
Rəqəmsal marketinqlə marketinqin fərqi nədir, bu sahədə ən son trendlər və böyük şirkətlər öz rəqəmsal marketinq büdccələrini necə yerbəyer edirlər ? Məqəsdimiz sizinlə bu barədə bölüşməkdir.
Rəqəmsal Marketinq.
Rəqəmsal marketinq məhsul və ya xidmətin promo edilməsi və rəqəmsal marka yaradılması üçün bütün mövcud rəqəmsal kanalları əhatə edən bir sıra marketinq prosesləri terminidir.
Rəqəmsal marketinq ənənəvi marketinqi üstələməyə nail oldu və kağız və qəzet reklamından Facebook və PPC kampaniyalarına doğru bir keçid dövrü yaşandı.
Rəqəmsal marketinqi formalaşdıran kanallara : Veb saytlar, Sosial Media platformaları, Banner yerləşdirilməsi, email marketinq, mobil maketinq, SEO, klikə görə ödəniş, Veb Tv, SMS, bilbordlar və rəqəmsal istiqamətli hər bir şey daxildir.
İnternet Marketinq
İnternet marketinq rəqəmsal marketinqin bir alt hissəsidir. Bu bir faktdır ki, rəqəmsal marketiniqin fəaliyyətinin əsas hissələri internet marketinqin sərhədləri ilə üst-üstə düşür.
Aşağıda rəqəmsal marketinq büdcələrinin necə sərf edildiyini və İnternet marketinq ilə əlaqələrinin nə formada olduğunu görəcəyik.
İnternet Marketinqin əsas kanalları aşağıdakılardır:
Veb sayt – (WordPress və ya Tumblr kimi) ümumi veb saytlar və ya korporativ veb sayt , həmçinin şəxsi bloq olsun.
Bir çox kampaniyaların keçirilməsi üçün veb-sayt hədəf və başlanğıc nöqtəsidir. Məsələn, daha çox ziyarətçi əldə etmək üçün siz rəqəmsal marketinq kampaniyası apararaq promo edirsiz.
Axtarış marketinqi (SEM) – Axtarış Marketinqi İnternet Marketinqinin bazasıdır və iki vacib fəaliyyətdən ibarətdir: SEO və PSA. Bu terminlərlə adətən qarışdırılır və ona görə də aydınlıq gətirmək üçün iki fərqli post hazırlayıram: Nöbvəti postlarda bu barədə ətraflı bölüşəcəyəm. SEM və SEO –nun fərqi nədir?
SEO axtarış mühərriklərində (Google, yandex və s) yüksək reytinq əldə etmək üçün olan optimizasiya texnikasıdır. Onun iki əsas hissəsi var: On Page Seo və Off Page Seo
Ödənişli Axtarış Reklamı (PSA) axtarış mühərriklərində reklam yerləşdirilməsi ilə ziyarətçilərin əldə edilməsinə yönəlmişdir. Ən tanınmış metodlardan biri Klikə Görə Ödəniş (PPC) və populyar alətlərdən biri isə Google Ads –dir ki sizə Google və partnyor şəbəkələri üzərindən reklam etməyə imkan verir.
Axtarış Marketinqi elə axtarış mühərrikləri ilə bağlı məsələləri əhatə edir.
Soaial Media Marketinq
Sosial Media Marketinqi İnternet marketinqin bir başqa komponentidir və son bir neçə ildə daha çox diqqət ayrılan sahələrdəndir.
Milyonlarla insan özlərinin onlayn vaxtının xeyli hissəsini Facebook, Twitter, Google+, Instagram, Pinterest, YouTube, LinkedIn və s kimi sosial media platformalarına sərf edirlər. Bu fakt rəqəmsal marketolaqlara bir siqnal oldu və onlar Sosial mediaya daha ciddi yanaşaraq onu rəqəmsal marketinq kampaniyalarının bir hissəsinə çevirdilər.
Kontemt Marketinq
Əvəllər biz SEO haqqında danışanda linklərin qurulması nəzərdə tutulurdu və sonradan bu trend dəyişildi və 2011-ci ildən bu tərəfə kontent marketinq – yeni SEO oldu.
Sadə dildə desək, yaxşı kontent yenidən SEO nun bazasına çevrildi və bu o deməkdir ki, ucuz link qurma əvəzinə kontent vasitəsilə internetdə mövcudluğunuzu daha yaxşı səviyyəyə qaldıra biləcəksiniz.
