• Digital copywriting
digital-copywriting

Rəqəmsal-kopiraytinq

Keçən dəfə satan sözlər barədə fikirlərimi bölüşmüşdüm. Bu yazının da məzmunu eynidir. Amma bir az geniş formada. Sonda kiçik və orta biznes üçün rəqəmsal kopiraytinqə dair ultimativ təlimat olacaq. Rəqəmsallaşma fonunda biznesin sahələri və bir sıra peşələr dəyişməkdədir. Bunlardan biri də kopiraytinqdir. Uzun-uzadı nəzəri cümlələrdən qaçıram. Bacardığım qədər. Bu cansıxıcı və  yorucudur zənnimcə. Daha qısa cümlələr və konkret  ifadələr fikirləri daha tez çatdıırır. Odur ki, çox uzatmadan mətləbə keçirəm.

İlk öncə bunu qeyd edək: iki ingilis sözünün birləşməsidir kopiraytinq. Mahiyyət olaraq prezentasion və reklam xarakterli sözlərin, mətinlərin hazırlaması anlamına gəlir. Belə sözlər nəticəsində satış artır, satılmalı olan daha çox tanınır. Digital copywriting isə rəqəmsal texnologiyaları tətbiq edən bizneslər üçün satan sözlərin hazırlanmasıdır.

Kopirayterin işi ideyaların, fikirlərin, məhsulların sözlər vasitəsilə canlandırılmasını təmin etmək, potensial müştərinin fikrində həmin obyektin vizualizə edilməsinə təkan verməkdir. Digital industriyada isə kopirayter  komandaya həlledici bir əlavədir. Rəqəmsal kopiraytinqdən və ya rəqəmsal kopirayterlərdən yazmamışdan əvvəl bu məfhumlar yaranmazdan öncəki vəziyyətə bir nəzər yetirək.

Rəqəmsal era.

Rəqəmsal texnologiyalara qədər satış məktubları, reklam mətnləri daha iri həcmdə olurdu. Çünki reklam kanalı çox az idi. Efirlər və müxtəlif çap-reklam vasitələri. Əlbəttə ki bütün bunlar çox informasiyanı özündə saxlayırdı. Sonralar (həm də, elə indi) rəqəmsal era başladı. Bu hər şeyi dəyişdirdi. İndi də də bu eradır. Rəqəmsal era. Giflərin, videoların, bloq yazılarının (hazırda oxuduğunuz bloq yazısının da), mobil tətbiqlərin, internet səhifələrinin sayını artırır. Və sanki marketinqə aid şəxslər ikiyə ayrılır. Eləcə də kopiraterlər.. Mən ayrıseçkilik salmaq istəmərəm. Amma bizdə də bu proses getməkdədir. Digital texnologiya tərəfdarları və ənənəvi biznes tərəfəfində olan texnofoblar. Mövzudan kənarlaşmayaq. Davam edək.

Digitalda kontent çox əsasdır. Və əgər nəzərə alsaq ki, verilənlər mətnlərdən ibarət olur o zaman mətnlərdən başı çıxan birinin komandada olması çox vacibdir. Komandada olacaq belə birisinin xüsusiyyətlərini sadalayacam indi sizlərə. Yəni rəqəmsal dövrdə kopirayter necə olmalıdır. Hansı keyfiyyətlərə sahiblənməlidir. Bu xüsusiyyətlər onu başqalarından fərqli və dövrün reallığına uyğun edir.

Rəqəmsal kopirayter olmağın 8 yolu

Reqemsal-marketinq

Bir neçə vacib xüsusiyyətlər var. Rəqəmsal kopirayterləri müşahidə etdikcə onlarda aşkar etmişəm. Bir neçə xüsusiyyət də oxuduqca öyrənmişəm. Bu ikisinin təsiri və həyat təcrübəm isə əlavə bir neçə xüsusiyyəti də bu sahəyə aid etməyimə əsas verib. Amma bunlar şəxsi fikirlərimdir. Doqma deyil. Ümumiyyətlə doqma olmur. İndi qeyd edəcəklərim sırf subyektiv xarakterə malikdir. Belə xüsusiyyətlər 8 də ola bilər, 10 da. Bəlkə  daha az və ya daha çox. Ən birincisi əlbəttə ki, rəqəmsal kopirayter axtarış sistemləri üçün yaza bilməlidir. Yəni sadəcə potensial müştəri üçün maraqlıı olacaq mətnlər yox, həm də axtarış sistemlərinin önə gətirəcəyi sözlər yaza bilməlidir. Daha sonra rəqəmsal kopirayter üçün vacib xüsusiyyət banner və digər bu tip elementlər üçün qısa mətn hazırlaya bilməkdir. Üçüncü vacib xüsusiyyət internet səhifələr üçün daha çox sayda mətn redaktə edə bilməkdir. Konseptual düşünmək və yazmaq bacarığı da rəqəmsal kopirayteri əsas xarakterizə edən amildir.

