“Sahibkar bütün addımları satış üçün atır.”

Naməlum müəllif

Sitatla başlamağı sevirəm. Çünki oxucuda yazı haqqında fikir yaradır. Yazını maraqlı edir. Bu yazı da sitatla başladı. Ola bilər sitat və yazının adı oxuyanlarda tərəddüd yarada. Amma ardıcıllıqla oxuduqda hər şey aydın olacaq. Digitalda satan sözlər necə yazılır? Rəqəmsal marketinqin satan sözlərə yanaşması nədir? “online” reklamda hansı sözlərdən daha çox istifadə etməli? Nə tip sözlər satış gətirir? Yazıda bu cür suallara cavab tapmağa çalışacam. Maraqlı olacaq. Uğurlar!!!

Digital dövrdə sehirli sözlər…

 

Başlıqda bir ziddiyyət var. “Digital” və sehr bir-birinə yaddır. Heç dəxli var? Rəqəmsallıq dəqiqliklə bağlıdır. Sehr isə abstrakt bir məfhumdur. Bəlkə də c2heç sehr yoxdur, kim bilir? Etiraf edək ki, marketinqdə bir magiya var. Və…. marketoloqlar mümkün olmayanı mümkün etməkdə maraqlı olduğundan onların (qəsdim kimisə pisləmək deyil, özüm də onlardanam) əməlini sehr hesab etmək olar. Bu əməli yerinə yetirmək üçün istifadə etdiyi sözləri də sehirli söz. Sanki biz ovsun oxuyuruq ki, məhsulo satılsın. Bu ovsun satan sözlərdir. Bu yazıda satan sözlərdən söhbət gedəcək. Amma sıradan satan sözlərdən yox. Digitalda satan sözlər. Rəqəmsal marketinqdə satan sözlər.

Rəqəmsal marketinq

Rəqəmsallaşma genişləndikcə həyatın bütün sahələri dəyişir. Həmin dəyişiklik marketinqə də təsir edərək yeni bir məfhum ortaya qoyub. Bu sayta girmək səbəbiniz də elə həmin məfhumdur. Rəqəmsal marketinq. Rəqəmsal marketinq marketinq proseslərinin rəqəmsal texnologiya sayəsində baş verməsidir. Mənə görə satış və marketinq ayrılmaz əzizlər olduğundan rəqəmsallaşma satışı da dəyişdirməkdədir. Düzdür istənilən halda satış inandırmaq sənətidir. Sadəcə indi satış digitaldır. Rəqəmsallaşma genişləndikcə satışın forma və üsulları dəyişir. Artıq müştəri mübarizəsi də başqa cür baş verir. Bu gün hansısa məhsulu və ya xidməti satmaq fərqlidir. Daha çox səy göstərmək gərəkir. Həm də rəqəmsal marketinq elə imkanlar yaradır ki, əvvəlkilərin yuxusuna da girməyib. İnsanlar arasındakı hələ ki ünsiyyət vasitəsi dildir. Odur ki, sözlərə diqqət yetirmək hər zaman vacibdir. Eləcə də indi satış üçün istifadə edilən sözlər də başqa olmalıdır.İlk yazımdır. Jugaad.az-da. Satan sözlər barədə fikirlərimi bölürəm. 2019-cu ilin mayının ikinci həftəsinin sonunda. Faydalı olmasına çalışıb, daha çox praktiki fikirlərimi bölüşəcəm.

Satan sözlər…

Hər zaman şirkətlərin xərclər bölümündə kifayət qədər rəqəmlər görmək olar ki, satışa xidmət etsin. Onun artımına təkan versin. Belə xərclərin içərisində satan sözlərə də üstünlüklər verilir. Satışı artırmaq üçün müxtəlif xərclər vardır. Bunlardan biri də, satan sözlərə xərclərin çəkilməsidir. Lakin bu heç də hər zaman uğurlu olmaya bilər. O zaman belə tip suallar ortaya çıxır: Niyə heç də bütün satan sözlər uğurlu olmur? Niyə hər zaman satan sözlərə çəkilən xərclər özünü doğrultmur? Niyə bütün marketinq kampaniyaları gəliri artırmır?

Belə yazılar müştərini qaçırdır…

Əvvəldə yazılan tendensiyanın fonunda bu sual daha da aktuallaşır. Hər şeyin “digital”-laşdığı dövrdə sözlərə xüsusi diqqət yetirmək lazımdır. Bazar fizikidən çox virtual olmağa meyillidir. Rəqabət də instagram, facebook və sair kimi məkanlarda gedir. Bu halda mətnlərə yanaşma fərqli olmalıdır. Bir neçə tövsiyyəmi bölüşüm. Birincisi geniş həcmli mətnlər yazmaq olmaz. Əgər geniş həcmli mətnlər yazırsınızsa möcüzələr belə işə yaramayacaq. İnternet surət deməkdir. Sosial şəbəkə surət deməkdir. Hər saniyə hər sahədə yeni-yeni postlar paylaşılır. İnformasiya daima yenilənirÇoxalır. Sıxılır. İnternetdə axtarış edənlər də daha faydalısını seçir. Problemini həll edən məlumatı. Lakonik və qısa olanı. Geniş yazanda insanları bezdirəcəksiniz. Ümumiyyətlə iri cümlələr internetdə lazımsızdır. Bir də ki, başlıq seçimi önəmlidir. Bu işin 90 faizidir. Necə ki, gözəllik ondur doqquzu dondur. İstənilən satan mətnin də doqquzu başlıqdır. Odur ki, başlıq seçiminə xüsusi diqqət yetirilməlidir.

