Sizi niyə oxumalıdırlar?

Məncə kontent yaradılarkən ilk öncə bu sual verilməlidir. Sizi kim və nəyə görə oxumalıdır.

Kontent nədir?

Kontent – saytın, reklamın, məqalənin məzmunu sayılır. Kontent nə qədər qısa olsa o qədər çox informasiya vermiş olacaqsınız.

İlk öncə marağı yaratmaqdır.

Hər bir işdə olduğu kimi burda sadəlik vacibdir. Heç kəs sizin uzun uzadı mətnlərinizi oxumayacaq. Və inanın heç kəsə sizin nə qədər çox termin bilməyiniz marağlı deyil.

İlk öncə isə başlıq vacibdir. Sizin dolğun məlumat verib, səhv başlıq seçsəniz bu uğur gətirməyəcək. Başlıq uğurun yarısıdır.

Məzmun sizə nə verəcək?

İlk öncə düzgün yazılmış məzmun size insanların maraq dairəsinə salacaq. Maraq dairəsində düşməklə sizing daimi oxucularınız, artıq sizin müştərilərinizə çeviriləcək.

Uzun sözün qısası kontent qısa, lakonik, başa düşülən və marağlı olmalıdır.

Köhnə qaydaları isə unudun getsin!

İnovasiyalar yəni Jugaad hər birimizə lazımdır!

 

p.s. Daha çoxunu oxumaq üçün izləmədə qalın.

 

 

1.907 Views