Günmüzdə şirkətlər və fərdi insalar veb saytları müxtəlif məqsədlər üçün hazırladırlar. Ticarət məqsədlərindən – informasiya agentliklərinə qədər cürəbə cürə veb saytlar mövcuddur. Amma yəqin indinin özündə də çox adam fikir vermir ki, veb saytların əsas məqsədi nədən ibarətdir?

Veb saytınızın Google-da çıxması səbəbi

Biz istəyiri ki, istifadəçilər daha çox veb saytımıza daxil olsun və bizim məhsul və xidmətlərimiz barədə daha çox məlumatlı olsunlar. Bunun üçün müxtəlif vasitələrdən istifadə edirik – reklam, SMM və s. Lakin nəzərə almalıyıq ki, bu metodların içərisində ən yaxşısı axtarış üzərindən gələnlərin veb sayta cəlb edilməsidir

Statistikalar göstərir ki, ən etibarlı yol birbaşa sayta yönləndirmədir. Bunun üçün veb sayt və işləriniz barədə məlumatlar Google və digər axtarış mühərrikləri üzərindən axtarılarkən daha rahat şəkildə sərgilənən olmalıdır. Axtarış zamanı əl çatan olmanız üçün Google-un bir sıra filtrlərindən keçməlisiniz. Google çoxsaylı alqoritmləri vasitəsilə şirkətlərin sıralamasını formalaşdırır. Bu sıralama saytın sürətini, yüklənmə saniyəsini və kontentinin dərəcəsini və  s. Kimi elementlərin analizini müxtəlif alqoritmlərlə həyata keçirməsindən sonra baş verir. Bu halda orqabik olaraq Google səhifələrində sıralamanı həyata keçirir. Sıralamada üst yerlərdə olmaq üçün iki yol var

  • Reklam – Google ads

  • SEO – saytı optimizasiya etməklə

Reklam etməklə daim Google birinci səhifəsini zəbt etmək mümkün deyil. Çünki reklama istiqamətləndirilən vəsait bir gün bitəcəkdir və bitdiyi andan da Google 1-ci səhifəsi ilə vidalaşmalı olacaqsız.

Burada ən yaxşı nəticə verən SEO (Search Engine Optimzation) dır. Optimallaşdırma vasitısilə veb saytınızı daha yaxşı nəticəl əldə etməsinə nail ola bilərsiniz.

Optimallaşma üçün əvvəlcə veb saytınızı hansı formada olduğuna baxmalısınız. Aşağıda göstərilən bir sıra pulsuz veb sayt yoxlama platformalarından istifadə etməklə yoxlaya bilərsiniz.

  1. SEOptime

  2. PageSpeed İnsights

  3. Test Mobile Speed

Misal üçün biz öz veb saytımız üzərində aparılmış testi sizinlə paylaşaraq məsələyə aydınlıq gətirə bilərik.

Audit düyməsini sıxdıqdan sonra veb sayt analizi aparılacaqdır və veb saytın durumu barədə ətraflı məlumat veriləcəkdir.

 

Analiz edildikdən sonra  A-B-C-D kateqoriyalarına bölünməklə saytın SEO-sunun hansı vəziyyətfə olması barədə məlumat verilir. Veb saytın vəziyyət qiymətləndirildikdən sonra qırmızı rənglə işarələnmiş lövhə görsənir ki, veb saytın üzərində hansı işlərin aparılmasının vacibliyinə dair məsələlər gödtərilir.

 

Dijital bazar sürətli veb saytları arzu edir

Orqanik olaraq Google ilk səhifəsində yer tutmaq üçün veb saytları hazırlayarkən fikir verilməli əsas səbəblərdən biri də saytın yüklənməsi sürətidir. Veb sayt nə qədər sürətli yüklənərsə Google ona daha çox şans verir. Belə ki, istifadəçilər səhifə açılmazsa onu 3 saniyədən artıq gözlənməyə meyilli deyillər ona görə də Google 3 saniyədən gec açılan veb saytlara ön sıralarda yer ayırmır.

Bunu yoxlamaq üçün Crome brauzerinə daxil oldqudan sonra sağ düyməni sıxırsız və açılan hissədə şəkildə göstərilən hissəyə daxil oluruz.

Daxil olduqdan sonra Network xanası üzərinə gəlirsiz və saytın domenini yenidən “Enter” edərək sürətini yoxlayırsız.

Qırmızı sətrlə gedən hissədə (Load 2.33s) rast gələcəksiniz. Bu o deməkdir ki, saytın yüklnməsi 2.33 saniyə çəkir. Hər bir veb saytı olan saytın sürətini bu formada yoxlaya bilər.

 

Yekunda:

Son olaraq onu qeyd etmək istəyirəm ki, veb saytlar hazırladarkən kot təbii qaydada deyil, dada ciddi yanaşmalısınız. Əgər veb sayt yığdıqdan sonra müştəri əldə etməkdə və trafikdə çətinliklər varsa deməli SEO-nuzda problemlər var. Bü gün veb sayt hazırlayan bir çox agentliklərin veb saytları belə SEO standartlara cavab vermir. Ona görə də veb saytlarınızın hazırlanmasında SEO və sürət məsələlərini diqqətə alın və veb hazırlayanlardan bunu da tələb edin. Müasir zamanda veb sayt sadəcə informasiya daşıyıcı olmaqdan kənara çıxmışdır. Veb saytlar artıq satış  etmək , xidmət göstərmək və s kimi müxtəlif funksiyalarla təchiz edilmişdir. Veb saytlara internet məkanının silahlarıdırlar. Onlarla daha diqqətli olun.

 

2.982 Views