Digital-da satan sözlər necə yazılır?

Terminlər və anlamlar hər zaman dəyişməzdir. Sahibkarlar isə bütün səylərini gəlir əldə etməyə yönəldib. Onların hər addımı satış üçündür. Terminlərin tətbiq sahəsi dəyişdikcə üsullar da dəyişir. Sahibkar istənilən halda gəlir artımında maraqlıdır. Sadəcə rəqəmsallaşma şəraitində onların tətbiq etdiklər üsullar fərqlidir. Bu şəraitdə marketinq də fərqlidir. Satan sözlər də bu şəraitə uyğundur. Digitalda satan sözlərin yazılması proses olaraq ikiyə bölünür. Sözləri yazmamışdan əvvəl nə etməli? Və sözləri yazan vaxtı nə etməli? Satan mətnləri yazmamışdan əvvəl gərəkənləri qeyd edək:

Məqsədləri dəqiq formalaşdırmaq

Digitalda satan sözlərin məqsədləri dəqiq formalaşdırılmalıdır. İstifadəçilərdən konkret nə istədiyinizi dəqiq bilin. Yazılan mətn hər bir “user”-ə necə təsir edəcək? Necə sözlər oxuyana həyəcan verir? Bu mərhələdə vacib məqam odur ki, problemi həll etmək üçün onun nə olduğunu anlamaq lazımdır. Yazılacaq mətnin məqsədinin dəqiq nə olacağını bilmək vacibdir. Bu gələcək prosesi asan edir. Hədəfləri əlçatan və mümkün edir.

Konkret müştəriyə orientasiya olmaq

İnternet üzərindəki yazıya başlamazdan əvvəl müştərinin kimliyini bilmək, onun sosial psixoloji xüsusiyyətlərindən məlumatlı olmaq vacibdir. Yəni yazılan mətn kimlərə yönələcək. Bu insanlar necə insanlardır. Nələrə üstünlük verirlər. Seçimləri və tərcihləri nədir. Əvvəlcə düşünün ki, digitalda satdığınız məhsul kimə maraqlıdır. Kimə lazımdır. Kişiyəmi qadınamı? Həvəskara yoxsa professionala? Bu hədəf kütləsinin kimlər olacağını müəyyən etmək üçün vacibdir. Belə olmasa konkret hədəfə yönəlməyən yazı mənasız olacaq.

Trendləri öyrənmək

Trend digitalın canıdır. Çünki hər şey yeniliyin üzərində qurulub. Son xəbərlərin, dünya trendlərinin, sosial şəbəkədəki ən populyar postların haqqında məlumatlı olun. Dövr informasiya dövrüdür. Varlı adam informasiyası çox olandır. Tendensiya müasir cəmiyyətin tələbatına təsir edir. İnsanların sonsuz ehtiyacı var. Lakin həmin ehtiyaclar alıcılıq qabiliyyəti və müxtəlif psixoloji amillər hesabına çox dəyişir. Odur ki, satan sözləri yazmağa başlamazdan əvvəl gündəmi nəzərdən keçirin. Bunu sevməsəniz belə. İnsanlara həqiqətən istədiklərini təklif etsəniz uğur sizindir.

Çərçivələri inkar etmək

Rəqəmsallaşma konkretliklə bağlı olsa da, hər cür çərçivəni inkar edir. Standart dalıyca düşməyin. Trend aludəsi olmayın. Bunları bilin amma özünüzü heç nə ilə məhdudlaşdırmayın. Çünki imkanları geniş olan digital çərçivələri sevmir. Həm də ki, çərçivələr və məhdudiyyətlər prosesi çətinləşdirə bilər. Məsələn hər hansı bir post hazırlayarkən əgər nümunə kimi bir şəkil götürmüsünüzsə və onun bənzərini yaradırsınızsa bu zaman yazacağınız sözlərin və simvolların sayı məhdud ola bilər. Nəticədə yazmaq çətinləşər. Lakin məhdudiyyət burda yalnız postun formasına deyil hər şeyə aiddir. Ümumiyyətlə satan sözlər yaradıcı bir prosesdir. Yaradıcılıq isə çərçivələrlə ziddiyyətdədir.

Rəqəmsal satan sözləri yazarkən nə etməli?

