Facebook reklam modelləri, hər ölçülü biznes və sahibkarlar üçün daha çox potensial müştəri və satış yaratmağa davam edir.

Bəs niyə Facebook reklamlarından istifadə edənlərin sayı artır?

Çünki dünyanın ən çox istifadə edilən sosial media platformalarından biri olan Facebook bizi dostlarımız və ailəmizlə bağlayır, eyni zamanda markalara məhsul və xidmətlərini tanıtmaq və satmaq imkanı verir. Necə? Bunu daha yaxşı başa düşmək üçün əvvəlcə Facebookun missiyasına baxaq.

Facebook -un missiyası nədir?

2004 -cü ildə qurulan Facebookun missiyası, insanlara cəmiyyət qurmaq və dünyanı bir araya gətirmək üçün güc  verməkdir. İnsanlar Facebookdan dostları və ailəsi ilə əlaqə saxlamaq, dünyada baş verənləri kəşf etmək və özlərinə vacib olanları paylaşmaq və ifadə etmək üçün istifadə edirlər.

Başqa sözlə, mənsub olduğumuzu hiss etdiyimiz cəmiyyətdə olmaq üçün Facebookdan istifadə edirik, çünki bu cəmiyyət ailəmiz, dostlarımız ola bilər. Eyni zamanda insanların çox fərqli nöqtələrdə bir araya gəldikləri cəmiyyətlər də var, məsələn, ana olmaq, eyni məktəbdə oxumaq və s.  Bu icmaların maraqlarını təmin edən markalar, məhsul və xidmətlərini doğru marketinq strategiyası ilə bu cəmiyyətlərə tanıtdıra bilərlər. Həmçinin axtarış motoru reklamında rəqabətin çox sıx olduğu sektorlarda yüksək klik başına xərcləri ilə problem yaşayan markalar, hədəf reklam auditoriyasını dəqiq aşkar edərək Facebook reklamları ilə daha sərfəli xərclərlə dönüşüm əldə edə bilərlər.

Və ən vacib detal, Instagram və Facebook istisna olmaqla başqa bir sosial platformada markalar üçün bir mağaza yaratmaq üçün bir seçimin olmamasıdır.

Bir sözlə, daha çox satış, potensial müştərilər, marka məlumatlılığı, veb sayt trafiki və daha çox marketinq məqsədlərinə çatmağın yolu Facebook və İnstagramda mükəmməl reklamlar yaratmaqdır.

Mükəmməl Facebook reklamlarını necə yaratmaq olar?

Facebook reklam növləri nələrdir?

Dünyada 1,6 milyon insan Facebook-da kiçik bizneslə məşğuldur. Məhz bu səbəbdən, doğru reklam məqsədləri ilə doğru reklamları doğru hədəf auditoriyasına yayımladığınızda, reklamlardan istədiyiniz nəticəni mütləq əldə edəcəksiniz. Facebookda reklam etmək üçün aşağıdakı reklam modellərindən birini seçə bilərsiniz:

  • Facebook vizual reklamları
  • Facebook video reklamları
  • Facebook hekayə reklamları
  • Facebook messencer reklamları
  • Facebook karusel reklamları

Foto reklamlar Facebook -da reklam verməyin ən asan və ən təsirli yoludur. Bu reklamlar sizə göz oxşayan şəkillər və cəlbedici mətnlə istifadə edə biləcəyiniz üçün aydın və sadə bir format verir.

Bir Facebook araşdırmasına əsasən, yalnız fotoşəkil reklamları, bənzərsiz trafik əldə etmək üçün digər reklam formatlarını üstələdi.

Facebookda sürətli görünən bir reklam yaratmaq istəyirsinizsə, paylaşdığınız məzmunu irəli çəkmək yolu ilə reklam edə bilərsiniz. Və ya diqqət cəzbedən bir görüntü və hərəkətə keçirən mətnlərlə bir neçə dəqiqə ərzində yeni vizual reklamlar yarada bilərsiniz.

Effektiv foto reklamlar üçün nəzərə alınmalı məqamlar

Məhsulunuzu istifadə edən insanlara göstərin:  Reklamınıza yalnız məhsulu yerləşdirmək əvəzinə məhsulunuzdan faydalanan insanların şəkillərini əlavə edin. Çünki insanlar Facebook reklamlarına  xəbər mənbələrində gəzərkən, ailə üzvlərinin və dostlarının yazılarına baxarkən rast gəlirlər. Bir insan sosial mühitindən bir şey taparsa, reklamın diqqətini çəkmə ehtimalı daha yüksək olacaq.

