İn the middle of difficulty  lies Opportunity – Albert Einstein

Koronovirusun  dünyada yayılması – məktəblərin, ictimai yerlərin, iaşə obyektlərinin və sərhədlərin bağlanması nətilənmişdir. İşgüzar konfranslar, idman tədbirləri və konsertlər kimi fiziki tədbirlər ləğv edildi və qlobal və daxili bazarlar alıcılıq gücü düşməyə başladı. Unilever, Spotify və Google kimi digital şirkətlərin getdikcə artması işçiləri evdən işləməyə təşviq etməkdədir.

Fərqli Müştəri

Evdə olan insanların qəfil artması istehlakçıların əvvəlkindən daha çox onlayn vaxt keçirməsilə həyat tərzinin dəyişməsinə səbəb oldu.

Artıq divan örtükləri və süfrələr satan şirkətlər, çox güman ki, problem yaşamayacaqlar və hətta satışlarında da artım ola bilər. Ənənəvi olaraq oflayn olan markalar, bu yeni yaşayış tərzinə uyğunlaşmaq üçün yeni onlayn məhsullar təqdim edəcəklər.

Pandemiyanın ən vacib amili aydındır ki, əhalinin sağlamlığıdır, ancaq xəstələrdən daha çox təsirlənən insanlar var.

Şikətlər virusun təsirini hiss edirlər və bir-birinin ardınca ixtisarlar elan edirlər.

Marketinq şöbələri də bunun təsirini hiss edirlər. Əksər marketoloqlar belə bir qeyri-müəyyən gələcəyin hansı yollarla keçəcəyini düşünürlər.

Bu yazımızda marketoloqların yeni şərtlərə necə uyğunlaşması və pandemiyadan keçərkən nələri yadda saxlamalı olduğundan bəhs edir.

Marketoloqların Cavabı :

 

  • Qısa müddətliuyğunlaşma

Son günlərin sosial şəbəkələrdə və mediada  baş verənlərə əsaslansaq qeyd edə bilərik ki, marketoloqların maksimum 50 %-i  media strategiyasını dəyişdirdiyini göstərdi. Bunların da hələ çox kiçik bir hissəinin  uzunmüddətli planlaması vardır.

Oflayn mediadan onlayna tərəf bir qədər irəliləyiş var, çünki son aylarda marketoloqlar daha çox onlayn yanaşma edəcəklərini açıqlamaqdadırlar.

Bu büdcə dəyişikliyi, post-korona istehlakçısının onlayn həyat tərzi səbəbindən rəqəmsal medianın daha yüksək dərəcədə istifadə edildiyini nəzərə alarsaq heç də təəccüblü deyil.

 

Cevik Kanallara Keçmək:

Büdcələrin kəsilməsini yaxın aylarda görəcək marketoloqlar, istehlakçıların  və şirkətlərin üstünlük verdikləri və daha çox görüntüləmə sayı verə biləcək ads kimi daha ucuz və çevik kanallara keçməklə faydalanacaqlar.

Rəqəmsal display reklamları, sosial media və onlayn video qısamüddətli media planında çox güman ki, artacaq kanallar olacaq.

Metro reklam lövhələri və çöl reklamları kimi evdən kənar reklam insanların əksəriyyətinin evdə qalması səbəbindən daha az diqqət çəkəcəkdir. Event marketinqinin də dərhal dayandırılması yaxın zamanlarda onunla müşahidə olunacaq ki, daha çox şirkətlər onlayn reklamlara keçəcəklər.

Bununla belə heç də hər kəs marketinq büdcsinin azaldılmasını çıxış yolu kimi görmür.

Bir sıra B2B şirkətləri Tədbirlərin həyata keçirilə bilməməsi səbəbindən itirdikləri “lead”ləri onlayn reklamlara yönləndirməyə başlayıblar.

 

  • Uzun müddətli Narahatçılıq

Mövcud narahatçılq ondan ibarətdir ki, heç kəs bilmir pandemiya nə vaxt bitəcək və nə zaman hər kəs adi həyatına qayıda bilər.

Bir çox sahələrdə xərcləmələrin azaldığını görürük. Turizm sektoru, pərakəndə satış və ya Event şrikətləri xərclərə qənaət etmək üçün dəridən qabıqdan çıxırlar. Bununla birlikdə, bir çox onlayn xidmətlər isə ehtimal ki, reklam xərclərini artıracaq – xüsusən də onlayn kanallar üzərindən.

İnternetdə qida çatdırılması xidmətləri,  onlayn xəbər agentlikləri kimi xidmətlər daha yüksək onlayn mövcudluqdan faydalanır. Bu markalar daha böyük bir bazarda daha böyük bir pay almaq üçün xərcləri artırmaq istəyəəcəklər.

 

Pandemiya zamanı nəyi unutmaq olmaz?