Bundan əvvəl qeyd bedilənlər hazırlıq idi. Bir növ mənəvi və psixoloji. Yəni bir işi görməzdən əvvəl onu anlamaq vacibdir. Yuxarıdakı addımlardan sonra digitalda satan sözləri yazmağa başlamaq olar. Yazan vaxtı isə bir sıra məqamlara fikir verilməlidir. Həmin məqamlar və bundan əvvəl qeyd edilənlər, həmçinin bütün bu oxuduqlarınız satışın artırılmasına xidmət edir. Yəgin ki artıq sitatı nə üçün gətirdiyim anlaşılır. Beləliklə davam edək. İndi digitalda satn sözlər yazarkən nələr edəcəyimizi qeyd edirəm.

Ardıcıl olmaq

Digitalda satan sözlərin əsas məqsədi satışa səbəb olmaqdır. Lakin bu o demək deyil ki, ilk addımdan malı almaq barədə danışılmalıdır. İlk öncə mal ya da xidmətin aktuallığına, əhəmiyyətinə vurğu olunmalıdır. Yoxsa ki, məhsul alışını xahiş etməklə insanı internet istifadə etməyinə peşman etmək heç bir fayda vermir. Necə ki, bu gün instagram-da satış etmək istəyən kifayət qədər yerli səhifə belə edir. Digitalda satan sözlər, məhsul və ya xidmətin faydasını bildirməlidir. Lakin bir şeyi həddən ziyadə tərifləmək o qədər də yaxşı deyil. Yalnız həqiqətə əsaslanmaq gərəkir. Unutmaq lazım deyil ki, adi satan sözlər yazmırıq. Digitalda satan sözlər yazırıq. Əgər əvvəl məhsul barədə mənfi rəyi olan yalnız tanışlarına bu barədə danışırdısa indi məsələ başqadır. Narazı insan facebook-da, instagram-da rəy yaza bilər. Ona görə də digital satan sözlər fərqlidir. Aktuallıq birincidir. Məhsulun həll etdiyi problem önəmlidir.

Digitalda satan söz yazarkən ikinci addım

Çox bəsit və sadədir bu addım. İkinci addım özünü potensial müştərinin yerinə qoymaqdır. Ortaya çıxacaq sualları düşünmək. Məhsul barədə məlumatlanan hər kəsin sualı yaranır. Odur ki, digitalda satan sözləri hazırlayarkən bir anlıq müştərinin yerinə düşünmək lazımdır. Onun hansı sualları yarana bilər bilmək lazımdır. Lakin həddindən artıq çox informasiya yazmaq olmaz. Söz yığını fayda vermir. Asan qəbul edilən, qısa informasiyalar.

Digitalda satan sözlər yazarkən

Endirimlərdən danışmağı unutmamaq. Söhbət təkcə endirimdən deyil, istənilən kampaniya, bonus, aksiyalardan gedir. Şübhəsiz ki, olduğu təqdirdə digitalda satan sözlər yazarkən mütləq bu məqamlara diqqət vacibdir. Çünki belə şeylər insanlara maraqlıdır. Xüsusən də bizim insana. Endirim və bonus kimi məqamlardan digitalda yazarkən ucuzluğa vurğu etməyin çox da. Çünki azərbaycan internet istifadəçisi ucuzluq barədə təkliflərdən bezib. Nə qədər də gəlir səviyyəsi az olsa belə. Unutmayın ki, məqsəd inandırmadır.

Alış etməyə çağırışlar

Çağrışlar edin. Cansıxıcı və zorlu olmayan inandırmadan sonra internet istifadəçilərini, folloverləri, yuzerləri məhsulu əldə etməyə, xidmətdən yararlanmağa açıq dəvət etmək olar. Amma bu çağırış bezdirici olmasın gərək. Qəti tələblərdən çəkinin. Digitalda satan sözləri yazarkən elə etməlisiniz ki, oxuyanlar elə düşünsün ki, alış qərarını özləri verib.

Təcrübə digitalda önəmlidir

Baş tutmuş alışlardan danışın. Belə bir tendensiya var ki, insanlar ulduzları sevir. Kiminsə arxasınca getməyi sevirlər. Digitalda bu marketoloq üçün əla silahdır. Uğurlu alış-veriş barədə fikir insanlarda məhsula maraq oyadacaq. Lakin burada da say önəmlidir. Çünki bir informasiya çox olsa insanlar ondan bezəcəkdir. Həm də, əgər digitalda satan sözlərdə alış-veriş barədə çox nümunə olsa onun həqiqiliyinə şübhə yaranacaq.

Digital satan sözlərin sonu

Sonluq. Digitalda satan sözlər hazırlanarkən mütləq sonda əlaqə məlumatlarına diqqət yetirilməlidir. Məhsulun unikallığına bir daha diqqət çəkilməlidir. Həmdə kontaktlar yəni əlaqə məlumatları yadda qalan olmalıdır. Çünki xırda bir detal sizi rəqiblərdən üstün edə bilər. Ya da əksinə ola bilər. Rəqəmsal marketinqin əsas özəlliyi də ondadır ki, kiçik səbəbin böyük nəticəsi ola bilər.

1.724 Views