Bir fokus nöqtəniz olsun: Reklamımızın diqqətə çatdırılması üçün bir saniyə vaxtımız var. Buna görə reklamınız qəliz olmamalıdır. Çatdırmaq istədiyiniz mesaj həddindən artıqdırsa və ya birdən çox məhsulu tanıtmaq istəyirsinizsə, çox şeyi tək bir görüntüyə sıxışdırmağa çalışmayın. Karusel və ya video reklamlardan istifadə etməyi düşünün.

Yüksək keyfiyyətə malik şəkillərindən istifadə edin: Gözəl reklamlar yaratmaq üçün peşəkar fotoqraf olmaq lazım deyil. Ancaq üzərində işlədiyiniz media fayllarının ölçüsünə və keyfiyyətinə diqqət yetirməlisiniz. Facebook Reklam Kılavuzunda tövsiyə olunan fayl ölçülərindən istifadə etdiyinizə əmin olun.

Qızıl qayda: Şəkildə qısa mətn istifadə edin. Həddən artıq reklam mətni diqqəti yayındıra bilər. Buna görə yalnız ən vacib detalları daxil edin.

Şəkillərlə təcrübələr edin: Müəyyən bir reklam yaratmadan əvvəl fərqli şəkillər və formatlar üzərində sınaq keçirin və reklamı yayımlamadan  əvvəl onun necə bir qaralama kimi göründüyünə hər zaman baxın. Bütün bunları Creative Hub -da edə bilərsiniz.

 

Facebook video reklamları

Facebook video reklamları insanları markanızı xatırlamağa və yenidən saytınıza qayıtmağa məcbur etməyin ən yaxşı yoludur. Reklam menecerində video reklamları yarada bilərsiniz və ya Facebook səhifəsindən video məzmunlu post paylaşa bilərsiniz.

Effektiv Video Reklamlar üçün Nələrə Diqqət Edilməlidir

Facebook videolarınız ilk üç saniyədə istifadəçilərin geri dönüş etmələrini təmin etməlidir. Necə?

  • Mobil və səssiz görüntü üçün uyğun bir dizayn olmalıdır.
  • Səsi kəsən istifadəçilər üçün mətn və ya altyazı əlavə etməlisiniz.
  • Səs səviyyəsini qaldıran istifadəçilər üçün audio versiyası olmalıdır.
  • Videolarınızı 15 saniyədən çox saxlamayın.
  • Markanızı mümkün qədər tez daxil etməlisiniz.
  • Diqqət çəkmək üçün videonuzun ən təəccüblü hissəsini yuxarıya qoymalısınız.
  • Reklam şərhiniz üçün hərəkətə çağırış məzmunlu (CTA) qısa bir mətn yazmalısınız
  • Diqqət yetirilməli olan başqa bir vacib amil, videoları mümkün qədər geniş miqyasda yayımlamaqdır.

Facebook Video Reklam Formatları

Hər bir format unikaldır və öz üstünlüklərinə malikdir. Hamısını sınamaq və biznesiniz üçün ən uyğun olanları tapmaq üçün vaxt ayırmalısınız. Reklam vermədən əvvəl, Facebook video reklam tələblərini nəzərdən keçirdiyinizə əmin olun.

Qısa videolar: Videolardan uğurlu nəticə əldə etmək üçün müddəti 15 saniyədən çox olmamalıdır.

Şaquli və Kvadrat Videolar: Mobil cihazların tam ekranını dolduracaq şəkildə düzəldilmiş videolardan istifadə edin.

Hekayə: Hekayələrin istifadəsi İnstaqramda populyar olsa da, Facebook hekayələri üçün şaquli videolar ilə də reklam edə bilərsiniz.

Karusel: Bir karusel reklamına 10 -a qədər video (və şəkil) daxil edə bilərsiniz.

Yayım daxili Video: Facebook və Tamaşaçılar Şəbəkəsində (Audience Network) 5-15 saniyəlik  videonun ortasında video reklamlar yarada bilərsiniz.

360 dərəcə video: İstifadəçilərə tam vizual təcrübə təqdim edin və izləyicilərinizdəki VR istifadəçilərini heyrətləndirin.

Facebook Hekayə Reklamları

Hekayələr, insanların maraqlandıqları məzmunu sürətli və əyləncəli şəkildə paylaşdıqları və kəşf etdikləri yerdir.

Yuxarıda verilən Facebook reklam modellərindən birini seçə bilərsiniz. Ancaq reklamınıza başlamazdan əvvəl çox vacib bir addımı tamamlamalısınız: reklam məqsədinizin müəyyənləşdirilməsi. Niyə? Çünki reklamınızın məqsədini təyin etmək mesajınızı, izləyicilərinizi və hərəkətə çağırışınızı təyin etməyə kömək edəcək.

544 Views