Sosial Media sizin şirkətə xeyir gətirə bilərmi?! Əlbəttə. Bu artıq çoxdan müəyyən olunub. Bəs necə edək ki, sosial medianı şirkətimizin xeyirinə istifadə edə bilək?! Bu mövzunu çox uzada bilərik, amma ilk olaraq bu bloqumuzda sizə sosial mediadaki səhvlərdən danışacağıq.

1. Gecikmiş postlar və bayramlar

Hər hansı bir baş verən hadisəyə vaxtında reaksiya verilməsini tövsiyə edərdim. Əgər hadisənin üstündən müəyyən bir vaxt keçibsə, onu gecikmiş post olaraq paylaşmağınız vacib deyil. Gələn dəfə daha diqqətli olub, postu vaxtında paylaşa bilərsiniz. Bundan əlavə bütün bayramlara aid paylaşımlar hazırlamaq məcburiyyətində deyilsiniz. Bayram postları adətən əsas və mahiyyəti vacib olan bayramlar haqqında olmalıdır. Misal üçün, kafe olaraq siz gəmiqayırma günü haqqında paylaşım etmək məcburiyyətində deyilsiniz.

2. Yersiz RTM.

Bununla bağlı çox misal çəkə bilərik. Xüsusən də son iki gündə sosial medianı zəbt etmiş ağrılı mövzu. Burdan o qənaətə gəlmək olar ki, hər mövzuda fikir bildirmək məcburiyyətində deyilsiniz. Xüsusilə əgər bu mövzu cəmiyyətin ağrılı yeridirsə. Sonunda sosial media sizin şirkətin imicidir.

3. Aramsız paylaşımlar.

Bu nədir?! Bəzi şirkətlər bu səhvi çox eləyir. Paylaşımlar arasında minimal olaraq bir gün ara verilməlidir. Bunu dayanmadan etsəniz istifadəçilərin gözünü yora bilərsiniz və onları bezdirəcəksiniz. Paylaşımları daha unikal etməyə çalışın. Bir sözlə çərçivələrdən uzaqlaşın. Onları qırmaq şiddətli şəkildə tövsiyyə olunur.

4. Kopiyalmaq – plagiat.

Bir şirkətin digər bir postdan ilhamlanaraq paylaşım etməsi normaldır. Amma əgər bu paylaşım tam dəqiqliklə kopyalanırsa bu artıq mənfi imic yaradır.

Bu bloqluq bu qədər. Gələn yazılarımızda sizə daha ətraflı məlumat vermiş olacağıq. Bizi izləməyə davam edin.

Rəqəmsal olun! Çərçivələrdən çıxın!

1.955 Views