Sosial media alqoritmləri necə işləyir?

 

    Sosial media həyatımıza o qədər önəmli rol oynayır ki, artıq bir çox insan üçün gündəlik rutininin önəmli bir hissəsinə çevrilib. Hər gün yeni istifadəçi qazanan təkcə uzun müddətdi tanınmış şəbəkələr deyil; TikTok və Twitch kimi yeni platformalar da yeni auditoriya cəlb etmək istəyən brendləri üçün potensial reklam platformlarına çevirilirlər.

 

2021-ci ildə, SimilarWeb-ə görə, YouTube və Facebook Google-dan sonra dünyada ən çox ziyarət edilən ikinci və üçüncü veb-saytlardır. Bu veb-saytların sosial media alqoritmləri çox saylı istifadəçilərin onlara ən uyğun medianı birinci sırada görmələrinə kömək edir.

 

Sosial media alqoritmləri daim dəyişir, bu da marketoloqların bu dəyişiklərə uygun strategiya hazırlanmasını çətinləşdirir. Hər dəyişiklik zamanı daxil olan hər bir detalı bilmək mümkün deyil, lakin bu yazıda siz platformaların alqoritmləri işləmə prinsiplərini gəlin bir yerdə analiz edək. 

Bu yazıda siz alqoritmin nə olduğunu, müxtəlif sosial media alqoritmlərini və sosial media paylaşımlarınzı  necə optimallaşdıracağınızı öyrənəcəksiniz.

 

 

Sosial media alqoritmi nədir?

Alqoritm bir qrup məlumatın necə hesablanacıgını təyin edən riyazi qaydalar toplusudur. Sosial mediada alqoritmlər istifadəçilər üçün kontentin nizamı qorumağa, axtarış nəticələrinə və reklamların sıralanmasına kömək edir. Məsələn, Facebook-da səhifələri və məzmunu müəyyən istifadəçiyə uyğun ardıcıllıqla göstərməyə yönəldən bir alqoritm var.

2021-ci ilin oktyabr ayına olan məlumata görə, təxminən 4,5 milyard internet istifadəçisi var və dünya əhalisinin təxminən 57 faizi sosial mediadan istifadə edir. Buna nəzarət etmək və idarə etmək böyük bir öhdəlikdir. Buna görə alqoritmlərin sosial media hesablarının və məzmununun etibarlılığını təyin etməsi çox vacibdir.

 

Hır bir sosial medianın öz alqoritmlər və onları necə istifadə etmək barədə heç bir bələdçimiz olmasa da, sosial media dünyasında uğur qazanmaq üçün kifayət qədər məlumatlar var. Son bir neçə ildəki əsas dəyişikliklərdən biri, Google “ranking” sistemində olduğu kimi, alqoritmlərin istifadəçi dostu olmasıdı əsas dəyişikliklədən biridi. Bu, sosial media istifadəçilərini onlara uygun, yüksək keyfiyyətli məzmun təqdim etməyə və istehlakçılarla daim cəlb etməklə təkrar təkrar Google-dan istifadə etməyə təşviq edir.

 

 

Sosial Media alqoritmləri niyə dəyişirlər?

Alqoritmlər sosial mediada istifadəçinin lentindəki məzmunu çeşidləmək üçün istifadə olunur. Çoxlu məzmun mövcud olduğu üçün, alqoritmlər sosial şəbəkələrin bir sıra amillərə əsaslanaraq istifadəçinin bəyənəcəyini düşündükləri məzmuna üstünlük verməsinin bir yoludur.

 

Alqoritmin məqsədi uyğun olmayan məzmunu süzgəcdən keçirməkdir. Kriteriyalara uyğun gəlmədiyi təqdirdə məzmununuzun lentlərdən gizlədilməsi funksiyasını görür. YouTube tərəfindən keçirilən təhlilidə məlum oldu ki, videolar istifadəçi üçün uyğun olmasa da, alqoritm tərəfindən seçildiyi zaman video milyonlarla baxış toplaya bilir.

 

 

Sosial media alqoritmlərinin növləri

Sosial media alqoritmləri platformaya görə dəyişir. Buna görə də, onu sosial media markasına görə qruplaştıra bilərik. Əsas platformalar Facebook, Pinterest, LinkedIn, Twitter və Instagram-dır.Yazının dəvamın hər biri və onların məzmunu necə sıraladıqlarına nəzər salacıq.

 

TikTok Alqoritmi

TikTok populyarlığı ən çox artan sosial media kanalıdır. TikTok-un fərdiləşdirilmiş alqoritmi çox ugurlu işləyir. Çünki o, asılılıq yaradan “Sizin üçün” lentini sizə təqdim edir.

