqsədim əslində başqadır. Youtube üzərindən pul qazanmağın maraqlı yolları və gələcəkdə Youtube-nin həyatımıza təsiri barədə danışmaq istərdim.
Youtube yaxın gələcəkdə ən populyar platformalardan biri olaraq qalmaqda davam edəcəkdir. Artıq izləyicilər televizoru deyil Youtube-dan izləməyi daha üstün tuturlar. Smart televizorların çıxması, onların Youtub-a qoşulması və istədiyin informasiyanı istədiyin vaxt baxa bilmə imkanın yaranması buna bir misaldır. Xeyli sayda vaynerlərin, vloqqerlərin meydana gəlməsi də elə Youtube-nin xidmətləri sayəsindədir.
Youtube da reklam
Youtube-da maraqlı videolar, xəbərlər və s paylaşıldıqca bura baxanların da sayı artır və monitor qarşısında bir çox insan vaxtını burada keçirir. Youtube isə bu insanlara kiçik saniyəli reklam roliklərini baxmağa məcbur edir. Reklam roliklərini bizə baxdırdığı üçün reklam verənlərdən pul alır və bizim üçün onlara baxmamıza məcburiyyət yaradır. Reklam isə ən çox baxılan kanallarda yerləşdirilir. Məsələn, elə götürək Rəsul Abbasovu. Onun kanalında video-ya baxanlara (son klipi götürək) istənilən reklamı göstərmək mümkündür. Bunun üçün Youtube accountdan istifadə etməklə Youtube-un müxtəlif reklam şərtlərindən , yaxud Google ads—dən yararlanmaq olar.
Bu videolar nəticəsində Vayner və vloqqerlər daha da populyarlaşır və əlavə gəlir etmək imkanları əldə edirlər. Onlar həm Youtube trafikindən və həm də influencer imkanlarından yararlanaraq pul qazanmağa nail olurlar.
Youtube kanalının necə populyaşdırmaq olar?
Youtube-da konversiyanın artırılması və baxışların sayının artırılması üçün müxtəlif platformalar var. Bunlardan ən yaxşılarından biri də vidİQ –dir. https://vidiq.com/
Bu platformadan istifadə etməklə videolarınızın baxışını artırmaq və reklamdan gəlir əldə etmək üçün istifadə edə bilərsiz.
Youtube imkanları genişlənməkdə davam edir və düşünürəm ki, yaxın gələcəkdə minlərlər vloqqerlər və vaynerlər peydə olacaqlar. Ona görə də inkişaf etmək istəyən şəxslər vaxt itirmədən bu barədə düşünsələr onlar üçün fa
Leave a Reply