duzgun-kopiraytinq

qramatik-kopiraytinq

Rəqəmsal kopirayter qramatik düzgün yaza və tələffüz edə bilməlidir. Yəni mətndə hərf səhvi buraxmamalı, diksiyası səlis olmalıdır. (pis örnək kimi “c” hərfinin “cz” kimi tələffüs edilməsi ola bilər.) Rəqəmsal kopirayter sosial platformalar üçün də yaza bilməlidir. Ola bilər ki, bu məqamda oxuyanlar düşünə ki, nə fərqi var sosial platforma üçün yazmaq, digər mətni yazmaqdan nə ilə fərqlənir. Amma fərqlənir. Belə olmasa idi bütün reklam kampaniyaları hər bir platformada uğurlu olardı. Baxmayaraq ki, bəzən ölkəmizdə  “instagram” və “facebook” kimi platformalarda yazılan mətnlər internet səhifələrdəki mətnlərdən fərqlənmir. Amma hər bir şeyin öz qaydası var. Rəqəmsal kopiraytinqin də. Bu barədə vaxt olduqca gələcək yazılarda ətraflı məlumat verəcəm. Hələlik bu qədər. Rəqəmsal kopirayterə aid digər cəhət isə müxtəlif əlavə variantları təklif edə blməkdir. Və sonda rəqəmsal kopirayterin sonuncu vacib xüsusiyyəti müxtəlif brendləri dərk etmək və onlara uyğun yaza bilməkdir.

Kiçik bizneslər üçün rəqəmsal kopiraytinq.

digital-copywriting

digitatl-marketing

Rəqəmsal kopiraytinq istər  kiçik biznesə istərsə də iri bazar strukturlarına çox gərəklidir. Əvvəllər kopiraytinq nə qədər əhəmiyyətli idisə indi rəqəmsal kopiraytinq bir o qədər və bəlkə də daha çox əhəmiyyətlidir. Axı söhbət rəqəmsal satışları artıran mətnlərdən, söz yaradıcılığından gedir. Hazırki dövr müxtəlif çoxsaylı imkan və üstünlüklər vəd edir. Belə bir situasiyada rəqəmsal kopiraytinq istənilən cür biznesin köməyinə gələ bilir. Lakin qısa olsun deyə rəqəmsal marketinqin kiçik və orta biznesə yaratdığı imkanları xüsusi vurğulamalıyıq. Rəqəmsal marketinnq kimi kiçik və orta biznesi (KOB) inkişaf elətdirən ikinci vasitə yoxdur. Kopiraytinqsiz marketinq də yoxdur. Bu iki “yox”u birləşdirsək belə bir fikir yaranır ki, rəqəmsal kopiraytinqsiz KOB yoxdur.

Kiçik və orta biznesdə satan sözlərlə məşğul olduqda, reklam mətnləri hazırladıqda bir neçə məqam vardır ki, onlara fikir vermək gərəkir.  İri həcmli olmayan bizneslərdə reklamlar üçün xüsusi qaydalar var. Mən özlüyümdə onları 4 qızıl qayda adlandırmışam. Bu qaydalara kiçik bizneslər üçün rəqəmsal reklam mətnləri hazırlanarkən əməl edilməsi vacibdir. Bu qaydaların birincisi odur ki, brend reklamından qaçılması vacibdir. Kiçik biznesin loqosu və yaxud pafoslu sözləri, sloqanları gərəksizdir. Çünki belə bizneslər “Coca-Cola” və yaxud “Unilever” deyil ki, onların tanınmasına ehtiyac olsun. Kiçik biznesə real satışlar lazımdır. Bu qaydaların ikincisi reklamların ölçüləbilməsidir. Ölçülə bilmək effekti səmərəni görməkdən ötürüdür. Və müxtəlif səmərəlilik göstəriciləri ilə bağlıdır. Üçüncü qayda hədəf kütləsi ilə məhsul arasındakı mütənasiblikdir. Ola bilə kimsə indi ürəyində desin ki: nədi,…. nədi?… Mütənasiblik. Yəni proporsionallıq. Sadə desək uyğunluq. Nəhayət kiçik biznes üçün rəqəmsal reklam kanalı düzgün seçilməlidir. Kiçik bizneslərin rəqəmsal reklamları bu qaydalara uyğun hazırlandıqda daha effektiv olur. Daha çox satış gətirir.

Son…

  • Kiçik bizneslər üçün rəqəmsal reklam mətnləri yazarkən jugaad komandası olaraq bizlər bir neçə addım atırıq ki onları da sizinlə bölüşəcəm. Bu addımlar sırf praktikada yaranmış və  təsdiqini tapmış addımlardır. Heç bir akademik əsası yoxdur. Sadəcə praktikada, iş prosesində yaranmışdır. Həmin addımlar əvvəldə söz verdiyim pdf faylında olacaq. Bu qədər. www.jugaad.az üçün ikinci yazımı bitirdim, sonda isə söz verdiyim pdf faylını buradan yükləyə bilərsiniz.
618 Views