Facebook-da qoyduğunuz reklamın performansını qiymətləndirən əsas göstərici relevance score idi. Bu göstərici 1-10 bal aralığında reklamlarınızı qiymətləndirərək, ümumi performansı dəyərləndirirdi. Bəzən Ən uğurlu saydığınız reklamın göstəricisi 2-3 balla qiymətləndirilirdi. Facebook bütün bunları nəzərə alaraq, reklamınızın performansını daha real göstəricilərlə qiymətləndirən 3 yeni göstərici əlavə etməklə, relevance score-ni sistemdən çıxarmış oldu.
Və digər bir tərəfdən də, əvvəl mövcud olan relevance score bizə reklamda hansı dəyişiklikləri edərək performansımızı yaxşılaşdıra bilərik istiqamətində istiqamət vermirdi.
Yenilənmədən sonra artıq Siz 3 istiqamətdə performans dəyərləndirməsini apara biləcəksiniz.
- Quality ranking
- Engagement rate ranking
- Conversion rate ranking
3 istiqamət üzrə dəyərləndirmə bizə imkan verir ki, hansı istiqamətlərdə boşluqlar olduğunu təyin edə bilək və o istiqamətdə olan boşluğu aradan qaldıra bilək.
- Qeyd edək ki, bu sütunlar “campaign” və “ad sets”-də görülmür. Istədiyiniz Campaign seçib, içərisindən ad seti seçərək bu 3 diaqnostika alətinə baxa bilərsiniz.
Əvvəl bu sütunları necə əlavə edə biləcəyimizə baxaq:
- Ümumi reklamlarınızı izlədiyiniz panelin sağında + işarəsinə daxil olursunuz.
2. Buradan “add other columns” seçirsiniz.
3. Açılan pəncərədən gördüyünüz 3 göstəricini əlavə edərək, apply edərək, təstiqləyirsiniz.
Gəlin indi baxaq ki bu 3 göstərici özündə nələri birləşdirir.
-
Quality ranking
Bu göstərici qoyduğunuz reklama gələn geribildirimlər və post click əsasında müəyyən olunur. Reklamın keyfiyyətli, şəkil və ya videoların baxımlılığını, qoyduğunu headline, text və CTA göstəricilərinizin təsirini qiymətləndirir.
-
Engagement rate ranking
Bu göstərici sizin gözlənilən engagemet nəticələriniz əsasında müəyyən olunur. Reklamınız eyni auditoriya üzrə çoxlu sayda reklamlarla rəqabətdədir. Və Sizin bu rəqabətdəki göstəricilərinizi müqayisə edərək qiymətləndirməni həyata keçirir.
-
Conversion rate ranking
Bu göstərici Sizin çatmaq istədiyiniz “conversion” nəticəsi üzrə qiymətləndirməni göstərir. Siz kampaniyanızı müəyyənləşdirərkən, təxmin olunan conversion nəticələrinə baxa bilərsiniz. Bu göstərici də məhz gözlənilən conversion nəticələri üzərindən, eyni auditoriya üzrə insanlardan hansı actionu etməsini istədiyinizə əsasən Sizin digər rəqiblərinizlə müqayisədə reklamınızın conversion effektivlik dərəcəsini müəyyən edir.
NƏTİCƏLƏRƏ UYĞUN HANSI ADDIMLARI ATMAMIZ LAZIMDIR?!
Qeyd etdiyimiz 3 qiymətləndirmə alətində 3 cür dəyərləndirmə aparılır.
- Avarage
- Above avarage
- Below average
Burada isə əsas diqqətimizi “Below average” olan hissəyə yönəldərək, reklamdakı bu boşluğu aradan qaldırmalıyıq.
Aşağıdakı cədvəldən bu hallarda hansı addımları ata biləcəyinizə detallı şəkildə baxa bilərsiniz.
Ən son yenilikləri izləyərək, daha yaxşı nəticələr əldə etməyinizi diləyərək, uğurlar arzu edirik! 🙂
Leave a Reply