 

Gələcəyin qeyri-müəyyənliyi başa düşüləndir. Buna baxmayaraq, bu da keçəcəkdir.

Uzun müddətli plana diqqət etmək və yeni böyümə imkanlarından çəkinməmək vacibdir.

Brendinq uzunmüddətli planlama da daha yaxşı işləyir. Lazım olmayan hallarda büdcəni kəsmək, pandemiya bitdikdə markaya mənfi təsir göstərə bilər. Marketoloqlar unutmamalıdırlar ki, bir böhran ortası – həm də fürsət ola bilər.

“… Yeni nəfəsə hazır olun – nikbinliyizi əks etdirmək üçün kampaniyalara hazırlaşın, tələbatın yenidən artmasını təmin etmək üçün yaranan və genişlənmiş fiziki mövcudluğa hazırlaşın və bərpa etdikdə satış payını əldə etmək üçün təşviqlərinizi və stimullarınızı hazırlayın. Ancaq hər şeydən əvvəl başa düşməliyik ki, havamızı dəyişməklə sadəcə ayaqda qalmaq mükün olmayacaqdır və dəyişilikləri hiss etməyə uyğunlaşaraq inkişafa nail olmaq olar. Bütün bunlar bizim yeni normal halımızdır və bununla yaşamalıyıq”

 

Fürsətlərdən istifadə edin

Bu istehlakılar bir yana, hər kəs üçün yeni bir zamanın başlanğıcıdır.

İnsanların karantin ilə bağlı özlərini evdə qapamasından sonra  iki ay əvvəl ilə müqayisədə yeni bir istehlakçı davranışı yaranmaqdadır. İndi hər ksi narahat edən də budur.

Artıq İstehlakçılar marketoloqların alışa bilmədiyi vaxtlarda onlayndırlar. Onlayn aktivlik və alış veriş adət olunan müddətdən satışların əvvəllər az olduğu günün günorta çağına keçə bilər. Bağlı qapılar arxasına öyrəşmiş itehlakçıların istəkləri dəyişdikcə marketoloqların onları başa düşməsi heç də asan olmayacaq.

Müəyyən sahələrdə marketinq büdcələri azaldıqca media daha ucuz olacaq. Əgər belə bir ehtimal varsa, bunun üzərinə investisiya etmək daha möhkəm mövqelər bəxş edəcəkdir.

 

Digital Fürsətlər

Təsirə məruz qalan bir çox şirkət marketinq büdcələrini azaltdıqca, CPM və CPC qiymətlərində (rəqabətin azalması səbəbindən) 50% -ə qədər azalma görürük. Bu, bəzi marketoloqlar üçün əvvəllər olduğundan daha aşağı qiymətə yeni müştərilər əldə etmək üçün ideal bir fürsətdir.

İstehlakçılar əvvəlkindən daha çox xəbər oxumağa və ya izləməyə  vaxt sərf edirlər. İndi marketoloqlar məşhur veb saytlarda və sosial şəbəkələrdə reklam verməklə daha çox “gözün odunu” əldə etmək imkanına malikdirlər

 

Yeni müştəriyə uyğunlaşmaq

Brendlər üçün onlayn mövcudluq bu gunki qədər aktual olmamışdı.

Gündəlik işinizi həmişəki kimi qiymətləndirməyə çalışın, lakin rəqəmsal olaraq hərəkət edin.

Hədəf auditoriyanızı və onların həyat tərzinin necə dəyişdiyini öyrənin və onları necə hədəfə alacağınızı yenidən planlayın.

Hədəf auditoriyanızın emosional kontenti nədir? Nə eşitmək istəyirlər? Onlarla necə ünsiyyətdə olmalısan?

Koronavirusun müştərilərinizi necə dəyişdirdiyini və onların istəklərinə necə təsir etdiyini “ciddiyə almamaq” böyük problemlər yarada bilər.

Koronavirusun tarixdə iz buraxacağına artıq şübhə yoxdur. Əsas sual –  daha çox şeyin dəyişəcəyi və bütün bunlar bitdikdən sonra bazarın necə görünəcəyi ilə bağlıdır.

Artıq fərqli sahələr və marketinq səyləri üzərindəki təsirləri bir növ görmüşük, vacib olan məsələ bundan sonra marketoloqlar məsələri necə tənzimləyəcəklər ?

Bütün sahələr üçün daha çox rəqəmsal həllər nəzərə alınmalıdır. Vebinarlar, rəqəmsal əyləncələr və virtual həkim ziyarətləri, fiziki təmasın məhdudlaşdırıldığı zaman rast gəlinə biləcək həll nümunələrindndir.

Unutmayın.

Hər aydınlığın bir qaranlığı var, Hər qaranlığın da bir aydınlığı.

Pərviz Azərelli

 

 

396 Views