Instagram alt text haqqında eşitmisinizmi? Sizin üçün hansı fayda verə biləcəyini araşdırmısınızmı?

Instagram paylaşılan şəkillərdə görmə əngəlli insanlar üçün əlavə etdiyi “alt text” mahiyyət etibarı ilə platformadan istifadə çətinliyi yaşayan insanlar üçün nəzərdə tutulub. Amma onun həm də Sizin instaqramdakı performanısınızı artıra biləcəyinizi gəlin araşdıraq.

Bildiyiniz kimi alt mətnlər daha çox veb səhifələrdə təsvirləri müəyyən etmək üçün istifadə olunur. Lakin sosial platformalar genişləndikcə, bu şəbəkələrdə də alt mətnlərdən istifadə olunmağa başlanıldı.

Alt textin verdiyi faydaları aşağıdakı kimi qruplaşdıraq:

 

1. Görmə əngəlli insanların da sosial platformadan istifadə imkanlarını artırmaq.

İnstagram “feed”-də və “kəşf et” hissəsində  olan şəkillərə əlavə olunan alternativ text “screen reading” software vasitəsilə təsvir olunur və əngəlli insanlar bunun vasitəsilə paylaşımı anlaya bilirlər.

2. SEO imkanlarından faydalanmanız üçün

Şəkillərə əlavə etdiyiniz alt text Sizin instagramdakı performansınızın artmasında birbaşa rol oynayır. Axtarışda daha öncə çıxıb, şəklinizin daha çox insana çata bilməsində pay sahibi olur. Bildiyimiz kimi instagram axtarış sistemi sizin məhsulunuzu axtarışda rahatlıqla önə çıxarmır. Əgər bu funksiyadan davamlı və doğru şəkildə istifadə etdiyiniz halda performansınızı da artırma imkanınız olacaq.

Qeyd edək ki, Alternativ texti Siz əlavə etmədiyiniz halda o birbaşa olaraq sizin şəklinizə əlavə olunur.

Gəlin baxaq ki, alt texti necə əlavə edə bilərsiniz?

  1. Şəkil paylaşdığınız zaman son hissəyə çatdıqda təqdim olunan funksiyaların ən aşağısında “advanced settings” görə bilirsiniz. Oraya daxil olursunuz.alt text
  2. Daha sonra açılan yeni pəncərədə “alt text” seçirsiniz.
  3. Və buraya öz textinizi yaza bilərsiniz. Text qısa, 1 cümləylə ifadə edərək, əsas açar sözlərlə məzmununuzu əks etdirə bilərsiniz. Sadə, anlaşıqlı, açar sözlərinizin olduğu 1 cümlə. Bu cümlə paylaşdığınız text-dəki cümlə olmaması lazımdır. Çünki əgər onu yazacaqdınızsa, yazmasanız belə o avtomatik əlavə olunacaqdı 🙂
  4. Artıq paylaşdığınız şəkillərdə də alternativ text-lər əlavə edə bilərsiniz. Bunun üçün isə şəkilə daxil olub, yuxarı sağ tərəfdən şəkili edit edərək, alt text əlavə edə bilərsiniz. Aşağıdakı şəkildə gördüyünüz kimi, şəkilin sağ aşağı hissəsində “edit alt text” olduğunu görürsünüz. Oradan öz alternativ textinizi əlavə edə bilirsiniz.

Elə bugündən Alternativ textləri əlavə etməyə başlayın. Və tövsiyə edirik ki, əvvəlki şəkillərinizə də bu textləri əlavə edəsiniz 🙂

1.022 Views