Digər rəqəmsal marketinq strategiyaları inkişaf etdikcə, daima aktual olan bir sual var: “email marketinqi hələ də vacibdirmi?”

Bu suala bir sözlə cavab versək: bəli. Güclü bir email marketinq strategiyası yaratmaq, hədəf auditoriyanıza fərdiləşdirilmiş şəkildə çatmağınıza və onlarla əlaqə qurmağınıza kömək edir. Digər platformalar və media dəyişdiyi kimi, e-poçt marketinq alətləri biznesinizə müştərilərə həmişəkindən daha asan çatmaq imkanı verir.

Email marketinqi necə işləyir?

Sifarişlərin təsdiqləmələri və müştəri suallarına birbaşa cavablardan başqa, şirkət diğer vaxtlarda da e-poçt göndərir. Bu, email marketinqinin bir forması hesab edilə bilər email marketinqi veb-saytlar, sosial media, bloqlar və sair vasitəsilə onlayn marketinqi əhatə edən internet marketinqinin bir seqmentidir.

Email marketinqinə şirkət haqqında yeniliklər olan xəbər bülletenləri və ya satışların təşviqi və abunəçilər üçün eksklüziv təkliflər daxil ola bilər.

Ən yaxşı halda, e-poçt marketinqi müəssisələrə müştərilərini məlumatlandı rmaq və marketinq mesajlarını auditoriyaya uyğunlaşdırmaq imkanı verir. Ən pis halda, bu cür marketinq müştəriləri davamlı olaraq zəhlətökən spam e-poçtlarla uzaqlaşdıra bilər.

Email Marketinq Strategiyaları:

Öz Email Siyahınızı Yaradın

Email siyahıları vacibdir, çünki email marketinqi sosial mediayada sizi izləmiyın müştərilərlə əlaqə qurmağın ən yaxşı yoludur. Əslində, tvitlər əvəzinə email vasitəsilə daha yüksək klik nisbətləri əldə etmək ehtimalınız 6 dəfə çoxdur. Email yeni müştərilərin əldə edilməsində Facebook və ya Twitter-dən 40 dəfə daha effektivdir.

Cədvələ əməl edin

Email göndərdiyiniz günün vaxtı müştərilərinizlə daha yaxşı əlaqə yarada da bilər və ya olan əlaqələri poza da bilər.

SEOpressor-a görə, geri dönüş almag üçün emaillarınızı insanların çox məşğul olmadığı bir vaxtda göndərməlisiniz. Bunun üçün ən yaxşı vaxt səhər saat 10-dur

Günortadan sonra, saat 2 radələrində də ümidverici görünür insanların narahat olduğu və diqqətini yayındıracaq şeylər axtardığı bir vaxtdır

Digər yüksək “engagement rate” axşam saatlarında, axşam saat 8-dən gecə yarısına qədər baş verir. Axşam, indanların gələn qutularında işlə bağlı olmayan digər e-poçtları yoxlamaq üçün vaxtları olur.

Mobil üçün optimallaşdırın

Email kampaniyalarının 68%-i mobil cihazda açıldığı üçün mobil uyğun dizaynlı email artıq sadəcə gözəl deyil hən də mütləq olmalıdır.

…və ən son Abunəçilərinizi Seqmentləşdirin

Email siyahılarınızın seqmentləşdirilməsi istifadəçilərinizlə birbaşa və doğru əlaqələr qurmanıza kömək edəcəktir. Onlara lazımi anda düzgün məlumat verir. Marketinq kampaniyaları üçün seqmentləşdirmənin gücü ilə bağlı araşdırmalarında Optimove. 150-ə qədər müştərisi olan hədəf qruplarının hər bir müştəri üçün ən azı 1,90 dollar artım əldə etdiyini aşkar etdi. 1500+ olan qruplar ən çox $0,90 yüksəliş göstərdi. Bu onu göstərir ki, qrup nə qədər kiçik olarsa, mümkün kampaniya nəticələrinin da bir o qədər yaxşıdır.

54 Views