2020-də İnstagramda nə olacaq?
Giriş
Profillərin bağlanmasından, bloklanmasından və digər bu tip şeylərdən danışmayacağıq. Bu yazımda yaşadığımız günlərdə daha doğrusu bu 2020-ci ildə instagramda nə baş verdiyindən və nə baş verəcəyindən danışacam. Əvvəlki yazılarımdan kifayət qədər ötüb. Artıq 36 gündür ki, 2020-ni yaşayırıq. Aydın məsələdir ki, illər keçdikcə hər şey daha surətlə dəyişməyə başlayır. Bu surətli dəyişiklik sosial şəbəkələri də, bununla da rəqəmsal marketinqi də əhatə edir. İnstagram da bundan kənarda qalası deyil. Həm də 2020 bu sosial şəbəkə üçün fərqli bir il olacaq. 6 oktyabr 2010-da yaranıb instagram. Bu il yubiley ilidir. Bu on illik müddətdə sadə mübadilə alətindən nəhəng reklam platformasına çevrilib instagram. Ötən il instagram hamının diqqətini 2 məqam ilə çəkmişdir. Bunlardan biri əlavə edilmiş reallıq, digəri isə bəyənmə məsələsidir. İndi bəyənmədən danışacağıq. Gələcəkdə bu barədə də danışacağıq. İndi isə like…
Like nədir?
Yazının bu yerində instagramdakı like funksiyasından yazmalıyam. Amma düşünürəm ki, ümumi danışaq. Like nədir sualına nə cavab verərdiniz? Deyə bilərsiniz ki, laykın da tərifi olur? Olur. Bir qədər izah versək həm xatırlatma olar həm də mövzuya daha rahat davam edə bilərik. Layk bildiyimiz şeyə bəzən “like option”, “like button” və ya “recommend button” da deyirlər. “Like”-sosial şəbəklər, bloqlar, internet-forumlar, saytlarda yayımlanan hər-hansı bir kontentə istifadəçilərin münasibət bildirmələri üçün işlədilən funksiyadır. Bunun sayəsində veb səhilərə sosiallaş bilər və ayrı-ayrı elementlər arasında əlaqə və bağ qurulur. Şərhlər, paylaşmalar, göndərmələr kimi “Like” da kontentə verilən bir reaksiyanı ifadə edir. İnstagramda da belədir. Ammm…
Layklara YOX
2020-də 2019-cu ildə olanlar davam edəcək. 2019 “Like”-ların görünməməsi təcrübəsi oldu İnstagramda. Əvvəlcə eksprement olaraq bəzi profillər üçün tətbiq edilməyə başladı. Daha sonra Kanadada və bir neçə ölkədə tətbiq edildi. Bunun məntiqi ondan ibarətdir ki, istifadəçi paylaşımı bəyənənlərin sayını bilmir. Lakin yalnız kimlərin bəyəndiyini görəcək.Bizdə isə bir qədər fərqlidir. Bəzi profillərdə laykların sayını görməmək mümkündür. Amma hələ tam çalışan vəziyyətdə deyil. Nümunə üçün aşağıdakı şəkilə diqqət yetirə bilərik:
Mən nə düşünürəm?
Like məsələsi zənnimcə qəpiyin bir üzüdür. Digər üzündə isə nə olacaq bunu gələcəkdə görəcəyik. Hələlik isə tətbiqə əsaslanan şəxsi qənaətimizlə kifayətlənirik. Çox güman ki, gələcək instagram daha çətin olacaq. Söhbət pul xərcləməkdən getmir. Orqaniklik və ödənişlilik müqayisəsi aparmıram. Onsuz da bütün bu dəyişikliklərin yekun nəticəsi ödəniş məsələsinə gəlir. Amma dəyişiklik daha da daimi olur. Bu bir reklam platforması olan instagrama da təsir edir. Hərçənd ki, şəkil və video paylaşımı üçün sosial şəbəkədir instagram. Həm də, rəqəmsal reklam platformasıdır. Layksızlıq situasiyasını bir qədər təsəvvür edib düşünək. Əgər paylaşımlar bəyənilməsə nə baş verəcək. Təsəvvür edin şirkətlərin instagram hesabları və bəyənmə ümumiyyətlə yoxdur. O zaman şirkətlər postun saxlanılmasına, kommentlərə, postun göndərilməsinə yönəlik olacaqlar. Bu məqsədlə müxtəlif aktivliklər edəcəklər.
Son
Heç şübhəsiz ki, bu da həm orqanikliyi artıracaq həm də ödənişli kontentlərin təşviqinə səbəb olacaq. Nəticədə instagram orqanikliyi artırmaq adı ilə şirkətləri daha çox reklama pul xərcləməyə yönəldəcək. Amma düzgün xərcləyənlər uğurlu olacaq. Bu isə analizdən, təhlildən və fərqli yanaşmalardan asılıdır. Çalışıb 2020-də İnstagramda olacaqlar instagram barədə düşüncələri sizinlə bölüşdüm. Ümid edirəm ki, faydalı olar.
Leave a Reply