Bu gün də instagram barədə yazıram. Ötən yazını oxumayanlar üçün link yerləşdirirəm. İndi isə bu yazıya giriş verək.  İnstagramda hər gün müxtəlif cür storilər paylaşılır və baxılır. Bunun sayını axtarış edib öyrənə bilərsiniz. Storiləri cəlb edici etmək üçün müxtəlif alətlər var. Storilərdə lokasiyadan istifadə edə bilərik. Storilərdə hashtag yerləşdirə bilərik. Müxtəlif gif-lər və sair və ilaxır. Amma bu yazıda günümüzdə storilərə aid bir tendensiyadan danışacağıq. Kütləvi baxışdan. Əslində 2017-ci ildən bu məsələ gündəmə gəldi. Kütləvi olaraq hekayələrə baxmaq. Amma elə də populyarlıq əldə etmədi. 2018-də də təkrarlandı. Lakin bu ilin may-iyun aylarında daha geniş yayıldı. Pikini yaşayır desək səhv etmərik.

Bu nə tendensiyadır?

İnstagram hesabının avtomatik irəlilədilməsi zaman-zaman çoxumuzu düşündürüb. Burada söhbət kütləvi izləmə və bəyənmədən gedib. 2019-da isə yeni bir trend ortaya çıxıb. Kütləvi şəkildə storiyə baxış. Bəlkə də kimlərsə bilmir. Və yaxud da bilir. Önəmli deyil. Bu günki yazım kütləvi şəkildə storilərə baxışdan gedəcək. Mass storyviewing. Mass looking.  Avtomatik şəkildə başqa hesablara aid hekayələrə baxılmasına deyilir. Bunun nə mənası var? Məntiq ondan ibarətdir ki, o qədər də çox izləyicisi olmayan birisi sizin onun storisinə baxdığınızı gördükdə səhifəniz ilə maraqlanmağa başlayır. Və bu canlı insandır. Robot filan deyil. Sizinlə maraqlanır, dönüş edir və bu zaman möcüzə baş verir. Real adamlar sizin instagram səhifənizə cəlb olunurlar. Beləliklə də, göstəriciləriniz artır. Və bu avtomatik baş verir. Həmçinin maslukinq hesabına həm izləyiciniz olanları, həm də izləyiciniz olmayanları cəlb edə bilirsiniz profilinizə. Burada başqa bir məqam da var ki, yalnız izləyici üzrə yox siz bunu lokasiya üzrə və haştaq üzrə də edə ilərsiniz. Və yaxud digər bir kriteriya üzrə. Əslində çox asandır. Sadəcə hər bir iş kimi ziyanı və xeyiri var. Bunun necə baş verdiyini görmək üçün şəkilə diqqət edək:

Stori izle

Müxtəlif proqramlar var ki, bu xidməti göstərirlər. Bəziləri pullu (əksəriyyəti) və bir qismi pulsuz. Mən heç birinin adını çəkməyəcəm.  Lakin belə servislərdən istifadə edərkən çox diqqətli olmaq lazımdı. Çünki asanlıqla profil oğurlana bilər. Çünki siz profilinzə aid məlumatları ötürmüş olursunuz. Bu məsələdə heç bir limit filan yoxdur. Sadəcə bir qayda olaraq kütləvi artırma servisləri və yaxud irəlilədilmə edən servislər bir qayda olaraq hesabın 3 ay əvvəldən açılmış olduğunu tələb edirlər. Kiminsə storisinə baxmağa dair rəsmi olaraq instagramın tətbiq etdiyi heç bir məhdudiyyət yoxdur.  İstəsəniz milyon səhifənin storisinə baxın.

 

 

Storilərin kütləvi izlənməsi

Əvvəlcə kommentlər başladı. Xüsusi servislər vasitəsi ilə müxtəlif postların altına eyni mənasız komentlər qoyulmağa başladı. Məqsəd yeni izləyicilər əldə etmək oldu. Bu tendensiya tək bizdə olmadı. Amma bizdə də oldu. Kimlərsə bununla səhifə aktivliyinin artırılmasını və yaxud yeni müştəri cəlb edəcəyini düşündü. Bu məsələ artıq klassikadır. Eyni ilə kütləvi şəkildə postları bəyənmək və hesabları izləmək kimi. İndi isə triumf edən instagram stories məsələsidir. Onsuz da stori son dönəmlərdə aktuallaşmağa və daha çox diqqət cəlb eləməyə başlamışdır. İndi isə kütləvi olaraq ona baxış kimi bir tendensiyanı müşahidə edirik. Və bu xüsusi proqramlar vasitəsi ilə gedir.

Yazını yazmazdan əvvəl axtarış etdim. Nəticədə isə daha çox rusiya və digər MDB ölkələrinə aid linkləri çıxartdı google. Maraqlı məqam odur ki, bu tendensiya bizim coğrafiyada daha çox yayılır. Bir neçə gün öncə “reddit”-də storilərə kütləvi baxış barədə qarşıma yazı çıxmışdı. Onun da ekran görüntüsün təqdim edirəm.

 

 

Əslində belə də olmalı idi

Spam akkauntlar instagramın hər yerinə baş vurandan sonra storilər qalmışdı. İnstagram üçün isə bu əvvəlki kimi bir oyun olaraq qalır. Bustoriyə baxış məsələsi yalançı hesab və izləyicilər kimi çox inkişaf edəcək. Əslində bundan faydalanmaq olar. Lakin qısamüddətli dövr üçün. Niyə? Çünki instagramın bütün siyasəti, bütün alqoritmlər ona yönəlib ki, istifadəçilər real olsun, kontent cəlbedici olsun, həqiqi olsun. Nəticədə isə pul xərcləməyə və reklam etməyə daha çox istifadəçi meyilli olsun.

Storilərə kütləvi baxış APİ vasitəsi ilə baş verir əslində. Proqramlaşdırmadan uzaq adam olduğum üçün çox dərinə getmədən vikipediyadan “ctrl+c” “ctrl+v” edirəm. Application Programming İnterface. Tətbiqi proqram interfeysi. Bir proqramın digər proqram ilə əlaqədə olmasına kömək edir. Həmin storiyə baxışı avtomatikləşdirən proqramlar da bunu instagramın APİ-si ilə edir. Yəni bu çox asan və sadə bir şeydir əslində. Sadəcə olaraq kütləvi storiyə baxış nə dərəcədə effekt verəcək? Və siz əminsinizmi ki, 1 milyon storiyə bir gün ərzində baxmış hesabı instagram bot kimi qəbul etməyəcək və bloklamayacaqmı?

İnstagram bir qayda olaraq siyasətinə və qaydalarına zidd olanları cəzalandırır. Bəzən qaydalara zidd alət və üsulları instagramın müəyyən etməsi bir vaxt aparır və bu zaman düşünürlər ki, bu çox gözəl bir taktikadır. Amma heç də belə deyil. Çünki çiterlər uzunmüddətli dövr üçün uğurlu olmurlar. Elə bu hallara görə instagramda alqoritmlər daima yenilənir.

3. 326 Views