Bir çoxlarınız Ads reklamlarına başlayarkən hər hansısa bir rəqəmsal marketinq strategiyası qurmadan Facebook ads-də reklamları asanlıqla yerləşdirə bilirdiniz. Sadəcə reklam yerlədirmə alətlərini öyrənərək bunu etmək indidə mümkündür. 10 il bundan qabaq olsaydı hansısa televizyada yaxud radiyoda bunu etmək üçün kifayət qədər vəsait, kontent və s lazım gələcək idi. Lakin, hazırda hər kəs asanlıqla sosial şəbəkələrdən istifadə edərək reklamları yerləşdirə və onları idarə edə bilir. Bəs, reklam yerləşdirmək bu gün kifayət edirmi ?

2022 Ağıllı reklamları tələb edir.

Artıq 2021 ci ildə sosial şəbəkələrdə reklam qiymətlərinin artması bu sahəyə tam fərqli yanaşmanı tələb edir. İndi hər kəs reklam alətlərini öyrənib sosial şəbəkələrdə reklam verməsi ilə məsələ həllini tapa bilmir. Daha köklü yanaşma və marketinq tədbirlərini görülməsi lazım gəlir. Bu yazımızda da artmaqda olan tələbi nəzərə alaraq reklam və marketinq strategiyası sosial şəbəkələrdə və rəqəmsal platformalarda necə qurulmalıdırsa ondan yazacağıq.

 

Düzgün Rəqəmsal Marketinq Strategiyası

Çoxları Marketinq strategiyası sözünü eşitsədə həqiqətdə necə tətbiq olunaraq hazırlanmalıdırsa ola bilsin ki bu barədə geniş təsəvvürləri olmasın. Ona görə də dəfələrlə tətbiq edərək nəticəsini aldığımız strategiya barəsində sizlərlə bölüşmək qərarına gəlmişik. İstərdik ki, hər kəs Jugaad Rəqəmsal Marketinq agentliyində tətbiq olunan formatla yaxından tanıış olsun və özləri də bu formadan yararlanaraq faydalı nəticələr ala bilsinlər.

 

Strategiya hansı hissələrdən ibarət olmalıdır?

 Rəqəmsal Marketinq strategiyası ənənəvi marketinq strategiyasından qismən fərqlənsə də mahiyyət olaraq eynidirlər. Hər ikisinin məqsədi gələcəklə bağlı işlərin zamana və məkana görə planlaşdırılması və nəzəriyyəsi, həmçinin praktikası məsələlərini əhatə edir. Tərəfimizdən həyata keçirilən və yazılan rəqəmsal marketinq strategiya əsasən aşağıdakı mərhələləri əhatə edir.

  1. Digital marketing auditi
  2. Bazar araşdırması və analizi
  3. Marketinq məqsədləri və KPI
  4. Rəqəmsal Marketinq Kampaniya planı
  5. Rəqəmsal marketinq analitikası və optimizasiya planı.

 

  1. Rəqəmsal Marketinq Auditi

Marketinq strategiyasını yazmağa başlamamışdan ən əvvəl şirkətin mövcud vəziyyətinin dəyərləndirilməsi lazım gəlir. Şirkət hal hazrda hansı mövqedədir, satışları nədir və s. Bunların dəyərlədirməsini aparmadan əks halda hansı planlamadan və qarşıya qoyulacaq hədəflərdən söhbət gedə bilər ? Qarşıya hər hansısa bir məqsəd qoyarkən mövcud durumun, olduğun yerin dəyrləndirilməsi aparıldıqdan sonra gedəcəyin yerə çatmaq üçün proqnozlaşdırılma və s aparıla bilər. Bu hissədə siz daha çox iki istiqamətdə:

  • Mövcud resursların auditi

Reqemsal marketinq strategiyasi

 

  • Rəqəmsal kanalların mövcud vəziyyətinin auditi

Reqemsal Audit

 

  1. Bazar araşdırması və Analizi

Rəqəmsal Marketinqdə bazar araşdırılması hissəsində daha çox ölçülə bilən məsələlərin  araşdırılması aparılır. Bu hissədə daha çox müştəri personasının yaradılması, marketinq məqsədlərinin qoyulması və KPİ ölçülməsi məsələləri əsas götürülür. Əsasən 4 hissəyə ayrılaraq tərəfimizdən formalaşdırılmaqdadır. Uyğun olaraq hər bir hissə barədə məlumatları sizinlə bölüşmək qərarına gəldik.

  • Müştəri personası
  • Bazar analizi (rəqəmsal)
  • Rəqabətli Müqayisə (Benchmarking)
  • SWOT analiz
  • Müştəri Personası – nın qurulması sizin hədəf auditoriyanızı (targeting) müəyyənləşdirmək üçün çox vacibdir. Bunu müəyyənləşdirmədən atdığnız addımlar sizi qeyri müəyənliyə apara bilər. Aşağıdakı şəkildə forma olaraq bunu necə edəcəyinizlə tanış ola bilərsiz.

