Instagramda trafiki necə artırmalı – 5  ekspert məsləhəti

 

Instagram yarandığı ilk vaxtlardan etibarən hər gün minlərlə izləyicinin daxil olduğu hətta statistakaya əsasən istifadəçi inkişafında qeydə alınan geriləməyə rəğmən hələ də Amerikada Facebookdan sonra ən çox istifadə olunan sosial media platforması olmuşdur. İzləyicilərdən əlavə bizneslərin inkişafında da son illər Instagram böyük rol oynayır və linklər vasitəsilə qısa zamanda vebsaytınıza ödənişsiz instagram trafiki qazandırır. Bunu daha əlverişli etməyin isə 5 əsas üsulunu bu postda sizə təqdim edirik:

 

  1. Bio linklərin önəmi

Instagramda biznes səhifənizin bio hissəsində saytınıza aid link yerləşdirmək vebsaytınıza trafik qazandırmaqda mühüm rol oynayır. Belə ki, siz hər hansı yeni layihə və ya yeni xəbər paylaşılan linki səhifənizin bio hissəsində daha çox insana çatdıra bilərsiniz. Lakin təkcə link yerləşdirməklə bərabər doğru açar sözlər və linkə uyğun düzgün və diqqət cəlb edən başlıq yazın. Linkə daxil olma aktivliyini artırmaq üçün hər dəfə bio linkinizə yeni məlumatlar əlavə edin.

influencer

  1. Hekayə bölməsinə linklər əlavə edin

Instagram hekayə bölümünə linklər əlavə etməniz saytınıza daxil olma artımına səbəb olacaqdır. Hər hansı bloq mətni və ya saytınızın linkini birbaşa “story” bölməsinə yerləşdirməklə postun mətnini daha geniş şəkildə oxuya bilmələri üçün “yuxarı çəkin” işarəsini əlavə edə bilərsiniz.

 

  1. Hekayə “önə çıxanlar

Instagramda paylaşdığınız hekayələrinizi “önə çıxanlar” bölməsində müəyyən mövzulara uyğun olaraq bölə bilərsiniz. Lakin hər hekayəni deyil səhifənizin məqsədinə daha uyumlu olan paylaşımlarınızı mövafiq başlıqlar altında yerləşdirməyiniz səhifənizin estetikliyini artırmağa şərait yaradır və səhifənizi sonradan izləyənlər üçün brendinizlə bağlı fikir oyadır.

 

instagram

  1. Bildirimlərin açıq tutulması

Postlarınızın daha çox kütləyə çatmasını təmin edən amillərdən biri də izləyicilərinizin Instagram bildirimlərini açıq tutmasıdır. Bu bildirimlər ayrılıqda hər bir kateqoriyadan olan paylaşımlarınıza-hekayə, IGTV və postlara aiddir. Bu funksiya səhifənizi izləməyə başlayan yeni izləyicilərə bildirilməlidiri ki, aktiv edilsin və artıq siz hər paylaşım etdikdə ana səhifədə axtarmasalar belə bildirim vasitəsilə insanları sizin səhifəyə yönləndirməkdə daha çox kömək olur.

 

  1. Instagram influencerləri ilə əmakdaşlıq

Əgər səhifənizdə istər izləyiciləriniz azdırsa və ya postlarınız daha az insan tərəfindən görülürsə bu zaman daha böyük kütləsi olan səhifələrlə əməkdaşlıq yaradaraq brendinizi geniş auditoriyaya tanıdırsınız. Lakin hər əməkdaşlıq sizə istədiyiniz nəticəni verməyə bilər. Buna görə də partner seçimi zamanı həmin şəxsin və ya markanın sizin brendinizə uyğun olub olmadığını yoxlamalısınız. Həmçinin hansı kateqoriyadan insanların onları izlədiklərini nəzərə alaraq daha doğru və spesifik kütləyə xitab edə bilərsiniz.

1. 313 Views