Email Marketinq
Email sahəsi heç də məhv olmayıb, əksinə rəqəmsal marketinqin hər bir kampaniyasının ən vacib alətlərindəndir. Sosial medianın təsirinə baxmayaraq email hələ də oxucu və ziyarətçilərin müştəriyə dönüşdürülməsi yolunda ən effektiv vasitələrdəndir.
Marketinq baxımından email marketinq sizin məhsullarınızda maraqlı olan şəxslərin emaillərini əldə etməklə onlara yeniliklər və təkliflər göndərmək prosesidir.
Mobil Marketinq
Artıq daha çox insan mobil telefonlardan veb-də axtarış, sosial mediyaya qoşulma və ya məhsulların alınması üçün istifadə edirlər.
Faktiki olaraq vebsaytlara trafikin 60 %-i mobil telefonlardan gəlir. ( Bu bizim veb saytımızda belədir, istəsəniz özünüz google analitikadan istifadə edərək siz də necə olduğuna baxa bilərsiz. )
Mobil Marketinq mobil cihazlardan rahat görünə bilməsi üçün yaradılan kontent və ya reklamdır. Məsələn, vebsaytlar “mobile friendly” olmalıdırlar və mobil telefonda görsənən reklam elə olmalıdır ki, həmin telefonun hansı ərazidə olmasını nəzərə almaqla ona ən yaxın dükan və onun məhsulları barədə məlumat ötürə bilsin.
Banner reklamı
Bannerləri demək ola ki, Veb-ə aid hər yerdə – Vebsaytlarda, mobil vebsaytlarda, mobil aplikasiyalarda, axtarış mühərriklərində, büllütenlərdə, Facebook, Twitter, Youtub-da tapa bilərsiz.
Rəqəmsal marketoloqlar müxtəlif bannerlər üzərindən( statik, mətn, animasiya, şəkil, video, ağıllı bannerlər) xidmət və məhusllarını fərqli flatformalarda reklam etməyə çalışırlar.
Ən son trend nədir? Pullar hara xərclənir?
Rəqəmsal marketinqdə ən son trendin nə olduğunu başa düşmək üçün böyük şirkətlərin marketinq büdcələrini nəyə xərclədiyinə baxmaq lazımdır.
Dünyanın aparıcı araşdırma qurumlarından biri olan Gartner-in hesabatlarında aydın şəkildə görmək olar – 2017-2018 CMO Spend Survey Highlights Demand for Results. https://www.gartner.com/smarterwithgartner/2017-2018-cmo-spend-survey-highlights-demand-for-results/
Hesbatda çox maraqlı faktlar vardır və şübhəsiz görmək olur ki, rəqəmsal marketinq xırcləri büdcəssinin böyük hissəsi internet marketinqə xarclənmişdir.
Ümumilikdə əsas vacib xərclər aşağıdakılardır:
- Marketinq xərclərinin şirkət gəlirlərində payı 11,3 %-dir və bu rəqəmin artması gözlənilir.
- Rəqəmsal marketinq ümumi marketinq xərclərinin 14% -ni təşkil edir.
- Rəqəmsal marketinq fəaliyyətinin 50% – outsource olunur (Əgər outsource etmək qərarına gəlmisinizsə əmin olun ki, bütün pulunuzu bura xərcləməyəcəksiz)
- Əb vacib rəqəmsal marketinq fəaliyyətləri – Veb saytın olması, rəqəmsal ticarət və rəqəmsal reklamdır.
- Gələcəkdə əsas rəqəmsal marketinq investisiyaları electron ticarətə, sosial media marketinqinə, kontentin yaradılmasına və mobil marketinq sahələrinə ediləckdir.
Yekunda
Bir sözlə onu demək olar ki, İnternet Marketinq Rəqəmsal marketinqin alt hissəsindən başqa bir şey deyildir. Hazırda biz rəqəmsal marketinq barədə nə isə danışarkən İnternet marketinq + SMS, Veb Tv və rəqəmsal reklamı nəzərdə tuturuq.
Bu da aydındır ki, şirkətlər artıq sosial medianın marketinq aləti kimi vacibliyini nəzərə almağa başlayıblar və eləcə də kontent və mobil marketinqə də doğru bir dönüş vardır.
Leave a Reply