Müştəri personası

 

  • Bazar analizi – Rəqəmsal formada aparacağınız bu analiz əsasən iki istiqamətdə həyata keçirilə bilər:
  1. Bazarın  həcminə görə – bu zaman istifadə edəcəyiniz alətlər aşağıdakılar olacaqdır.
  • Facebook Audience Insights
  • Google Keyword Planner
  • Research papers/Xəbərlər

2. Bazar Trendləri. Bazar trendlərini yaxşı anlamaq müştərinizi daha yaxşı anlamağa səbəb olacaqdır.

  • Google Trends
  • Google Keyword Planner
  • Trend hesabatları

 

2.3  Rəqabətin Müqayisəsi. Benchmarking edərkən rəqibləriniz hansı vəziyyətdə olmasını müəyyənləşdirmək çox vacindir. Bunu etmək üçün aşağıda göstərilən alətlərdə istifadə edə bilərsiniz. Bunlardan əksəriyyəti ödənişli hesabat veb saytlarıdır. Ağıllı analiz aparılmasını istəyirsizsə mütləq bunlardan yararlanmağınız lazım gələcəkdir.

  • Google Analytics Benchmarking reports
  • Semrush
  • SimilarWeb
  • SocialBakers

Təxminən belə bir cədvəl formalaşdıraraq rəqibləriniz barədə ətraflı məlumat toplamağınız və müqayisə aparmağınız lazım gələcəkdir.

2.4 Swot Analiz – Bu barədə geniş informasiyaya verməyə yəqin ki, ehtiyac yoxdur. Marketinqin olmazsa olmazıdır bu analiz metodu.

swot analiz marketinq

 

  1. Marketinq Məqsədləri (KPİ)

Marketinq məqsədləri marketinq şöbəsinin niyyətlərini müəyyən edən məqsədlərdir. Marketinq məqsədləri nümunələrinə aşağıdakılar daxildir:

  • Brend məlumatlılığının gücləndirilməsi (brand awareness)
  • Lead Generation
  • Satışların artırılması

SMART KPI-lər xüsusi, ölçülə bilən, fəaliyyət göstərə bilən, realist, vaxtla bağlı Əsas Performans Göstəriciləridir və marketinq məqsədlərinizdən daha detallıdır. Onlar marketinq kampaniyalarınızın gedişatını izləməyə kömək edir və səylərinizi təkmilləşdirmək üçün sizə performans göstəriciləri təqdim edir.

Marketinq məqsədləri – KPI

  1. Rəqəmsal Marketinq Kampaniya Planı

    – Strategiya hazırlayarkən ən maraqlı hissələrdən biri buradır. Kampaniya Planı strategiya planından daha çox mikro olduğu üçün, qısa müddətli bir planı əhatə edir. Strategiya planı isə makro yanaşmadır və şirkətin uzunmüddətli planlarını əhatə edir. Çox zaman marketinq şirkətləri və freelance-lar təqdim edərkən strategiya planını deyil də Kampaniya planını təqdim etməklə işlərini həyata keçirirlər. Bu isə strategiya olmadan həyata keçirildikdə istənilən nəticələrin çox zaman alınmamasına və narazılıqların olmasına gətirib çıxara bilir.

 

Kapaniya planı xüsusilə 4 istiqamət üzrə qurularsa daha faydalı ola bilər. Bunlar – ACPA (Awareness, Consideration, Purchase, Advocacy) satış qıfını –sales funnel – təşkil etməlidir.

Marketinq Kampaniya planı

4.1 Custome Journey Map – Çox zaman terminləri ingiliscə yazıram ki, anlaşılması daha rahat olsun.  Rəqəmsal müştəri səyahəti internet istifadəçisinin izlədiyi yoldur – məlumatlılıq mərhələsindən alış mərhələsinə qədər. Əslində, bu, alış səyahəti (journey) boyunca müştəri və brend arasında onlayn olaraq baş verən hər bir qarşılıqlı əlaqəni əhatə etməlisiniz.

  1. Rəqəmsal marketinq analitikası və optimizasiya planı.

Sonda isə Rəqəmsal Marketinq Kampaniya planı da tərtib olunduqdan sonra onun fəaliyyətə keçirilməsi aktual məsələyə çevrilir. Kampaniyaların həyata keçirildiyi dövrdə onların analitikasının aparılması, hansı tədbirlərin plan üzrə gedib gedtmədiyini müəyyənləşdirmək qalır.

Analitika əsasında optimizasiyanın həyata keçirilməsinə başlanıla bilər. Optimizasiya iki istiqamətdə aparılması daha çox məqəsdəuyğundur. Real nəticələrin optimizasiyası və yeni istiqamətdə optimizasiya, daha çox veb saytın optimizasiyasını nəzərdə tutur.

  • Analitika nəticəsində optimizasiya
  • SEO Plan

Prosseslər həyata keçirildikcə mütəmadi olaraq alınmış nəticələrin yaxşılaşdırılması istiqamətində optimizasiya prossesləri həyata keçirilə bilər.

Beləliklə dəyərli dostlar, Rəqəmsal sahədə marketinq strategiyası yazarkən yuxarıda qeyd olunan məsələlərə diqqət yetirərsiznizsə daha faydalı nəticlər əldə etməyə nail ola biləcəksiz. Əlbətdə müəyyən fərqli sahələr üçün xüsusi yanaşmalar lazım gələ bilir. Ümumi istiqamətlər üçün hazırki məlumatlar Rəqəmsal Strategiya planı hazırlayarkən icmal kimi çıxış edə bilər.

 

Diqqətiniz üçün təşəkkürlər

Pərviz Azerelli

567 Views