
Ən tələb olunan rəqəmsal marketinq vakansiyaları və karyerası o adamlara fayda verəcəkdir ki, onlar yaxından və uzaqdan rəqəmsal marketinqlə maraqlanırlar və bu işdə özlərini görmək istəyirlər. Burada bilik əsas məsələdir. Belə bir köhnə deyim də var: “Zaman sənə saz olmasa, sən zamana saz ol”. Bu o anlama gəlir ki, indiki və gələcək dövrün trendlərindən istifadə etməklə və texnologiyalardan daha effektiv yollarla yararlanmaqla uğurlu nəticələr əldə etmək olar.
Rəqəmsal marketinqi idarə edənlər gələcəkdə kimlər olacaqlar?
- Rəqəmsal marketinq həm incəsənət və həm də elm sahəsinə nüfuz etməkdə davam edəcəkdir. Dünyada marketinq – istehlakçıların öz vaxtlarını necə, nə vaxt və harada keçirmələrinə dair daha çox data (məlumat) toplamasına sərf edəcəkdir. İstehlakçıların vərdişlərini anlamağın tək yolu müştərilərin istəklərinə cavab verən mesajlaşmanın formalaşdırılmasıdır. Bu hər vəchdə müştərilərin emosional hisslərinə toxunmaq siyasəti ilə davam edəcəkdir.
- Gələcəyin rəqəmsal marketinqi – maketinqin bir eko sistem olduğunun başa düşülməsini tələb edir. Dönüşüm (Konversiya) üçün eyni yanaşma sərgiləyən iki oxşar müştəri heç zaman olmayacaqdır. Müştərinin alış etmə qərarını verməsi üçün bir neçə yollar vardır. Müştərilər qərar verərkən irəli və geri çəkilməklə arada boş addımlar buraxırlar ki, marketoloqlar bu boşluqlara fikir verməlidirlər.
Beləliklə, bugünki gün artıq ənənəvi satış formatı deyə bir düşüncə aradan qalxmışdır. Rəqəmsal marketinq mütəxəssisləri hər bir addımda bilməlidirlər ki, müştərilər hər an harda və nə işlə məşqul olurlar ? offline və ya online-dırlarmı və s ?
Gələcəyin 5 rəqəmsal marketinq vakansiyalarına baxaq:
- IoT Marketinqçi:Bu vəzifə mühəndislik və telekomunikasiya sahəsində təhsilin və ya biliklərin olmasını tələb edir. Mütəxəssislər ehtimal edir ki, 2020-ci ildə dünyada internetə qoşulan cihazların sayı 8.5 milyarda çatacaqdır. Ona görə də rəqəmsal marketinq və IoT marketinq mütəxəssisləri kontentin hazırlanması, kreativ dizayn, aplikasiya yaratmaq, veb analitika və vebin digər bütün mümkün bölmələrinə dair və internet təhlükəsizliyi sahələrində birgə çalşmaqla mühüm məsələlərin həllində rol oynayacaqdır. IoT nədir ? (İnternet of Things). Bu sözü əşyaların interneti kimi də tərcümə etmək olar. Smartfon və komptürerlərdən başqa internetə qoşulan cihazlara şamil edilir. Avtomobil, mətbəx avadanlıqları, tibbi avadanlıqlar və s. misal göstərmək olar.
- E-Ticarət Marketinq və Menecmenti – Bu sahə informasiya, texnologiya, biznes və marketinq sahələrinin çətiri altında formalaşmaqdadır. Bu tip vakansiya data-nın toplanması və analiz edilməsi bacarığı olan hər bir kəsə uyğun gələ biləcəkdir.
- Bot Hazırlayanlar: Botlar virtual köməkçilərdir və istehlakçılarla əlaqələrin ən azı 20 %-də istifadə olunmaqdadır. Bu say nisbəti isə günü-gündən artmaqdadır. Bu sahədə çalışmaq istəyənlər kompüter mühəndisliyi, proqramlaşdırma, linqvistika və mühəndislik sahəsində yüksək səviyyədə biliklər əldə etməlidirlər.
- CXO (Chief Experience Officer) – Bu vakansiya növü inkişafda olan yeni bir sahədir. Bir növ şirkətin rəqəmsal yolla əldə etdiyi müştərilərlə pozitiv əlaqələrin qurulmasını həyata keçirən rəhbər şəxsdir. Gələcəkdə bu sahə klassik müştəri əlaqələri vəzifəsini əvəz edəcəkdir. 2020-ci ildə orta hesabla rəqəmsal ofislərin 40 %-i CXO vəzifəsinə ehtiyac duyacaqdır. Bu sahədə çalışmaq istəyənlər kreativ menecment və kompüter sahəsində güclü biliklərə malik olmalıdırlar.
- Virtual reallıq dizayneri: Bu yeni texnologiyalara, virtual reallıqlara önəm verən şəxslər üçün əla bir sahəyə çevriləcəkdir. Artıq dizayner dedidkə qrafik işləri görən birisi nəzərdə tutulmayacaq. Bu sahədə çalışmaq istəyənlər kompüter animasiyası, sosial psixologiya, qrafik dizayn və maraqlı vloq aparmaq yetənəkləri olan biriləri olacaqlar. Bir sözlə Universal dizaynerlər.
Dəyişən biznes Modellər
Biznes modellər daima zaman keçdikcə dəyişəcəkdir. Xüsusilə rəqəmsal marketinq sahəsində çalışan hər bir kəs trendləri yaxından izləməlidir. Yeni yaradılacaq işlərdən biri isə şirkətləri kiber hücumlardan qorunmasına yönəlik veb aplikasiyalar və digər qoruyucu proqramların hazırlanması istiqamətində işlər aparanlar olacaqlar. Fikir versəniz bir neçə il öncə sadəcə təcrübə məqsədilə barəsində danışılan və ümumiyyətlə tələb olmayan sahələr qısa zamanda vaz keçilməz sahələrə və ona uyğun vakansiyalara çevrilmişlər. İndiki zamanda karyera ilə bağlı çox sürətli dəyişikliklərin baş verməsi asanlıqla mümkündür. Ona görə də şirkətlər də düşünməlidirlər ki, yeni nəsil marketoloqları seçərkən və axtararkən hansı kriteriyaları əsas tutmalıdırlar.
Qabaqcıl texmologiyaların və qloballaşmanın vüsət alması dəyişikliklərin sürətini artırmışdır. Geo-targetinq bir çox marketoloqlar üçün sadəcə bir başlanğıcdır. Sabahın rəqəmsal marketinqinə olan tələblər daha çox statistikaya yönəlik, müştərilərin istəklərinə uyğun məhsulların onlara istiqamətləndirməsini bacaran və müştərilərinə necə daha yaxşı xidmət göstərə biləcəyini bilən marketoloqlar olacaqlar. Marketoloqlar rəqəmsal marketinqlə bağlı biliklərini günü-gündən artırmalı və öz CV-lərinə daim yeni bu kimi sahələrin əlavə olunmasına nail olmalıdırlar. Gələcək heç kimi gözləmir….
Leave a Reply