
Bu məqaləni oxuyandan sonra başa düşdüm ki, biz hələ yeniliyə açıq deyilik və dəyişmək istəmirik.
Klinika rəhbərini televiziyada reklam etmək adı ilə aldatdılar
Nizami rayonu, Balakişiyev küçəsi, 55 ünvanında yerləşən stomatoloji klinikanın təsisçisi Muradov Məmməd Qəhrəman oğlu Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə müraciət edərək bildirib ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədəliyev Anar Bilal oğlu klinikanı televiziyada reklam etdirmək üçün ondan 700 manat alaraq mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.
Məqalədə mənim diqqətimi cəlb edən məsələ odur ki, biz Reklam məsələsində daha çox televiziya üstünlük verməyə çalışırıq (Mən fırıldaqçı və ziyan dəyən tərəf barəsində fikir bildirmirəm). Bu mənim subyektiv fikrimdir çünki orta və cavan nəsil əsasən Bakı əhalisi, daha çox sosial şəbəkələrdə n və veb resurslardan istifadə edirlər. Bu anlama gəlir ki, biz məhsul və ya xidməti rəqəmsal kanallarda (sosial şəbəkələr, axtarış sistemlərdə və digər resurlarda) axtarmalı və reklam etməliyik. Kütlə artıq internet üzərində cəmləşir və buda rəqəmsallaşmaya aparır.
Bilirsiz qloballaşan günün nəbzi Rəqəmsal Marketinqdir. KİV marketinq sahəsində artıq aktuallığını itirir.
Gəlin bu Rəqəmsal marketinq sahəsində savadlığımızı, fəallığımızı artıraq və işi peşakar rəqəmsal marketinq şirkətlərə etibar edək!
https://az.baku.ws/incident/52560-bakda-klinika-rhbrini-televiziyada-reklam-etmk-ad-il-aldatdlar.html?fbclid=IwAR00fHrhF3U3EC-GSh00SskozBKuhO9i_v_evlzruYXlHTH8bmJbqENUnbA
Leave a Reply