 Bu alqoritm necə işləyir? TikTok məzmunu üçün bir neçə sadə sıralama filteri var, bunlara aşağıdakılar daxildir:

İstifadəçinin məzmunla olar inteqrasiyası

Videonun detalları (başlıq və hashtaglar)

Cihaz və hesabın parametrləri (country and language)

TikTok-un maraqlı tərəfi odur ki, videonun uğurlu olması üçün çoxlu izləyici olması əsas deyil. TikTok izlənilən video məzmununa əsaslanan bir alroqitmaya əsaslanıb və bu alqoritmanın köməyi ilə  hər kəsin öz paylaşımını müxtəlif izləyicilərə , brendlərə göstərmək şansı yüksəkdir

 

Facebook alqoritmi

 Facebook-un alqoritmi, işgüzar yazılardan daha çox mehriban yazıların sayısını artırmağa yönəldilirib. Alqoritm dörd növ filterdən keçirir:

Populyarlıq (Popularity)

Məzmun növü (Content type)

Münasibət (Relationship)

Yenilik (Recency)

Bu illər ərzində Facebook-un alqoritmində çoxlu dəyişikliklər olub, bu da planlaşdırma və strategiya olmadan yazıların təyin olunan istifadəçilər tərəfindən edilməsini çətinləşdirir.

Twitter alqoritmi

Twitter ilk dəfə 2006-cı ildə çıxanda yazıları sadəcə paylaşım zamanına görə sıralanırdı və buna görə də məzmundan çox gün və vaxta diqqət yeetirilirdi. Lakin indi Twitter-in alqoritmi bundan daha mürəkkəbdir və indi dərc edilmə vaxtdan daha çox tvitin aktuallığa əsaslanır.

 

Twitter alqoritminin istifadə etdiyi əsas filetlər:

  • “Engagement”
  • “Activity”
  • “Recency”
  • Media növü məsələn “GIF”, şəkil

Twitter həmçinin yazıları üç hissəyə bölür:  ‘In Case You Missed It’, alqoritmə əsaslanan yazılar və tərs xronoloji sırada göstərilməsi. Twitter-dən biznesiniz üçün istifadə etməyin uğuru dəvamli olaraq məzmun yerləşdirmək,  “engagement”-i  artırmaq və optimal günlərdə və vaxtlarda yazı dərc etməkdir.

 

LinkedIn alqoritmi

B2B marketinqində lideri olan linkedIn, izləyici yaratmaqdansa, istifadəcilərin əlaqə yaradmaga həsr olunmuş sosial platformadır. Hal-hazırda Fortune 500 şirkətlərinin istifadə etdiyi ən populyar platformadır.

 

LinkedIn saytı əlaqəyə əsaslanan alqoritm təqdim edir, ona görə də güclü və uyğun məzmun LinkedIn-də uğurunun açarıdır. Alqoritm əlaqəni müəyyən etmək və müvafiq məzmuna üstünlük vermək məqsədi daşıyır. Əlaqədə çoxlu bağlantılarınız olmasa belə, oxumağa layiq məzmununuz varsa, bağlatı sayının az olmasına baxmıyarag coxlu əlaqə qura bilərsiniz.

LinkedIn alqoritminə daxil olmaq üçün əsas məsləhətlərə aşağıdakılar aitdir:

  • Bir yazıda 3 ilə 10 arasında hashtag istifadə edin.
  • Video məzmunu digər növlərə nisbətən daha populyardır, lakin lentdə artıq prioritet deyil.
  • Şərhlər bəyənmə və ya reaksiyalardan daha vacibdir.
  • Müvafiq insanlarla əlaqə saxlamaqla öz şəbəkənizi qurun, işçilərin platformada aktiv olmasını təmin edin və ya LinkedIn qruplarında iştirak edin.
  • Şəbəkənizi və auditoriyanızı artırmaq üçün LinkedIn reklamlarını sınaqdan keçirməyi düşünün.
  • Məzmunun nə işlədiyini anlamaq üçün analitikadan istifadə edin.

 

Instagram alqoritmi

Twitter-də olduğu kimi, Instagram-ın alqoritmi xronologiyaya əsaslanırdı, ona görə də zaman əsaslı paylaşımlara üstünlük verirdi. 2021-ci ildə alqoritm altı əsas amilə əsaslaır: maraq, istifadəçi ilə əlaqə, izləmə, sessiya vaxtı, göndərilən vaxt və istifadəçi sessiyasının vaxtı.

Instagram-da Carousel-lər digər yazı növlərinə nisbətən üç dəfə daha çox “engagement” yaradır, “Reels” hazırda daha çox onə cıxır ki, insanlar yeni funksiyadan istifadə etsinlər. Bu o deməkdir ki, markanızda “engagement” artırmaq və Instagram-da diqqəti cəlb etmək üçün yeni funksiyaları sınamaqa dəvam etmılisiniz.

140 Views